• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 09-09-2026 Artıq yaşanılmayacaq vəziyyətə gəlib çıxıb” - NARAZILIQ VAR...
  • 09-09-2026 “WhatsApp” bu telefonlarda artıq işləməyəcək
  • 09-09-2026 UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları keçirilib
  • 09-09-2026 Qazaxıstan və Azərbaycan Xəzər dənizi ilə sərnişin daşımalarını bərpa edəcək
  • 09-09-2026 Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - VİDEO
  • 09-09-2026 Azərbaycanda bu şəxslər ödənişsiz psixoloji yardım alacaqlar
  • 08-09-2026 Media və Yayım Şurasına sədr təyin edilib - Sərəncam
  • 08-09-2026 Zaur Mikayılov yenə də BAKINI SELƏ TƏSLİM ETDİ... - BUNUN BAŞQA ADI YOXDUR...
  • 08-09-2026 Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə - Təhsildəki qruplaşma ilə bağlı növbəti araşdırma…
  • 08-09-2026 Beyləqanda ağır qəza: Ölən var
  • 08-09-2026 Şəmkirdə gənc oğlanı qatar vuraraq öldürüb
  • 08-09-2026 Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
  • 08-09-2026 Bakıda Dördüncü İqlim Həftəsinin ikinci günü keçirilir
  • 08-09-2026 Generala AĞIR İTKİ
  • 08-09-2026 Son dəqiqə - Ukraynanın taleyini alt-üst edəcək 7 bəndlik saziş, Vaşinqtonun yeni planı yayıldı
  • 08-09-2026 SON DƏQİQƏ! Neftimiz BAHALAŞDI
  • 08-09-2026 ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
  • 08-09-2026 Ev alarkən satıcıya verilməli olan ilk sual açıqlandı
  • 08-09-2026 Paytaxtın 10 küçəsində tıxac var
  • 07-09-2026 Cənub ekologiyası ağır günlərin yaşayı - FOTO

XƏBƏRLƏR

    Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - VİDEO
    Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
    ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
    Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
    "Fənərbağça" uduzdu, azarkeş öldü
    Hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edildi
    Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
    "Qarabağ"da gözlənilməz ayrılıq
    Elm adamlarına görə ən gözəl körpə adı bəlli oldu
    Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib
10-02-2023, 15:53

İranın zəhəri "dəyişik düşdü" - Rejimdən özünü öldürəcək SƏHV

İranın zəhəri "dəyişik düşdü" - Rejimdən özünü öldürəcək SƏHV


"İstər Rusiya-Ukrayna müharibəsi, istərsə də yeni dünya nizamının formalaşdırılmasına gedən yolda əsas düyün nöqtələrindən biri olan Cənubi Qafqaz və regionda Azərbaycanın yaratdığı reallıq müxtəlif ölkələr arasında çox qəribə, bəlkə də daha öncə az ehtimal olunan, hətta bəzən çaşqınlıq doğuran əlaqələri və ittifaqları səthə çıxardı. Bunlardan biri də regionumuzda Azərbaycan qarşı birləşən Fransa və İran arasında mövcud olan qəribə, bənzər yanaşmadır. Hərçənd ki, bu "ittifaqın" detalları ilə bağlı bənzər yanaşmadan, ya da daha dəqiq ifadə edək ki, müəyyən vaxt periodunda susqunluqdan başqa real, konkret bir şey yoxdur. Onu da qeyd edək ki, cənab Prezident İlham Əliyev hər zaman çıxışlarında bir həqiqəti vurğulayırdı ki, dünyanın fərqli regionlarında olan münaqişələrə baxışda bu dövlətlər fərqli yanaşma ortaya qoysalar da, nədənsə Azərbaycana gələndə birləşirlər".

Bunu milli.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.




Ermənistan faktiki olaraq 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsinə son qoyan üçtərəfli bəyanatda Azərbaycanla Naxçıvan arasında əlaqəni təmin etmək öhdəliyini üzərinə götürüb. Bir faktı da nəzərə alaq ki, Türkmənçay müqaviləsinin imzalanmasından 195 il ötür və yaxın keçmişdə bu müqaviləyə yenidən baxılmasını istəyən iranlı parlamentarilər var idi. Hətta İran iddia edirdi ki, bu müqavilənin hüquqi baxımdan qüvvədən düşməsi ilə bağlı əlində sənədlər var, deməli, bir daha sübut olunur ki, İranın narahat olduğu məsələ Şimallı və Cənublu bütöv Azərbaycan məsələsidir.

İqtisadi cəbhədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Ermənistanın iqtisadi liderləri ilə texnoloji və müşahidə sahələrində hərbi-sənaye əməkdaşlığını gücləndirir. Nəzərə alsaq ki, Zəngəzur dəhlizinin açılmasında böyük güclər maraqlıdır, Ermənistan bu güclərə çıxış tapmaqdan da geri qalmır. Belə ki, Sünik vilayəti qubernatorunun müavini Çinin İrəvandakı səfiri ilə görüşdə hərbi sənaye sektorunu istisna etmədən bölgəyə Çinin birbaşa xarici investisiyalarını alqışladığını da bildirmişdi. Deməli, Ermənistan daha təhlükəli dənizlərdə üzərək, regionun bir-biri və dünya ilə iqtisadi inteqrasiyasına ciddi şəkildə zərbə vurmaq istəyir. Ermənistanın bir dövlət kimi zərərli aktor olduğu bir daha sübut olunur.

İran-Ermənistan münasibətlərinə gəldikdə isə Ermənistan indi yox, uzun müddətdir ki, İranın müttəfiqi olub. İkinci Qarabağ Müharibəsinin nəticəsi daha geniş regionda geosiyasi və geoiqtisadi dinamikanı dəyişdiyindən, bu ittifaq indi regional, əslində "makro-regional" əhəmiyyət kəsb etmək hədəflərini qarşısına qoyub.

Ermənistanın əsas silah tədarükçüləri Rusiya və İrandır. Fransanın Ermənistana münasibəti isə digər Qərb ölkələri ilə tam eyni deyil. Fransadakı erməni lobbisi Fransanın nüfuzlu hərbi sənaye kompleksini yeni təchizatlarla şirnikləndirərək, öz ölkələrini Cənubi Qafqazda yeni avantüraya sürükləmək istəyir. Rusiyanın Qafqazda mövqelərinin əldə çıxmasına getdiyini düşündüyü yolda İran bu boşluğu Türkiyə və Azərbaycana vermək istəmir. Yəqin yaxın, tarix boyu özünə düşmən bildiyi türkdənsə, uzaq, müdaxiləsini sonra məhdudlaşdıra biləcəyini düşündüyü xristian fransız yaxşıdır deyə düşünür. Ona görə də Fransa jandarmasının sərhəddə gəlməsinin onlar üçün bir əhəmiyyət kəsb etmədiyini bildirir. Bu da hələ ki...

Həqiqət odur ki, hər hansı bir lobbi qrupunun imkanları nə qədər geniş olursa olsun, hadisələrin real məntiqi Fransanı sonda daha ölçülüb-biçilmiş siyasətə getməyə vadar edəcək. O baxımdan ki, Fransa-İran ittifaqının reallaşmasından söhbət gedirsə, İran hakimiyyətinin toksikliyi və rejimin qeyri-müəyyən perspektivləri Fransanın İranla siyasi və təhlükəsizlik əməkdaşlığını qeyri-mümkün edəcək. Məsələn o amil də var ki, Paris üçün Səudiyyə Ərəbistanına silah tədarükü baxımından böyük müqavilələr imzalamaq Ermənistanla riskli müqavilələr imzalamaqdan daha vacibdir.

Səudiyyə Ərəbistan-İran münasibətləri də bəllidir. İrana döndükdə isə, görünür, İran bu müddət ərzində Rusiyanın daha da zəifləyəcəyini düşünməklə, Azərbaycan və Türkiyəni də regionda daha da güclənməkdən uzaq tutmaqla strateji vaxt qazanmaq baxımından Fransaya hələlik göz yummaq lazım gəldiyini ölçüb-biçir. İranın zəhəri isə nəinki regiona, bütövlükdə beynəlxalq münasibətlər sisteminə axır ki, beynəlxalq birlik bu ilanı öz yuvasında boğmaqda maraqlı görünür".

Təhməz Əsədov


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az