• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 30-10-2026 Sürücülərin telefonla danışması kameralarla qeydə alınacaq
  • 30-10-2026 “Fənərbağça”dan Messiyə gözlənilməz təklif
  • 30-10-2026 Əli Əsədov işçi sayı və maaşlarla bağlı qərar imzaladı
  • 30-10-2026 Onlar pulsuz xidmət göstərməsələr, 18 manat ödəyəcəklər - Yeni qayda
  • 30-10-2026 FHN Qurtuluş 93-də baş verənlərə niyə reaksiya vermir? – Sakinlər narahatdır ...VİDEO
  • 30-10-2026 "Geyimlərimi həmin aktyora hədiyyə etdim" - Nadir Qafarzadə
  • 30-10-2026 Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO
  • 30-10-2026 "Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" - Baba Vəziroğlu
  • 30-10-2026 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - VIDEO
  • 30-10-2026 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı
  • 30-10-2026 Xətai və Suraxanıda qaz olmayacaq
  • 30-10-2026 Azərbaycanlı qadın cüdoçu Böyük Dəbilqə turnirində tarix yazdı
  • 30-10-2026 1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
  • 30-10-2026 Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı verib
  • 30-10-2026 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - FOTO
  • 30-10-2026 Ərinin ölümünə görə Kliniki Tibbi Mərkəz və “Avropa Beynəlxalq Hospital”dan təzminat aldı
  • 30-10-2026 Ukraynada rusdilli mahnılar qadağan edilə bilər
  • 30-10-2026 Türkiyənin XİN rəhbəri ABŞ-a səfər edəcək
  • 30-10-2026 Siyəzəndə faciə: 11-ci sinif şagirdi motosikletlə evə çırpıldı
  • 30-10-2026 Məktəbdə jurnalistlərə hücumla bağlı cinayət işi başlandı

XƏBƏRLƏR

    “Fənərbağça”dan Messiyə gözlənilməz təklif
    Azərbaycanlı qadın cüdoçu Böyük Dəbilqə turnirində tarix yazdı
    1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
    Tarixin ən yaxşı "Qızıl Top" qalibi açıqlandı
    Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
    Super Liqa: “Trabzonspor” səfərdə, “Beşiktaş” evdə qalib gəlib
    Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
    Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
    Messi karyerasının ən böyük uğurunu açıqlayıb
    Valdas Dambrauskas ildə 50 kitab oxuyur
28-11-2022, 09:24

Kənan Hacı: Görünməyən qəhrəman

Kənan Hacı:   Görünməyən qəhrəman



Bu yazının çətin yazılacağını əvvəlcədən bilirdim. İntensiv jurnalistika ilə məşğul olduğum illərdə yüzlərlə müxtəlif peşə sahibləri haqqında oçerklər, məqalələr yazmışam. Onların içərisində fəhlə də olub, həkim də, mühəndis də, müəllim də, saatsaz da, papaqçı da, nazir də... Jurnalist peşəsini seçdiyim üçün həmişə taleyimə minnətdar olmuşam. Bu peşə məni müxtəlif taleli insanlarla, fərqli peşə sahibləriylə görüşdürüb, özümə bu sahədə sadiq, etibarlı dostlar qazanmışam.
İş elə gətirdi ki, sonralar ədəbi fəaliyyətlə məşğul olduğumdan jurnalistikadan bir qədər aralı düşdüm. Amma bədii əsərlər yazarkən jurnalistikada qazandığım biliklər, mütəmadi və sürətli yazı vərdişi karıma gəldi. Jurnalistika yazardan çevik və operativ olmağı tələb edir. Bəzən gün ərzində bir neçə tədbirdə olur, redaksiyanın tapşırığını yerinə yetirmək üçün maraqlı mövzular axtarışına çıxırdım. Çalışdığım qəzetin hər sayında iki-üç yazım dərc olunurdu. Arabir o qaynar reportyor həyatı üçün burnumun ucu göynəyir.
Bu yazının qəhrəmanı ilə görüşüb üzbəüz əyləşərkən bir anlıq özümü redaksiyadan növbəti tapşırığı almış gənc jurnalist kimi hiss etdim.
Hüseyn Fərzəliyev keçdiyi həyat yolundan danışdıqca dəftərçəmə qeydlər edirdim. Kimdir Hüseyn Fərzəliyev? O, adlı-sanlı nəslin nümayəndəsidir, ləyaqətli kişinin oğludur. Atası Abbasqulu Fərzəliyev uzun illər Milli Məclisin deputatı kimi fəaliyyət göstərib, Cəbrayıl rayonuna rəhbərlik edib. Bir elin-obanın ağsaqqalı olub. Bir müddət bundan öncə onun haqqında mətbuatda “Çinar kimi əzəmətli...” adlı bir yazım dərc olundu. Orda qeyd etmişdim ki, Abbasqulu Fərzəliyevin keçdiyi həyat yolu hallallıq nümunəsidir. Onun tərcümeyi-halı, taleyi zəhmətin insanı hansı zirvələrə ucaltmasının əyani sübutudur.
Hüseyn Fərzəliyev belə bir şəxsiyyətin ailəsində böyüyüb boya-başa çatıb, onun tərbiyəsini görüb. Abbasqulu müəllim böyük bir rayona rəhbərlik etməsinə, millət vəkili kimi xüsusi imtiyazlara sahib olmasına baxmayaraq onu ərköyün böyütməyib. Hüseyn müəllim həmişə onun adını uca tutmağa çalışıb.
Danışır ki, orta məktəbi bitirəndə sənədlərini Bakı Dövlət Universitetinin hüquq fakultəsinə vermək istəyirmiş. Lakin ortaya belə bir maneə çıxır – atası vəzifəli şəxs olduğu üçün o, hüquq fakultəsinə sənəd verə bilməzdi. O zaman belə bir qayda varmış. Bu səbəbdən yeniyetmə Hüseyn on səkkiz yaşı tamam olan kimi hərbi xidmətə yollanır. Əsgərliyini Ermənistanda çəkir. Deyir ki, mən bədnam qonşularımızın xain niyyətlərini hələ o vaxt, hərbi xidmət müddətində gördüm...
Hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun plan-iqtisad fakultəsinə qəbul olunur və oranı müvəffəqiyyətlə bitirir. Amma tale onu başqa sahədə gözləyirdi. O, hüquqşünas olmaq istəyirdi. Bu tükənməz həvəs onu öz niyyətinə doğru aparıb çıxarır. Əvvəlcə Füzuli rayonunda 9 saylı Trestdə iqtisadçı kimi fəaliyyətə başlayır. Bu ərəfədə Qarabağda müharibə şiddətlənir və o, könüllü şəkildə cəbhəyə yollanır. Söhbət əsnasında birinci Qarabağ savaşında başına gələn əhvalatlardan danışır. 722 saylı hərbi hissədə Zenit-Raket taqımının komandiri kimi döyüşürmüş. Əsgərləri indi də onun haqqında böyük rəğbət hissiylə danışırlar. “O, hər bir əsgərin qədrini bilən komandir idi” deyirlər. Yuxarıda qeyd etdiyim kimi cəbhəyə könüllü yollanmışdı. Millət vəkilinin, ictimai xadimin oğlu idi, amma başqa vəzifəli şəxslərin övladlarından fərqli olaraq, o, döyüşə ürəyinin səsi ilə yollanmışdı. 1993-cü ildə Cəbrayıl uğrunda döyüşlərdə mühasirəyə düşüb, üç gün mühasirədə qalıb. Sonra İran ərazisinə keçərək oradan vətənə dönüb. Müharibə veteranıdır.
İkinci ali təhsilini Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetində hüquq fakultəsində alıb. Oranı bitirdikdən sonra məsul vəzifələrdə çalışıb. Prezident yanında Xüsusi İdarənin Füzuli, Cəlilabad rayonlarında əməliyyat müvəkkili kimi fəaliyyət göstərib. Göytəpədə Sərhəd Dəstəsində baş əməliyyat müvəkkili, Cəbrayıl Sərhəd Dəstəsində şöbə rəisi, Şəki-Zaqatala Sərhəd Dəstəsində şöbə rəisi, Göytəpə Sərhəd Dəstəsinin rəisi olub. DTX Qaradağ rayon şöbəsində Məlumat Təhlil qrupunun rəhbəri vəzifəsində çalışıb. 1999-cu ildə xidməti fəaliyyətinə görə ona növbədənkənar mayor rütbəsi verilib. Hal-hazırda Mərkəzi Bankda məsul vəzifədə çalışır. Ehtiyatda olan Polkovnik-leytenantdır.
Hüseyn müəllim deyir ki, heç vaxt – nə ali təhsil illərində, nə də sonrakı dövrdə Abbasqulu müəllimin şöhrətindən, nüfuzundan istifadə etmədim. Sağlam mühitdə böyüməsi onun şəxsiyyət olaraq formalaşmasına böyük təsir göstərib.
O, biliyi, bacarığı ilə vəzifə pillələrində yüksəlib. Heç vaxt öz prinsiplərindən kənara çıxmayıb. Övladlarını – Mədaili və Fəzaili də bu ruhda böyüdüb. Mədail Fərzəliyev Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür, tanınmış vəkildir. Fəzail Fərzəliyev isə polis mayorudur. Hər ikisi layiqli vətəndaş kimi dövlətimizə, dövlətçiliyimizə xidmət edirlər. Mədailin ədəbiyyat sevgisi bizi yaxın dosta çevirib. Onun zəngin mütaliəsi, ədəbiyyatla bağlı fikirləri, orijinal yanaşmaları, fərqli fikirləri məni həmişə heyrətləndirir. Yaxın günlərdə söhbət əsnasında dedi ki, atamın 60 yaşı tamam olur. Xahiş etdim ki, bizi tanış eləsin. Tanış olduq və söhbətimiz uzun çəkdi. Hüseyn müəllim son dərəcə maraqlı müsahibdir. Mədaillə söhbətimizdə demişdim ki, atan görünməyən qəhrəmanlarımızdandır.
Ömrünü dövlətçiliyimizin möhkəmlənməsinə sərf etmiş bu dəyərli insan xidməti fəaliyyəti dövründə neçə-neçə insanın ümid yeri olub. Xeyirxahlığı, insanpərvərliyi ilə ona üz tutan insanların rəğbətini qazanıb. Prinspiallığı, peşəkarlığı ilə işlədiyi kollektivdə böyük nüfuz və hörmət sahibi olub.
“Yadıma gəlmir ki, yanıma gələn, mənə üz tutan hansısa bir vətəndaşı qəbul etməyim. Harda çalışmağımdan asılı olmayaraq, orada vicdanla çalışmışam. Dövlətimə, daşıdığım vəzifəyə xələl gətirəcək hər hansı bir əmələ yol verməmişəm. Buna görə də mənəvi rahatlığım var”.
O, övladlarına təmiz ad miras qoyub. Bundan böyük xoşbəxtlik ola bilərmi?!



Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az