"30 yaşlı gənclərimiz işsizlikdən evlənə bilmir, rayondan qaçırlar" - Masallıdan etiraz
"Bizim gəlirimiz əkindən, mal-qaradan gəlir, su yoxdur deyə əkinimiz də yoxdur. Heyvanlar da içməyə su tapmır. Belə haqsızlıq olar? Elə bil səhrada yaşayırıq, 30 yaşlı gənclər işsizlikdən evlənə bilmirlər, rayondan qaçırlar".