• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 21-10-2026 Banklara kibertəhlükələr barədə məlumat verilib - VİDEO
  • 21-10-2026 Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək
  • 21-10-2026 Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
  • 21-10-2026 Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
  • 21-10-2026 Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
  • 21-10-2026 UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
  • 21-10-2026 Azərişıq Suraxanı rayonunda kütləvi narazılıq yaradır – VİDEO
  • 21-10-2026 Azərbaycanda balıq bahalaşdı - Qiymət
  • 21-10-2026 Məktəbin ərazisi tikanli məftillərlə çəpərlənib - VIDEO
  • 20-10-2026 İntensiv yağış yağacaq, qara keçəcək - Proqnoz
  • 20-10-2026 Bu şəxslər üçün iş icazəsinin alınması tələb olunmayacaq
  • 20-10-2026 Nizami rayon prokuroru vəzifəsindən azad edildi
  • 20-10-2026 Trampa pul xərclədi, qarşılığını Ermənistanda alır– Nəhəng sərvətə yiyələnir
  • 20-10-2026 Fransa qarışdı, “Qalatasaray” ora getmək istəmir – UEFA-dan gözlənilməz qərar
  • 20-10-2026 Bulvarda hər gün "qara kassa"ya 1000 manat yığılırmış – Keçmiş sədrin məhkəməsi
  • 20-10-2026 Kim Çen Inın öldüyü xəbəri yayılıb
  • 20-10-2026 “Çox nahaq yerə özün üçün yaşayırsan” - Nadir Qafarzadə
  • 20-10-2026 Dünyanın ən çox qazanan 10 futbolçusu
  • 20-10-2026 Mehmet Ali Erbil hönkür-hönkür ağladı - "Bunu uşaqlığıma bağışlayın"
  • 20-10-2026 Bakıda dərs saatları dəyişdirilə bilər? – Ekspert rəyi

XƏBƏRLƏR

    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
10-02-2023, 08:40

Seysmoloqlar bina tikintisindən niyə uzaqlaşdırılıb - yeni təfərrüatlar

Seysmoloqlar bina tikintisindən niyə uzaqlaşdırılıb - yeni təfərrüatlar


Tikintidə təhlükəsizlik üzrə mütəxəssislər deyir ki, əsas risk qrupuna köhnə binalar daxildir

Son günlər Türkiyədə baş verən zəlzələ nəticəsində binaların dağılması ölkəmizdə də bu sahəyə diqqəti artırıb. 2019-cu ildən bəri Bakıda tikinti şirkətləri tərəfindən tikinti ərazisinin seysmoloji xəritəsi ilə bağlı Respublika Seysmoloji Mərkəzə müraciət edilmədiyi barədə açıqlama isə narahatlığı daha da artırıb. Yada salaq ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. O vurğulayıb ki, 2019-cu ilə qədər mərkəzə müraciət olunurdu: "O vaxtdan sonra bizə müraciət etmirlər".

Son illər ölkəmizdə, xüsusilə də paytaxtda çox sayda yeni binalar tikilib. Həmin yeni binaların zəlzələyə nə qədər davamlı olması ilə bağlı mütəxəssislər müxtəlif fikirlər səsləndirirlər. Hətta bəzi mütəxəssislər qeyd edir ki, yeni binaların bir qismi zəlzələyə davamlı deyil, tikintisi zamanı bütün zəruri amillər nəzərə alınmayıb. Fakt odur ki, hazırda Bakıda çox sayda yeni, hündürmərtəbəli binalar var və həmin binalarda yaşayan sakinlər onları hansı təhlükənin gözlədiyini bilmirlər.

Bakıda tikilən hündürmərtəbəli binalarda yenidən təftiş aparmaq, hər hansı təhlükəyə qarşı davamlılığını yoxlamaq mümkündürmü?

Tikintidə təhlükəsizlik üzrə mütəxəssis Samir Nəbiyev cebhe.info-ya bildirib ki, tikildikdən sonra binanın yoxlanılması çox çətindir: "Çünki binalardan nümunələr götürmək olar, ancaq hər hansı yük, titrəyiş verib yoxlamaq qeyri-mümkündür. Ona görə də yaxşı olar ki, bina tikintisindən öncə həmin ərazidə buna diqqət yetirmək lazımdır.

Nyus.Az bildirir ki, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev mövzu ilə bağlı "Yeni Müsavat"a danışıb: "İlk öncə qeyd edim ki, mən Qurban Yetirmişlinin sözlərinə həm şərikəm, həm də məsələyə digər tərəfdən yanaşsaq, onda belə çıxır ki, 2019-cu ilə qədər tikilən binalara seysmoloji rəy verilibsə, deməli istənilən zəlzələyə davamlıdır. Əvvəlki illərdə tikintilərlə bağlı sərəncamlar, icazələr yerli icra hakimiyyətləri tərəfindən verilirdi və həmin vaxt binalar daha çox pərakəndə şəklində tikilirdi. Daha sonra isə səlahiyyət Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verildi. Bundan sonra binalar arası məsafələr, əmsallar, hündürlük məsələləri qorunmağa başladı. Həmçinin tikinti zamanı torpağın tərkibi ilə bağlı aidiyyəti olan bütün qurumlardan rəy alınır

Ekspert qeyd etdi ki, Bakıda da Türkiyədə olan zəlzələ baş versə, qardaş ölkədə baş verən fəsadlar olmayacaq: "Türkiyədəki zəlzələdən də aydın görünür ki, yeni binaların keyfiyyəti çox aşağı səviyyədədir. Əksər binalarda heç armatur görünmür. Binalar elə çökür ki, sanki torpaqdan tikilib. Amma baxmayaraq ki, bizim binalar arasında əmsal qorunmur, amma ümumi tikintidə lazım olan armatur, beton kimi ləvazimatların hər biri qaydasındadır. Belə ki, tikinti zamanı aidiyyəti üzrə qurumlar mərhələli şəkildə yoxlama aparır. Əvvəlcə binanın bünövrəsi qazılanda onu yoxlayır, əgər standartlar tikilən binanın hündürlüyə uyğundursa, icazə verilir, hər mərhələdə, hər mərtəbədə binaya beton tökülən zaman betonun, armaturun tərkibi standartlara uyğun olub-olmadığı yoxlanılır, əgər standartlara cavab verilirsə, bundan sonra tikintilərə icazə verilir. Bu baxımdan hesab edirəm ki, bizdə problem əsasən köhnə binalar ilə bağlıdır. Məlum olduğu kimi, 150-yə qədər köhnə çoxmənzilli yaşayış binaları var, hansı ki onlar ya tez bir zamanda sökülməlidir və yaxud bərpa olunmalıdır. Bizdə əsasən problem nədən ibarətdir, Bakı və digər böyük şəhərlərin yeraltı xəritəsi yoxdur. Seysmoloji, sürüşmə zonaları, qurut suları, onların sayı, mənbəyi haradan gəlir, hansı istiqamətdə tikmək olar ya olmaz, bütün bunlarla bağlı yeraltı xəritə hazırlanmalıdır ".

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev isə qeyd etdi ki, rayon, kənd, qəsəbə, şəhər fərq etmir, hər bir yerin yerləşdiyi coğrafi mövqeyindən asılı olaraq bütün təhlükəli risklər nəzərə alınmaqla təhlükəsizlik konsepsiyası olmalıdır: "Yerin hansı coğrafi ərazidə yerləşməsi, məsələn, seysmik cəhətdən aktiv yerdədirsə, sürüşmə təhlükəsi olan yerdədirsə, vulkanik ərazidə, çay, dəniz kənarındadırsa fərq etməz, bütün təhlükə risklərinə, o cümlədən təbii fəlakətə, fövqəladə hadisələrə, təbii texnogen qəzalara davamlılığı müəyyən olunmalıdır. Yəni bütün bu təhlükə risklərinə qarşı təhlükəsizlik konsepsiyası olmalıdır və orada tikiləcək bütün infrastruktura aiddir, tək yaşayış binalarına deyil. Çox mənzilli yaşayış binaları, ictimai iaşə, sənaye müəssisələri, yollar, köməkçi yardımçı tikililər, yəni bütün infrastruktur o təhlükə risklərinə uyğun olaraq hesablanıb, layihələndirilib inşaatı həyata keçirilməlidir. Binaların neçə bala davamlı olmasına gəldikdə, binaların layihləndirilməsi 8-9 bal zəlzələ gücünə davamlı olaraq layihələndirilib və ekspertizadan keçdikdən sonra layihə təsdiqlənir, daha sonra o layihənin tikintisinə icazə verilir və həmin bina tikilir, inşasına başlanılır. İnşası başlanıldıqdan sonra orada o inşaat prosesi həqiqətən göstərilən layihədə olduğu kimi davam etdirilibmi, tikinti standartlara uyğun aparılıbmı, layihədən kənara çıxma olmayıbmı və sairə, buna artıq işə nəzarət edən qurumlar cavabdehdir.

Həmçinin bu cür binalar tikildikdən sonra bu binalar hansı qurumun balansında olacaqsa və yaxud hansı MTK-lar və yaxud mənzil mülkiyyətçiləri idarə edəcəksə, onların idarəçiliyi, binalara vaxtında texniki qulluğun göstərilməsi, deformasiyaya uğramaması, istismar müddətinin başa çatmasına nəzarət onların üzərinə düşən məsuliyyətdir.

10-12 il əvvəl Bakıda çoxmənzilli yaşayış binaları tikiləndə şahidi olurduq ki, bir mənzil 5 şəxsə satılırdı, həmin binalar sonra dövlət qeydiyyatına alınmadı, rəy verilmədi, həmin tikililərin təhlükəsizliyinin hansı səviyyədə olması, tikinti normalarına riayət olunub-olunması sual altındadır. Yəni işi görən sahibkar bir mənzili bir neçə adama satıb, daha çox gəlir əldə etmək istəyibsə, aldadıbsa, həmin binanın tikinti standartlarına uyğun olması, layihədən kənara çıxmaması inandırıcı gəlmir.

Həmçinin istismar müddətini başa vurmuş, qəzalı vəziyyətdə olan binalar var ki, onların hansı təhlükə ilə qarşılaşacağı, təbiət hadisələrinə necə tab gətirəcəyi sual doğurur. Bu baxımdan bir daha qeyd edirəm ki, bütün yerlərin təhlükə riskləri nəzərə alınmaqla mütləq qaydada təhlükəsizlik konsepsiyası olmalıdır".

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov APA-ya müsahibəsində Qurban Yetirmişlinin bir neçə gün öncəki açıqlamasına da münasibət bildirib. O deyib bu, heç sovet dövründən qalma normativ sənədlərdə belə yoxdur: "Lakin praktikada belə bir şey var idi və bəli, bu, 2019-cu ilə qədər davam edib. Seysmoloji Xidmət Mərkəzinin əsas vəzifələri respublikanın seysmik xəritəsinin, mövcud yaşayış məntəqələrinin seysmik mikrorayonlaşdırma xəritələrinin hazırlanması, seysmologiya sahəsində elmi-tədqiqat işlərinin aparılması, zəlzələlərin proqnozlaşdırılması və digər bu qəbildən olan məsələlərlə bağlıdır. Mərkəz tərəfindən hazırlanan bu xəritələr əsasında ayrı-ayrı obyektlərin layihələndirilməsini və tikintisini aparmaq olmaz".

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az