• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 21-10-2026 Banklara kibertəhlükələr barədə məlumat verilib - VİDEO
  • 21-10-2026 Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək
  • 21-10-2026 Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
  • 21-10-2026 Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
  • 21-10-2026 Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
  • 21-10-2026 UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
  • 21-10-2026 Azərişıq Suraxanı rayonunda kütləvi narazılıq yaradır – VİDEO
  • 21-10-2026 Azərbaycanda balıq bahalaşdı - Qiymət
  • 21-10-2026 Məktəbin ərazisi tikanli məftillərlə çəpərlənib - VIDEO
  • 20-10-2026 İntensiv yağış yağacaq, qara keçəcək - Proqnoz
  • 20-10-2026 Bu şəxslər üçün iş icazəsinin alınması tələb olunmayacaq
  • 20-10-2026 Nizami rayon prokuroru vəzifəsindən azad edildi
  • 20-10-2026 Trampa pul xərclədi, qarşılığını Ermənistanda alır– Nəhəng sərvətə yiyələnir
  • 20-10-2026 Fransa qarışdı, “Qalatasaray” ora getmək istəmir – UEFA-dan gözlənilməz qərar
  • 20-10-2026 Bulvarda hər gün "qara kassa"ya 1000 manat yığılırmış – Keçmiş sədrin məhkəməsi
  • 20-10-2026 Kim Çen Inın öldüyü xəbəri yayılıb
  • 20-10-2026 “Çox nahaq yerə özün üçün yaşayırsan” - Nadir Qafarzadə
  • 20-10-2026 Dünyanın ən çox qazanan 10 futbolçusu
  • 20-10-2026 Mehmet Ali Erbil hönkür-hönkür ağladı - "Bunu uşaqlığıma bağışlayın"
  • 20-10-2026 Bakıda dərs saatları dəyişdirilə bilər? – Ekspert rəyi

XƏBƏRLƏR

    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
18-07-2023, 08:45

Azərbaycanda erkən nikah üçün bir illik güzəşt ləğv olunur - ana ölümü azalacaqmı...

Azərbaycanda erkən nikah üçün bir illik güzəşt ləğv olunur - ana ölümü azalacaqmı...


“Getdikcə cəmiyyətdə bu fikir daha da genişlənir ki, 18 yaşdan aşağı nikaha icazə verilməsin. Biz bu məsələni qaldırmışıq. Yerlərdə icra hakimiyyəti orqanları da nikah yaşının azaldılması ilə bağlı hazırkı istisnanın vəziyyətə mənfi təsir etdiyini təsdiqləyirlər”.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O qeyd edib ki, qanunvericiliyə dəyişiklik etmək kifayət qədər vaxt və iradə tələb edən prosedurdur: “Biz hazırda Ailə Məcəlləsinin müvafiq maddəsində əksini tapan normanın aradan qaldırılması üçün bütün əlaqədar tərəflərin rəyini əldə etməklə yanaşı, cəmiyyətdə də geniş maarifləndirmə işinin aparılmasına üstünlük veririk. Hesab edirəm ki, qanuna dəyişiklik mütləq olmalıdır və 18 yaşdan aşağı nikaha istisna hallarda belə icazə verilməsinə son qoyulmalıdır".

Komitə sədrinin sözlərinə görə, belə təkliflər həm vətəndaş cəmiyyətinin nümayəndələri, həm də ekspertlər tərəfindən aktiv şəkildə irəli sürülür. “Bunu bizim son 3 ildə apardığımız təhlillər və tədqiqatların nəticələri də sübut edir. Ənənəvi və rəqəmsal media orqanları isə bu prosesdə böyük rola malikdir. İnanıram ki, birgə səylərimiz nəticəsində bu məqsədə nail olacağıq”.

Qeyd edək ki, hazırda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunub. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

Məlahət İbrahimqızı: “İstisnanın ləğv olunması problemi həll etməyəcək”

Millət vəkili Məlahət İbrahimqızı “Yeni Müsavat”a bildirdi ki, ana ölümü strateji problemdir. Millət vəkili vurğulayıb ki, bu məsələ BMT-nin Dayanıqlı İnkişaf Məqsədələrində də əks olunub: “Ana ölümü ailənin, millətin faciəsidir. Terminə diqqət yetirsək, görərik ki, qadın ölümü yox, ana ölümü deyə qeyd olunur. Azərbaycanda nikah yaşı 18 yaşdır. İstisna hallarda nikaha 1 il tez daxil olmağa icazə verilir. Bütün qanunlarda istisna hallar var. Qeyd edim ki, istisnanın ləğv olunması problemi həll etməyəcək. Məsələyə fundamental baxmalıyıq. Bu gün ana ölümünün real vəziyyəti haqqında təfsilatlı məlumat tapmaq çətindir. Müvafiq qurumların hesabatlarında bu statistika var. Boşanmalar haqqında mükəmməl təhlil varmı? Bunu təkcə aidiyyəti dövlət qurumları deyil, QHT də hazırlaya bilər. Hazırlanan hesabatlardan ictimaiyyət xəbərdar olmur. İstisna halların siyahısı müəyyən olunmalıdır. Hesab edirəm ki, ictimai qınaq mütləq olmalıdır. Erkən nikah üçün bioloji, fiziki, psixoloji və başqa cəhətdən hazırlıq olmalıdır. Ümumiyyətlə, nikah üçün hər iki tərəfin öhdəlikləri var. Dünya təcrübəsində də standart 18 yaş əsas götürülür”.

Bakupost.az - Prezident Mehriban Zeynalovanı təltif etdi

Mehriban Zeynalova: “17 yaşlı gənclərin nikaha daxil olması müxtəlif səbəblərlə əsaslandırılır”

“Təmiz Dünya” İctimai Birliyinin sədri mövzunu belə şərh etdi: “Bu, uzun müddətdir müzakirə olunan məsələlərdən biridir. 17 yaşlı gənclərin nikaha daxil olması müxtəlif səbəblərlə əsaslandırılır. Dünya təcrübəsinə görə, 18 yaşa qədər olan şəxslər uşaq hesab olunur, müstəqil qərar qəbul edə bilmirlər. Qəyyumlar bir sıra hallarda bundan sui-istifadə edirlər. İqtisadi, psixoloji zorakılıq metodlarından istifadə edərək nikaha vadar edirlər.

Bunun qarşısını almaq üçün 1 il müddətini aradan qaldırmaq lazımdır. 18 yaşlı gənc müstəqil şəxsiyyət hesab olunur. Stereotiplərin aradan qaldırılması üçün yaxşı təklifdir. Övladı şəxsiyyət kimi görmək lazımdır. İstənilən halda 18 yaşla bağlı qərarı doğru hesab edirəm".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az