• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 25-10-2026 Bakıya yaxın bu ərazilərdə ucuz mənzillər satılır - VİDEO
  • 25-10-2026 “Qızımı belə böyütməməli idim“ - Sənubər İsgəndərli
  • 25-10-2026 Rafet El Romanın azərbaycanlı nişanlısı - FOTO
  • 24-10-2026 Bakıda ölümlə nəticələnən davada saxlanılanlardan biri deputat oğludur - FOTO
  • 24-10-2026 “Maşınları əllərindən alınacaq, kombiləri söküləcək?” - Nura Suri
  • 24-10-2026 ABŞ bir sıra Kanada mallarına 50 faiz rüsumu ləğv edib
  • 24-10-2026 SON DƏQİQƏ! Tramp İrana vaxt qoydu: "Gecə yarısı..."
  • 24-10-2026 Senatdan Ağ Evə Ukrayna ilə bağlı sərt ultimatum verildi
  • 24-10-2026 Orbanın qızı və kürəkəni Macarıstandan qaçır
  • 24-10-2026 Şəhriyardan Oksana ilə bağlı suala reaksiya
  • 24-10-2026 Qara Qarayevdəki məşhur obyektin fəaliyyəti dayandırıldı - (Video)
  • 24-10-2026 Qızılın qiyməti kəskin ucuzlaşdı
  • 24-10-2026 Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
  • 24-10-2026 Zelenski Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yerini və vaxtını açıqladı
  • 24-10-2026 "Mən aliməm" - Nüşabə Ələsgərli
  • 24-10-2026 Messi karyerasının ən böyük uğurunu açıqlayıb
  • 24-10-2026 "Yeşilçam"ın aktrisası Hale Soygazi illər sonra - FOTO
  • 24-10-2026 İşdən çıxarıldığı deyilirdi: 5 nömrəli avtobusun sürücüsü DANIŞDI
  • 24-10-2026 Valdas Dambrauskas ildə 50 kitab oxuyur
  • 24-10-2026 Çağırışçılara xəbərdarlıq: bunu etməsəniz, 100 manat cərimə olunacaqsız

XƏBƏRLƏR

    Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
    Messi karyerasının ən böyük uğurunu açıqlayıb
    Valdas Dambrauskas ildə 50 kitab oxuyur
    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
24-04-2023, 08:45

RUSİYA, ÇİN, İRAN TRİOSUNUN TƏHLÜKƏLİ İŞBİRLİYİ

RUSİYA,  ÇİN,  İRAN  TRİOSUNUN  TƏHLÜKƏLİ  İŞBİRLİYİ




Ukraynada uzanan müharibədə silah qıtlığı ilə üzləşən Rusiya əli çatan ölkələrə silah tədarükü ilə bağlı aşkar və gizli müraciətlər edir. Bu günlərdə Qərb mediası Çin və Rusiyanın ballistik raketlərin hazırlanmasında istifadə edilən əsas kimyəvi maddənin tədarükü üçün İran hakimiyyəti ilə məxfi danışıqlar aparması barədə məlumat yayıb. “Politico” saytının verdiyi xəbərdə Çin prezidenti Si Cinpinin Moskva səfərində onun rusiyalı həmkarı ilə bu məsələ barəsində müzakirələr apardığı bildirilir. Pekinin bu addımı BMT-nin İranla bağlı müvafiq sanksiya qətnamələrinin açıq şəkildə pozulması deməkdir.


Ukraynaya “qaç”, Rusiyaya “tut” deyən Çin

Məlumatda deyilir ki, Tehran ballistik raketlərin işə salınmasında istifadə olunan, bərk yanacağın əsas komponenti sayılan ammonium perxloratı əldə etmək üçün Çin və Rusiya rəsmiləri ilə, o cümlədən Novosibirsk vilayətində yerləşən Rusiya dövlət kimyəvi məhsullar email zavodu FKP “Anozit” ilə paralel danışıqlar aparıb.

Görüşdə iştirak edən diplomatların sızdırdığı məlumatda o da deyilir ki, Tehranın Çin və regionun digər ölkələrində “texnologiyalar üzrə müşaviri” kimi fəaliyyət göstərən diplomatı Səccad Əhədzadə Pekində ammonium perxloratın alınması ilə bağlı danışıqlara rəhbərlik edib. Sözügedən danışıqlarda iştirak edən Çin şirkətlərinin adları isə məxfi saxlanılır.

İranın əldə etmək istədiyi ammonium perxloratın dəqiq miqdarı bəlli olmasa da mənbələr əldə ediləcək məhsulun minlərlə raketin, o cümlədən 700 km-lik mənzilli “Zülfüqar” raketinin istehsalı üçün kifayət edəcəyini bildirir. “Zülfüqar” raketləri İranın, eləcə də müttəfiqlərinin Yaxın Şərqdəki toqquşmalarda istifadə etdiyi əsas silahdır. Diplomatların fikrincə, razılaşma əldə olunarsa, həmin raketlərin bir qismi Ukrayna ərazisinə atmaq üçün Rusiyaya verilə bilər.
Görünür, ammonium perxloratın transferi ilə bağlı məxfi danışıqlar regionda ABŞ-ın iradəsinə qarşı müqaviməti artıran İran, Rusiya və Çin arasında münasibətləri istiləşdirməyə vasitə olacaq.
Ötən ay Moskvaya səfər edən Çin prezidenti Si Cinpin Rusiyanın Ukrayna ərazisinə hərbi müdaxiləsini açıq şəkildə dəstəkləmədiyini bəyan etmişdi. Lakin Pekin son nəticədə yenə də Rusiyanın yanındaymış kimi görünür. Xatırlatmaq yerinə düşər ki, həm ABŞ, həm də Avropa İttifaqı Pekinə dəfələrlə Rusiyaya hərbi dəstək verməməsi üçün xəbərdarlıq ediblər. Analitiklərin fikrincə, bu məsələdə Pekin indiyədək ehtiyatla davranıb, mühüm ticarət tərəfdaşları olan ABŞ və Aİ-ni qıcıqlandırmamaq üçün aqressiv Rusiya ilə açıq əməkdaşlıqdan çəkinib.

Sanksiyaya salınan kimyəvi maddə İrana veriləcəkmi?

Ekspertlər düşünür ki, Pekin həm Rusiyaya yardım etmək, həm də ABŞ-ın sanksiyalarından yayınmaq üçün, dolayısı ilə İrandan istifadə etmək niyyətindədir. Məsələ burasındadır ki, raket hazırlanması üçün istifadə edilən ammonium perxlorat maddəsinin İrana ötürülməsi beynəlxalq sanksiyalara daxildir. Beləki, BMT-nin 2015-ci ildə qəbul etdiyi 2231 saylı qətnaməsinə əsasən, ölkələrə BMT Təhlükəsizlik Şurasının təsdiqi olmadan İrana ammonium perxlorat maddəsini tədarük etmək qadağan edilib.
Qərbdə belə düşünürlər ki, Çin raket yanacağının bu kritik komponentini İrana verməklə, İran ballistik raketlərinin Rusiyaya ötürülməsini təmin edəcək. Bu da Pekinin Moskvaya pərdəarxası dəstəyi deməkdir.

Qeyd edək ki, sözügedən ammonium perxlorat maddəsi bərk raket yanacağının, partlayıcı qurğuların əsas komponenti olmaqla yanaşı həm də dözümlülüyü və uzunömürlülüyünə görə digər hərbi qurğularda sıx-sıx istifadə olunur. Bir çox ölkələrdə olduğu kimi, İranın da yaxın və uzaqmənzilli ballistik raketlərinin əksəriyyəti bərk yanacaq mühərriklərindən istifadə edir. Analitiklərin fikrincə, əslində, Tehran kosmos proqramları adı altında gerçək niyyətini gizlədir. Belə ki İran, daha uzaqmənzilli raketlər hazırlamaq üçün bu yanacaq maddəsindən istifadə etməyə çalışır.

Demokratiyanın Müdafiəsi Fondunun baş elmi işçisi və İranın raket proqramı ilə bağlı geniş araşdırmaların müəllifi Behnam Ben Talebin sözlərinə görə İran guya, özünün təhlükəsizlik strategiyasını möhkəmləndirmək üçün bərk yanacaqla işləyən ballistik raketlərə etibar edir. Taleb əlavə edib ki, bu səbəbdən ammonium perxlorat tipli bərk yanacaq növləri hazırda molla rejiminin nəyin bahasına olur-olsun, əldə etməyə çalışdığı çox qiymətli raket komponentidir.
Hazırda Rusiyanın da bu yanacaq növünə əməlli-başlı tələbatı yaranıb. Son bir ildə Ukrayna ərazilərinə amansız hücumları Şimal qonşumuzun raket ehtiyatlarını tükəndirib. Söz yox ki, Rusiya raket istehsalına ara vermir, lakin təkcə daxili istehsalla tələbatı ödəmək mümkün deyil. Buna görə də Rusiya İranın hərbi dəstəyini özünə ikinci nəfəs hesab edir.
Analitiklərin fikrincə, İran Yaxın Şərqdə öz mövqeyini gücləndirmək məqsədi ilə ballistik raket arsenalını artırmağa çalışır. Xatırladaq ki, 2020-ci ildə İran general Qasım Süleymaninin öldürülməsinə cavab olaraq İraqdakı “Eyn əl-Əsəd” aviabazasında yerləşən ABŞ əsgərlərinə onlarla ballistik raket atmışdı. 100-dən çox ABŞ hərbçisinin yaralandığı bu raket zərbəsi Yaxın Şərqdə ABŞ hərbi qüvvələrinə edilən ən böyük hücum hesab olunur.
Xatırladaq ki, ötən ilin noyabr ayında ABŞ Hərbi Dəniz Qüvvələri İrandan Yəmənə gedən Oman körfəzində bir gəmidə təxminən 70 ton ammonium perxlorat aşkar edib ki, bu da təxminən yüzlərlə ortamənzilli raketin yanacağı üçün kifayət edirdi. ABŞ Hərbi Dəniz Qüvvələri bu maddənin Yəməndə İranın dəstəklədiyi Husi üsyançılarına göndərildiyini əsas gətirərək gəmini batırmışdı.
Ammonium perxloratın aqressor ölkələrə transferi yenidən gündəmdədir. Əgər Qərb mediasının bu səs-küylü xəbəri reallığı əks etdirərsə, ABŞ və Aİ-nin Çini cəzalandırması qaçılmaz olacaq. Bəs, Pekin Rusiya və İran kimi aqressorlarla gizli işbirliyinə davam edə biləcəkmi? Necə deyərlər, yaşayarıq görərik.

Murad Köhnəqala
Bizimxəbər qəzeti


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az