• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 08-06-2026 Baş prokurorun növbəti vətəndaş qəbulu keçiriləcək
  • 08-06-2026 Sosial şəbəkələrlə bağlı yeni QƏRAR: 50 min manatlıq cərimə GƏLİR
  • 08-06-2026 Riskli əməliyyatdan sonra Afaq Bəşirqızından sevindirici xəbər
  • 08-06-2026 Azərbaycanda nəqliyyat pulsuz ola bilər?
  • 08-06-2026 TƏCİLİ: İsraildən İrana daha bir AĞIR ZƏRBƏ: Bu obyektlər VURULDU
  • 08-06-2026 İllər sonra DANIŞDI: “Artıq liftə qadınla minmirəm”
  • 08-06-2026 Neft rekorda doğru - Qiymət görün neçə dolları keçdi
  • 08-06-2026 Dünənki imtahanın cavabları nə vaxt açıqlanacaq?
  • 08-06-2026 Van Persi qovuldu
  • 08-06-2026 Yola maşınla çıxanlara VACİB XƏBƏR - 7 əsas küçədə…
  • 08-06-2026 Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
  • 08-06-2026 Bu şəxslərin beyni daha gec YAŞLANIR
  • 08-06-2026 "Həyat əclafdır, amma buna dəyər": Şakira Pikenin xəyanətindən DANIŞDI
  • 08-06-2026 İsrail İran ərazisindən buraxılan raketləri zərərsizləşdirib
  • 06-06-2026 Prezident İlham Əliyev İsveç Kralını təbrik edib
  • 06-06-2026 Bakıda söküləcək ərazilər məlum OLDU
  • 06-06-2026 Müharibə bitsə, ruslar Ukraynaya sərbəst girə biləcək?
  • 06-06-2026 Qazın qiyməti UCUZLAŞDI
  • 06-06-2026 Eyni vaxtda iki telefon işlətmək zərərlidir – yeni araşdırma
  • 06-06-2026 Mətanətdən Vüqar Muradova ağır sözlər

XƏBƏRLƏR

    Van Persi qovuldu
    Bu şəxslərin beyni daha gec YAŞLANIR
    Eyni vaxtda iki telefon işlətmək zərərlidir – yeni araşdırma
    Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçilib
    “Liverpul” yeni baş məşqçisini açıqladı
    Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
    Mourinyo ulduz futbolçunu “Real”a gətirmək istəyir
    Azərbaycan millisi finalda - Avropa çempionatı
    İspaniya çempionatında ən gözəl qolun müəllifi oldu
    "Turan Tovuz" Konfrans Liqasından KƏNARLAŞDIRILDI: CAS-a şikayət ediləcək
22-07-2023, 08:37

Azərbaycan ABŞ-ın erməni vəkillərinin hədəfində - sərhəd tanımayan həyasızlıq

Azərbaycan ABŞ-ın erməni vəkillərinin hədəfində - sərhəd tanımayan həyasızlıq


Tanınmış vəkil-hüquqşünas: “Əfsus ki, ölkəmizin hüquqlarını beynəlxalq məhkəmələrdə müdafiə edəcək milli kadrlar yoxdur”

Xəbər verdiyimiz kimi, ABŞ-ın Vaşinqtondakı federal məhkəməsində “Anglo Asian Mining PLC” şirkətinin amerikalı rəhbəri Məhəmməd Rza Vəziriyə qarşı qrup iddiası qaldırılıb. İddia ABŞ-da fəaliyyət göstərən erməni hüquqşünaslar tərəfindən verilib.

Həmin iddiada Vəziri “Qarabağın Azərbaycan tərəfindən 7 aydır davam edən "blokadası" nəticəsində ermənilərə işgəncələrdə" iştirakda ittiham olunur. Federal məhkəməyə şikayətdə xüsusi olaraq “Vəzirinin Qarabağın "blokadasında" Azərbaycana maliyyə yardımı göstərdiyi və təşviq etdiyi" iddia edilir.

Ərizə ABŞ-da yerləşən beynəlxalq hüquqşünas Karniq Kerkonyan və “Kerkonian Dajani LLP” hüquq firması tərəfindən vəkillər Arman Tatoyan, Qaro Qazaryan və Tatoyan Fondunun köməyi ilə qaldırılıb.

Bura deyiblər, “oğru elə bağırdı ki...” Yaxud “qara məni basınca...”

Erməni həyasızlığı gerçəkdən də sərhəd və ölkə tanımır. Yada salaq ki, bir neçə ay qabaq oxşar iddia Azərbaycan dövlətinə qarşı qaldırılmışdı. Xaricdəki erməni iş adamları utanıb-qızarmadan işğal dönəmində ərazimizdə inşa elədikləri qanunsuz SES-lərə görə Bakıdan “kompensasiya” tələb eləmək üçün həmin hüquqi firmanın, erməni hüquqşünasların əli ilə iddia qaldırmışdılar. Bəs sonuncu iddianın hansı hüquqi nəticəsi ola bilər? Azərbaycan Vəziriyə nə kömək edə bilər?

Tanınmış vəkil Əsabəli Mustafayev “Yeni Müsavat”a deyib ki, 44 günlük Vətən müharibəsi bitəndən sonra bir çox hüquqşünaslar, vəkillər Ermənistana qarşı hüquqi müstəvidə addımların atılmasının vacibliyini diqqətə çatdırıblar: “Döyüş meydanında düşməni məğlub etdik. Hüquq, informasiya müstəvisində döyüş isə bundan sonra daha da aktiv fazaya keçdi. O zaman da vurğulayırdıq ki, informasiya müstəvisində, hüquqi müstəvidə düşmənə uduzuruq. Bunu etiraf etməliyik. Ermənilər bu işlərdən ötrü ABŞ-da, Avropada böyük xərclər çəkirlər. Müxtəlif verlişlər hazırlayır, teleaparıcılarla, tanınmış vəkillərlə, hüquqşünaslara əlaqələr qururlar. Özlərindən olan hüquqşünasları, media nümayəndələrini yetişdirib ABŞ, Avropada fəaliyyətlərini təmin edirlər. Tanınmış media qurumları ilə sıx əməkdaşlıq edirlər, dəstəklərini alırlar. Təkcə sadə insanların deyil, söz sahibi olan qurumların, bələdiyyələrin dəstəyini qazanırlar.

Biz ermənilərə bu sahədə adekvat cavab verə bilmirik. Çox işlərə pul xərcləndi, amma lazımi istiqamətlərə, xüsusilə hüquq sahəsinə vəsait ayrılmadı. Bu, ilk növbədə Avropa Məhkəməsi, BMT məhkəməsi, Haaqa Məhkəməsi və digər beynəlxalq məhkəmələrdə açıq-aydın görünür. Hər dəfə ermənilər bizim hər addımımızdan bu məhkəmələrə iddialar verirlər. Bu işlərə böyük resurslar sərf edirlər. Onların iş adamları bu işlərə böyük pullar ayırırlar. Paralel olaraq media və hüquq müstəvisində mütəxəssislərin yetişdirilməsi üçün işlər görürlər.

Əsabəli Mustafayev: "Prokurorluğun vəkildən qisas almağa çalışması düzgün deyil" - BBC News Azərbaycanca

Azərbaycanın hüquqlarını beynəlxalq məhkəmələrdə müdafiə edəcək milli kadrlar yoxdur. Mən Avropa Məhkəməsi ilə işləyirəm, amma dövlətlərarası çəkişmələrdə püxtələşmiş, ixtisaslaşmış mütəxəssisimiz yoxdur. Bunu əminliklə deyirəm. Xatırlayırsınızsa, 2 Azərbaycan əsgərinə ermənilər tərəfindən işgəncə verilməsi ilə bağlı Avropa Məhkəməsinə şikayət olunmuşdu. Avropa Məhkəməsi reqlamentinin 39-cu maddəsinə əsasən, Ermənistan tərəfinin əsir götürdüyü Azərbaycan əsgərlərinə qarşı zorakılığın dayandırılması tələb olundu. Lakin Avropa Məhkəməsi Azərbaycan tərəfinin bu vəsatətini qəbuledilməz hesab etmişdi. Mümkündür ki, həmin 2 əsgərlə bağlı Ermənistan tərəfi Avropa Məhkəməsi qarşısında öhdəlik götürmüşdü ki, onlarla beynəlxalq standartlara uyğun davranılacaq. Ona görə də məhkəmə Azərbaycan tərəfinin vəsatətini qəbul etməmişdi. Avropa Məhkəməsinə göndərilən müraciətin məzmunundan da çox şey asılıdır. Əsgərlərlə bağlı müraciəti kim yazmışdı və necə əsaslandırmışdı məsələsi əsasdır. Ehtimal edirəm ki, ermənilər Azərbaycan tərəfinin təqdim etdiyi videosübutları təkzib ediblər. Böyük ehtimalla həmin videonun harada və kimlər tərəfindən çəkilməsini sübut edə bilməyib.

Yaxşı olardı ki, belə hallarda Azərbaycan hakimiyyətinin sevmədiyi beynəlxalq təşkilatlara müraciət olunsun. Məsələn, “Amnesty International”, “Human Rights Watch” kimi təşkilatlara müraciət olunsa idi, onlar təcili şəkildə öz nümayəndələrini Ermənistana göndərə bilərdilər. Bundan başqa, vaxtında beynəlxalq səviyyəli hüquqşünaslar yetişdirilsə idi, belə hallarla üzləşməzdik. Digər tərəfdən, çox təəssüf ki, hökumət Avropa Məhkəməsi ilə işləyən vəkilləri özünə düşmən sayır və imkanlarından istifadə etmək istəmir. Bunu öz üzərimdə də görmüşəm. Bizi çağırdılar, dedilər ki, bu işləri görək. Biz də razılaşdıq, dedik ki, necə deyirsiz, elə də edək. Amma unuduldu, yaddan çıxdı. Elə işlər var ki, bu işlərdə mütləq dövlətin dəstəyi lazımdır. Çünki dövlətin sənədlərə çıxış, çatımlılıq imkanları var. Ermənilər isə öz mütəxəssislərini yetişdirir, pullarını verir və öz maraqları naminə işlədirlər".

Tanınmış vəkilin sözlərinə görə, Azərbaycan hakimiyyəti ABŞ-da, Avropada işləyən azərbaycanlı vəkillərlə də əlaqə saxlamağa can atmır: “Azərbaycanda bu mütəxəssislərin yetişməsinə çalışmalıyıq. Bunu etmiriksə, indilik xaricdə olan azərbaycanlı vəkillərin xidmətindən istifadə etməliyik. Əks halda, vəziyyət bizim ziyanımıza davam edəcək. Düşmən tərəfin Avropa Məhkəməsinə müraciətlərinə daha çevik, Azərbaycan tərəfin şikayətlərinə isə ləng baxılacaq. İstənilən beynəlxalq, Qərb ölkələrinin, ABŞ-ın məhkəmələrində daha çox peşəkarlıq rol oynayır. Peşəkar vəkil, peşəkar prokuror daha çox iş udur. Bu gün Azərbaycanın Avropa Məhkəməsində işləyəcək peşəkar vəkilləri yoxdur. Avropa Məhkəməsində keçirilən bəzi proseslərdə müşahidəçi qismində iştirak etmişəm. Bu məhkəmədə dövlətlər Avropa məkanında tanınan vəkilləri dəvət edib işlər üzrə müdafiəni qururlar. Onlar elə vəkillərdir ki, onların bir adı uduş üçün bir şansdır. Mən bu məsələni Azərbaycan hökumət nümayəndələri ilə görüşlərimdə də demişəm. Demişəm ki, gəlin, Avropa məkanında tanınan peşəkar vəkilləri Avropa Məhkəməsində öz milli maraqlarımızın müdafiəsinə cəlb edək. Biz dövlətimizə bu işdə dəstək ola bilərik. Həmin vəkillərlə bu gün də əlaqələrimiz var. Hökumət nümayəndələri deyir ki, həmin vəkillər vaxtilə Azərbaycana qarşı işlərdə iştirak ediblər. Ən böyük səhvimiz də budur ki, hüquqi müdafiə dairəmizi genişləndirə bilmirik. Azərbaycanda beynəlxalq məhkəmələrdə işləyəcək vəkillərin hazırlanmasına çox ciddi ehtiyac var. Belə vəkillər yetişdirilənə qədər beynəlxalq aləmdə tanınan vəkilləri öz mənafelərimiz naminə cəlb edə bilərik. Əks halda, Azərbaycan beynəlxalq məhkəmələrdə zəif tərəf olaraq qalacaq.

2012-ci ildə Avropa Məhkəməsinin Böyük Palatasında “Çıraqov Ermənistana qarşı”, “Sərkiyan Azərbaycana qarşı” işlərə baxırdı. O zaman Azərbaycan tərəfdən iki xarici vəkil iştirak edirdi. Ermənilər tərəfdən isə Ermənistandan olan yerli vəkillər, xaricdə yaşayıb xaricdə işləyən vəkillər vardı. Çünki onlar həmin vəkilləri yetişdiriblər. 10 il əvvəl də belə idi, indi də belədir. Əgər biz Azərbaycanın bundan sonrakı taleyini düşünürüksə, hüquq müstəvidə mübarizəmizi aparmaq üçün milli kadrlar yetişdirməli, xaricdə işləmələri üçün imkanlarımızı səfərbər etməliyik. Ermənistanla sülh müqaviləsi bağlansa belə, hüquqi müstəvidə mübarizə yaxın 10 il ərzində daha da geniş vüsət alacaq. Buna hazır olmalıyıq. Bu istiqamətdə Azərbaycan dövləti təxirəsalınmaz tədbirlər görməlidir. Əks halda, Azərbaycanı hüquqi müstəvidə məğlubiyyətlər gözləyir".

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az