• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-09-2026 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı
  • 16-09-2026 Dövlət xəstəxanasında yarımştat qeydiyyatda olan "AyMed" rəhbərinin "özbaşınalıqları"
  • 16-09-2026 Tıxaca görə dərsə gecikən ADNSU tələbələrinə güzəşt olacaq?
  • 16-09-2026 Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - VİDEO
  • 16-09-2026 HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
  • 16-09-2026 Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - VİDEO
  • 15-09-2026 Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
  • 15-09-2026 Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
  • 15-09-2026 Bakıda 165 ailə Kəmaləddin Heydərovdan kömək gözləyir... - Cənab nazir, FHN-də söz verildi, amma...
  • 15-09-2026 Prezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir
  • 15-09-2026 Prezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin
  • 15-09-2026 Prezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib
  • 15-09-2026 Azərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edib
  • 15-09-2026 Anar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardı
  • 15-09-2026 Vəzifəsindən azad edilən icra başçısı kimdir? - Dosye
  • 15-09-2026 Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
  • 15-09-2026 Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib
  • 15-09-2026 Fərid Eyvazovun “Alliance Clinic”ində 146 manatlıq çek qalmaqalı
  • 15-09-2026 Yasamal icra başçısı nə düşünür? - Piyada səkisi darmadağındır - VİDEO
  • 15-09-2026 Eldar Əzizovun “Bakı Şəhər İşığı” müəssisəsinə rəis təyin etdiyi adaşı milyonları haralara xərcləyir

XƏBƏRLƏR

    “Fənərbaxça” turu 1 xalla başa vurub
    "Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
    “Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
    Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
    Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
    "Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
    Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - VİDEO
    Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
    ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
    Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
14-02-2023, 16:24

“Həmin şirkət mənim və anamın mənzilini başqasına satdı” - NARAZILIQ VAR!

“Həmin şirkət mənim və anamın mənzilini başqasına satdı” - NARAZILIQ VAR!



Bakı şəhəri, Binəqədi rayon sakini Seymur Rüstəmov dələduzluq əməli ilə üzləşdiyini deyir.

Nyus.Az-ın məlumatına görə, bu barədə “Qafqazinfo”ya müraciət edən vətəndaş bildirib ki, Xırdalanda bina tikintisi ilə məşğul olan “AFŞARAN-A” MMC-nin rəhbərliyinin ona külli miqdarda borcu var.

S.Rüstəmovun sözlərinə görə, şirkətin rəhbərliyi onun özünə və anasına məxsus mənzilləri dələduzluq yolu ilə satıb: “1 ildən artıqdır faktla bağlı istintaq tədbirləri həyata keçirilsə də, nəticə yoxdur. “AFŞARAN-A” MMC-nin keçmiş direktoru Fəxrəddin Hüseynovla 2016-cı ildə imzaladığımız müqavilə əsasında şirkətin Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində tikdiyi binada 231 nömrəli mənzili pay kimi 54 152 manat əvəzində mənə verməyi öhdəsinə götürüb, lakin təqdim olunmuş arayışa əsasən pulu alsa da, öhdəliklərini icra etmədi. Həmçinin sonradan adı dəyişərək “FAM-88” MMC olan “AFŞARAN-A” MMC-nin yeni direktoru Tağıyev Rafiq Nərçə oğlu vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vəzifə saxtakarlığına yol verib, mənə məxsus mənzili dəyərindən çox aşağı qiymətə, yəni təqdim edilmiş maliyyə arayışına əsasən 30 944 (otuz min doqquz yüz qırx dörd) manata Məmmədov Teymur İldırım oğluna qanunsuz olaraq satıb. Məlum olur ki, bu iki MMC-nin məqsədi bu imiş: əvvəlki ləğv edilir, sonra gələn direktor isə istədiyini edir, şikayətçiyə deyir ki, get mənzili keçmiş MMC-dən istə. Məndə olan həmin mənzilə aid bütün sənədlərin əsilləri müstəntiqə təqdim edilib”.

Şikayətçi deyir ki, yuxarıda qeyd edilən mənzildən başqa onun ailə üzvlərinin adına “AFŞARAN-A” MMC-nin tikdiyi binada daha 2 mənzil də olub: “MMC-nin direktoru Hüseynov Fəxrəddin Balaxan oğlu ilə həyat yoldaşım Əlizadə Şəhla və anam Rüstəmova Raya arasında eynitipli müqavilələr bağlanıb, 339 və 261 nömrəli mənzillər onlara satılıb. Daha sonra Şəhla Əlizadənin adına olan 339 nömrəli mənzilin dəyəri Fəxrəddin Hüseynov tərəfindən məcbur olaraq mən-Rüstəmov Seymur Qəzənfər oğluna qaytarıldığından həmin mənzilin sənədlərini mən Fəxrəddin Hüseynova vermişəm. Rüstəmova Rayanın adına olan 261 nömrəli mənzilin sənədləri isə Fəxrəddin Hüseynov tərəfindən aldadılaraq, dəyərinin qaytarılacağı vədi verilərək məndən geri alınıb, lakin dəyəri qaytarılmayıb və mənzil başqa şəxsə satılaraq pulu Fəxrəddin Hüseynov tərəfindən mənimsənilib. Həmin mənzilin qaytarılması tələbi ilə anam Raya Rüstəmova tərəfindən Abşeron Rayon Məhkəməsinə müraciət edilib. Həmin məhkəmə gedişatında ekspert rəyi əsasında müəyyən edilib ki, anam Raya Rüstəmovanın da imzasını saxtalaşdıraraq, guya mənzilindən imtina etməsi və dəyərini alması göstərilib. Anama məxsus mənzil də qanunsuz olaraq başqasına satılıb”.

S.Rüstəmov əlavə edib ki, F.Hüseynovla arasında armatur satışına görə işgüzar münasibət olub. Lakin qarşı tərəf ona olan borcunu mənzillə əvəzləyəcəyini bildirib. Bütün problemlər də bundan sonra başlayıb: “Dəfələrlə Fəxrəddin Hüseynovun ofisində olmuşam, ondan 73 808 manat, 32 000 manat armaturlara görə olan digər borcunun və qanusuz olaraq başqa şəxslərə satılmış mənzillərimizin dəyərinin qaytarılmasını tələb etmişəm. Lakin mənə qarşı dələduzluq əməli törətmiş Fəxrəddin Hüseynov öz havadarlarına arxayın olduğundan məni aldatmaqda davam edir, İstintaq İdarəsi isə buna göz yumur, açıq şəkildə onu müdafiə edir. İllərlə yığdığm vəsait ələ keçirilib, ailəmə məxsus bütün mülkiyyətlər dələduzluq yolu ilə mənimsənilib”.

Vətəndaş qeyd edib ki, F.Hüseynovun əməlləri ilə bağlı Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 178.3.2, 308.1, 313 və 314-2.1-ci maddələri ilə istintaq aparılır, bir neçə digər şəxs zərərçəkmiş qismində tanınıb: "İstintaq dövründə F.Hüseynovun əməllərindən başqa şəxslərin də zərər çəkməsi məlum olub. 2021-ci ildə prokurorluğa şikayət edərək əvvəlki adı “AFŞARAN-A” MMC olan, indiki “FAM-88” MMC-nin keçmiş direktoru Hüseynov Fəxrəddin Balaxan oğlu və hazırkı direktoru Tağıyev Rafiq Nərçə oğlunun qanunsuz əməlləri nəticəsində mənə külli miqdarda maddi zərər dəydiyini bildirmişəm. Şikayətim Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin İstintaq İdarəsində istintaqı aparılan digər cinayət işinə birləşdirildi. Lakin bir il ərzində hər hansı tədbir görülmədiyindən 2022-ci ilin noyabrında Sumqayıtda Baş prokuror Kamran Əliyevin qəbulunda oldum. Baş prokuror bu işin obyektiv araşdırılması ilə bağlı göstəriş versə də, buna əməl edilmir. 16 aydır adları çəkilən şirkət rəhbərlərinə cinayət işi açılıb, lakin hələ də məni zərərçəkən şəxs qismində tanımırlar. Baş İdarənin İstintaq şöbəsinin rəhbəri Fərid Nağıyev mənim zərərçəkən şəxs qismində tanınmağıma, bu işin obyektiv araşdırılmasına mane olur. Hazırda anama məxsus mənzilin başqasına satılması məsələsi üzrə iş Abşeron Rayon Məhkəməsindədir. Mənim üzləşdiyim dələduzluq əməli, həmçinin evimin başqasına satılması ilə bağlı şikayətim isə Korrupsiyaya qarşı Mübarizə İdarəsindəki işə birləşdirilib".

Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətinə sorğu ünvanladıq. Qurumdan “Qafqazinfo”nun müraciətinə cavab olaraq bildirildi ki, Seymur Rüstəmovun şikayəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb: “Şikayətdə göstərilən xüsusatların mülki xarakterli olması müəyyən edilib. Seymur Rüstəmov dəfələrlə Baş Prokurorluqda və Baş İdarədə qəbulda olub və ona aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilib. Hazırda qeyd edilən mübahisə ilə bağlı Abşeron Rayon Məhkəməsində mülki işə baxılır”.

Şikayətlə bağlı adıçəkilən şirkətin rəhbər şəxsləri ilə də əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilmədi.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az