• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 23-10-2026 Bakıda piyada səkisinin zəbt edilməsinin qarşısı alındı - FOTO
  • 23-10-2026 Şimşək çaxacaq, intensiv yağış yağacaq - Proqnoz
  • 23-10-2026 Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanılıb
  • 23-10-2026 Məktəblərdə gözlənilən qadağa - Mühüm dəyişiklik
  • 23-10-2026 Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTOSESSİYA
  • 23-10-2026 Gələn ilin dövlət büdcəsi layihəsi Milli Məclisdə: Gəlirlər və xərclər açıqlanıb
  • 23-10-2026 Quba İdman Kompleksində yarım milyonluq mənimsəmə - Direktor həbs edildi
  • 23-10-2026 Can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram – Türkiyəli deputat - VİDEO
  • 23-10-2026 Xırdalanda evlər ucuzlaşıb - VİDEO
  • 23-10-2026 Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü
  • 23-10-2026 Zelenski müsahibə zamanı ağladı - VİDEO
  • 23-10-2026 Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
  • 23-10-2026 Zelenski: Tramp ilə aramda şəxsi ədavət yoxdur
  • 23-10-2026 Azərbaycanın bank sektorunda aktivlər artır, gəlirlər yüksəlir
  • 23-10-2026 "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
  • 23-10-2026 Yeni Günəşlidən ev almaq istəyənlərin nəzərinə, qiymətlər qalxacaq
  • 23-10-2026 Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
  • 23-10-2026 Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
  • 22-10-2026 Elm və Təhsil Nazirliyi 25 milyonluq avadanlıq alır
  • 22-10-2026 Bakı Abadlıq Dədə Qorqud Parkını baxımsız vəziyyətə salıb – VİDEO

XƏBƏRLƏR

    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
12-12-2022, 12:50

Azərbaycan sülhməramlılardan tam imtina edə bilər - Başqa cür ola da bilməz...

Azərbaycan sülhməramlılardan tam imtina edə bilər - Başqa cür ola da bilməz...



Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı monitorinq növbəti təxribat nəticəsində baş tutmayıb.

Sülhməramlı kontigentin komandanlığı ilə Azərbaycan tərəfi arasında monitorinqə başlamaq barədə razılıq əldə olunsa da sülhməramlılarla Qarabağdakı qanunsuz erməni dəstələrinin birgə təxribatı buna imkan verməyib. Belə ki, heyət Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların (Qızılbular və Dəmirli) yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər. Heyətin Rusiya sülhməramlılarının gözü qarşısında yataqların yerləşdiyi ərazilərə girişinə maneə törədilib, onlar əvvəlcədən bura gətirilmiş və özünü qondarma rejimin təmsilçisi kimi təqdim edən Ruben Vardanyanın başçılıq etdiyi yerli ermənilərdən ibarət aqressiv kütlə ilə qarşılaşıblar. Azərbaycanın rəsmi şəxslərdən ibarət heyəti Ruben Vardanyanla təmasa keçməkdən imtina edib və haqlı olaraq, Şuşa şəhərinə qayıtmağı lazım bilib.

Bu gün isə bir qrip QHT təmsilçiləri Xankəndinə gedən yolu bağlayaraq monitorinqə şərait yaradılmasını tələb ediblər.

Qeyd edək ki, dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə Azərbaycan tərəfi müzakirələr aparsa da, nəzərdə tutulan ilkin baxış və monitorinq Rusiya sülhməramlıların nəinki lazımi şərait yaratmaması, əksinə, bu prosesin qəsdən pozulması ssenarisində iştirakına görə həyata keçirilməyib. Əslində Rusiya sülhməramlı kontingentinin heç bir tədbir görməməsi fonunda, yerli sakinlərin əvvəlcədən planlaşdırılmış aksiyası səfərə mane olub. Bu, orada məskunlaşan ermənilərin təxribatından çox sülhməramlıların qəsdən hazırladığı təxribata oxşayır.

Bu səbəbdən də Azərbaycan sülhməramlıların qanunsuz hərəkətləri ilə bağlı Rusiyaya nota verdi. İndiki şəraitdə Rusiya Müdafiə Nazirliyi hansısa tədbir görəcəkmi?

Nyus.Az-ın məlumatına görə, Azad Vətən Partiyasının sədri Akif Nağı Cebhe.info-ya açıqlamasında bildirib ki, Rusiya sülhməramlıları ilə bağlı ciddi addım atılmalıdır:

“Çünki bu, görünməmiş bir hadisədir. Sülhməramlılar öz səlahiyyətlərini ciddi şəkildə aşırlar. Dünən Xarici İşlər Nazirliyi bununla bağlı Rusiyaya nota da verdi. Notada göstərilir ki, sülhməramlılar öz vəzifələrini yerinə yetirmir və azərbaycanlı mütəxəssislərin müəyyən ərazilərdə monitorinq aparmasına şərait yaratmırlar. Onlar guya yerli əhalinin narazılıq yaratdığı görüntüsünü yaratmağa çalışırlar. Amma bütün bunlar birbaşa Rusiya siyasi rəhbərliyinin siyasətidir. Hətta Ruben Vardanyanın ora göndərilməsi də təsadüfi deyil. O, Rusiya Prezidenti Vladimir Putin tərəfindən ora göndərilib. Onlar proseslərə və Azərbaycanın öz suveren hüquqlarını bərpa etməsinə mane olmağa çalışırlar. Lakin buna nail ola bilməyəcəklər”.

Partiya sədri bildirib ki, Azərbaycan rəsmi qaydada öz hədəfinə doğru gedir. Artıq bununla bağlı da müəyyən addımlar atılır:

“Mətbuat nümayəndələri sülhməramlıların nəzarətində olduğu əraziyə girməyə cəhd etdilər. Üstəlik mətbuatın istənilən yerə informasiya almaq üçün getmək haqqı var. Xüsusilə Azərbaycanın mətbuat nümayəndələri ölkəmizin istənilən ərazisinə gedə bilərlər. Amma buna imkan verilmədi. Bu gün də qeyri-hökumət təşkilatları Şuşaya səfər edərək sülhməramlıların komandiri Andrey Volkovla görüşmək istəyirlər. Hesab edirəm ki, aydın bir mövqe ortaya qoyulub, amma nəticəyə nail olmaq üçün bir az da təkid etmək lazımdır”.

Partiya sədri vurğulayıb ki, təkcə Rusiyanın hərbi rəhbərliyi olan Müdafiə Nazirliyi deyil, siyasi rəhbərliyi də bu məsələyə qarışmalı və Prezident Vladimir Putin səviyyəsində qərar qəbul olunmalıdır:

“Sülhməramlılar ya 10 noyabr 2020-ci il Bəyanatına uyğun hərəkət etməli və Azərbaycanın qanuni tələblərini yerinə yetirməlidirlər, ya da onların rəhbərliyi dəyişməlidir. Onlar həqiqətən də Rusiyanın Müdafiə Nazirliyinə tabe olmaq istəmir və Kremlin siyasi kursundan kənar hərəkət edirlərsə, bununla bağlı ölçü götürülməlidir. Əgər ölçü götürülmürsə, belə bir vəziyyət yaranacaq ki, Rusiya siyasi rəhbərliyi sülhməramlıların bu cür yarıtmaz hərəkətləri ilə anti-Azərbaycan fəaliyyəti təşkil edir. Ona görə də Azərbaycan Rusiyadan tələb etməlidir ki, sülhməramlılar razılaşmaya uyğun hərəkət etsinlər. Əks təqdirdə, Azərbaycanın tam haqqı var ki, sülhməramlıların bu “xidmət”indən imtina etsin”

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az