• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 30-10-2026 Sürücülərin telefonla danışması kameralarla qeydə alınacaq
  • 30-10-2026 “Fənərbağça”dan Messiyə gözlənilməz təklif
  • 30-10-2026 Əli Əsədov işçi sayı və maaşlarla bağlı qərar imzaladı
  • 30-10-2026 Onlar pulsuz xidmət göstərməsələr, 18 manat ödəyəcəklər - Yeni qayda
  • 30-10-2026 FHN Qurtuluş 93-də baş verənlərə niyə reaksiya vermir? – Sakinlər narahatdır ...VİDEO
  • 30-10-2026 "Geyimlərimi həmin aktyora hədiyyə etdim" - Nadir Qafarzadə
  • 30-10-2026 Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO
  • 30-10-2026 "Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" - Baba Vəziroğlu
  • 30-10-2026 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - VIDEO
  • 30-10-2026 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı
  • 30-10-2026 Xətai və Suraxanıda qaz olmayacaq
  • 30-10-2026 Azərbaycanlı qadın cüdoçu Böyük Dəbilqə turnirində tarix yazdı
  • 30-10-2026 1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
  • 30-10-2026 Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı verib
  • 30-10-2026 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - FOTO
  • 30-10-2026 Ərinin ölümünə görə Kliniki Tibbi Mərkəz və “Avropa Beynəlxalq Hospital”dan təzminat aldı
  • 30-10-2026 Ukraynada rusdilli mahnılar qadağan edilə bilər
  • 30-10-2026 Türkiyənin XİN rəhbəri ABŞ-a səfər edəcək
  • 30-10-2026 Siyəzəndə faciə: 11-ci sinif şagirdi motosikletlə evə çırpıldı
  • 30-10-2026 Məktəbdə jurnalistlərə hücumla bağlı cinayət işi başlandı

XƏBƏRLƏR

    “Fənərbağça”dan Messiyə gözlənilməz təklif
    Azərbaycanlı qadın cüdoçu Böyük Dəbilqə turnirində tarix yazdı
    1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
    Tarixin ən yaxşı "Qızıl Top" qalibi açıqlandı
    Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
    Super Liqa: “Trabzonspor” səfərdə, “Beşiktaş” evdə qalib gəlib
    Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
    Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
    Messi karyerasının ən böyük uğurunu açıqlayıb
    Valdas Dambrauskas ildə 50 kitab oxuyur
25-10-2022, 08:37

Yolun bir addımı - Sabir Rüstəmxanlı xəstəliyindən yazdı

Yolun bir addımı - Sabir Rüstəmxanlı xəstəliyindən yazdı


Şair, millət vəkili, VHP sədri Sabir Rüstəmxanlı özünün Facebookdakı səhifəsində təəssürat yazısı paylaşıb.

Nyus.Az milli.az-a istinadən həmin yazını təqdim edir:

"Bu, bir tale işidir... Uşaqlıqdan bəri, ömrümün ən çətin anlarında, yolun bitdiyini, ipin qırıldığını düşündüyüm, ümidimi itirdiyim vaxtda gözlənilmədən önümdə bir yol açılıb, bir güclü əl qoluma girib... Bir dost məsləhəti, ağsaqqal öyüdü, tanımadığım bir adamın təmənnasız köməyi, qəfil bir sevgi dalğası xilaskarıma çerilib, məni vurub burulğandan çıxarıb. Görünür, həyatımızın və insan münasibətlərinin ən dəyərli süjetləri bunlardır; lakin biz bunlara xırda məsələlər kimi baxır və başqa mövzular axtarırıq.

Bu dəfə də həmin "ənənə" pozulmadı; xəstəlik məni İstanbulda tanınmış cərrah, Prof.Dr Vafi Atalayla tanışdırdı. Türkiyədə həkim dostlarımız çoxdur; bu yeni ünvanı köhnə dostum, görkəmli alimimiz Firudin Agasıoğlunun hörmətli həyat yoldaşı Fəridə xanım və oğlu Tenğiz həkim seçmişdilər və buna görə onlara ürəkdən minnətdaram..

Evdə həkimə ehtiyacımız olanda, adətən qızım Nərgiz, qardaşım qızı Aygün və Tengiz yada düşür. Lakin bu dəfə məsələ ciddiləşmişdi və ayağımda başlanan "xırda ağrı" məni İstanbulun Con Hopkins xəstəxanasına gətirmişdi. Prof. Dr. Vafi Atalayla ilk söhbət zamanı bu seçimin də bir tale işi olduğunu anladım. Onun təhlili və apardığı yoxlamaların nəticələri dərin bir uçurumun kənarına gəldiyimi göstərir, eyni zamanda ümid verirdi ki, hər şey yaxşı olacaq.

Lakin Vafi bəyin sakit, özünəgüvənlə danışığı işin texniki və icra tərəfinə bağlı idi.

Bir də məsələnin xəstənin gücü və psixologiyası ilə bağlı tərəfi vardı ki, onu insanın özündən başqa heç kim hesablaya bilməz. Bu duyğunu ilk dəfə yaşayırdım. Fikrimdən tez-tez belə bir sual keçirdi: "Həkim üçün bu, birinci iş deyil, peşəkardır, əməliyyatı uğurla başa vuracağını bilir, ancaq mənim ürəyim necə, bu mürəkkəb və uzun prosesə dözəcəkmi?" Gecə boyu baş verə biləcək variantları, o cümlədən ürəyimin qəfildən dayana biləcəyini və mənimlə gəlmiş ailə üzvlərimin vəziyyətini düşünürdüm. Boşuna itirdiyim vaxtlar və görməli oldiğum işlər haqqında fikirlər beynimdə burulğana dönmüşdü. Səhərə yaxın üzümə su vuranda, zəif işıqlanmış güzgüdə özümü görəndə birdən- birə bu sıxıntıya son qoyuldu. Gün ərzində neçə güzgünün önündən keçsək də orda özümüzlə göz-gözə dayandığımız anlar az olur. Amma bu səhər güzgüdəki arıqlamış, yorğun adamla göz-gözə dayanmışdıq və agrıdan böyüyüb parlaqlığı artmış gözlərdə qəribə bir arxayınçılıq görürdüm. Onlar mənə deyirdi, "qorxma, dözəcəksən, Tənzilə xanım düz deyir, sən köhnə torpaqsan, bundan qat-qat ağır yüklər daşımış ürəyin bu sınaqdan da keçəcək..."

Birdən-birə ovqatım yaxşılaşdı. Məni təkərli çarpayıda əməliyyata yola salan ailə üzvlərimin, İstanbulda yaşayan dostlarımızın kefini açmaq üçün Əziz Nesinin bir gülməli hekayəsini danışırdım. Qapılar açılıb-örtüldü, hekayə yarımçıq qaldı, bir də 7 saat sonra onlar narkozdan ayılmağıma yardım üçün, zarafatla əhvalatın nə ilə bitdiyini soruşanda mən heç nə olmayıbmış kimi hekayəni davam etdirmişdim...
Sonra Vafi bəy gəldi. İstirahətdən qayıdan adam kimi, dinc və sakit... "Durum gözlədiyimizdən mürəkkəbdi, lakin rahatsız olma, təklükə sovuşdu, vaxtında gəlmisiz... Sonra əlavə etdi ki, belə xəstələri reanımasiyada bir neçə gün saxlayırıq, lakin səni bir neçə saat sonra öz odana aparacaqlar!"..


Prof. Dr. Atalayın işi başından aşır. Görürəm. Həkimlərin məsləhət saatları, yeni xəstələr, əməliyyatlar, Universitetdə oxuduğu mühazirələr... Buna baxmayaraq, gündə bir neçə dəfə, imkan tapıb mənə də baş çəkir. Və onun müalicəmlə bağlı hər dəfə verdiyi məsləhətlər, gündəlik təhlillər əsasında gəldiyi nəticələr, pozitivliyi və nəhayət, mənim gücümə inamı halımı gündən-günə yaxşılaşdırır. Sonradan bəlli oldu ki, xəstəxanada çalışan azərbaycanlı həkim və texniki işçilər bizdən xəbərsiz məni Vafi bəyə tanıtdırıblar. Özü də sosial mediada fəaldır, maraqlanıb. Mən bu yazını yazıb xəstəliyimi bildirmək istəməzdim. Lakin o, artıq bu xəbəri və şəklimizi paylaşıb.

Aramızda səmimi bir münasibət yaranıb. Vafi bəy Fələstin kökənlidir. Lakin 43 illik ömrünün 25 ilini Türkiyədə keçirib. Arada Azərbaycana da gəlib. İmkan düşəndə öz doğulduğu yerlər, Fələstin xalqının yaşadığı faciələr barədə düşüncələrini bölüşür. Böyük Fələstin şairi Mahmud Dərvişlə qiyabi tanışlığım, onun "Beyrut" poemasını Azərbaycan türkcəsinə çevirməyim, ona "Didərginlər" adlı ayrıca bir poema həsr etməyim söhbətlərimizə yeni bir rəng qatır.

"O, bizim Milli himnimizin müəllifidir"- deyir.

"Con Hopkins" xəstəxanası Türkiyənin ən yaxşı sağlıq mərkəzlərindən biridir. Həkimlərindən başlamış həmşirələrə qədər bütün heyət diqqətlə seçilmiş peşəkarlardır. Başda Prof.Dr Vafi Atalay olmaqla onların hamısına, biri-birindən mehriban həmşirələrə və nəhayət, on gün başımım üstündən çəkilməyən fədakar ailə üzvlərimə, İstanbullu yaxınlarımıza təşəkkür və minnətdarlığımı bildirirəm...

Nyus.Az



Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az