• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 08-06-2026 Baş prokurorun növbəti vətəndaş qəbulu keçiriləcək
  • 08-06-2026 Sosial şəbəkələrlə bağlı yeni QƏRAR: 50 min manatlıq cərimə GƏLİR
  • 08-06-2026 Riskli əməliyyatdan sonra Afaq Bəşirqızından sevindirici xəbər
  • 08-06-2026 Azərbaycanda nəqliyyat pulsuz ola bilər?
  • 08-06-2026 TƏCİLİ: İsraildən İrana daha bir AĞIR ZƏRBƏ: Bu obyektlər VURULDU
  • 08-06-2026 İllər sonra DANIŞDI: “Artıq liftə qadınla minmirəm”
  • 08-06-2026 Neft rekorda doğru - Qiymət görün neçə dolları keçdi
  • 08-06-2026 Dünənki imtahanın cavabları nə vaxt açıqlanacaq?
  • 08-06-2026 Van Persi qovuldu
  • 08-06-2026 Yola maşınla çıxanlara VACİB XƏBƏR - 7 əsas küçədə…
  • 08-06-2026 Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
  • 08-06-2026 Bu şəxslərin beyni daha gec YAŞLANIR
  • 08-06-2026 "Həyat əclafdır, amma buna dəyər": Şakira Pikenin xəyanətindən DANIŞDI
  • 08-06-2026 İsrail İran ərazisindən buraxılan raketləri zərərsizləşdirib
  • 06-06-2026 Prezident İlham Əliyev İsveç Kralını təbrik edib
  • 06-06-2026 Bakıda söküləcək ərazilər məlum OLDU
  • 06-06-2026 Müharibə bitsə, ruslar Ukraynaya sərbəst girə biləcək?
  • 06-06-2026 Qazın qiyməti UCUZLAŞDI
  • 06-06-2026 Eyni vaxtda iki telefon işlətmək zərərlidir – yeni araşdırma
  • 06-06-2026 Mətanətdən Vüqar Muradova ağır sözlər

XƏBƏRLƏR

    Van Persi qovuldu
    Bu şəxslərin beyni daha gec YAŞLANIR
    Eyni vaxtda iki telefon işlətmək zərərlidir – yeni araşdırma
    Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçilib
    “Liverpul” yeni baş məşqçisini açıqladı
    Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
    Mourinyo ulduz futbolçunu “Real”a gətirmək istəyir
    Azərbaycan millisi finalda - Avropa çempionatı
    İspaniya çempionatında ən gözəl qolun müəllifi oldu
    "Turan Tovuz" Konfrans Liqasından KƏNARLAŞDIRILDI: CAS-a şikayət ediləcək
14-10-2022, 08:33

Oliqarx deputatların inhisarındakı DƏRMAN BAZARI... - NƏ ETMƏLİ?

Oliqarx deputatların inhisarındakı DƏRMAN BAZARI... - NƏ ETMƏLİ?


Payız-qış mövsümündə infeksion və xroniki xəstəliklərin artması dərmana olan tələbatı artırır. Ölkədə isə ciddi problemlərdən biri də dərman qıtlığı ilə bağlıdır. Fərqli dövrlərdə məsələnin həlli istiqamətində xarici şirkətlərin Azərbaycanda zavodlar açacağı, dərman bazarını zənginləşdirmək üçün müxtəlif ölkələrlə ticarət əlaqələrinin genişləndiriləcəyi barədə fikirlər səsləndirilsə də, belə görünür ki, ortada hələ də nəticə yoxdur.

Azərbaycana dərman ixrac edən Rusiya və Ukrayna arasında müharibənin uzun müddət davam etməsi isə əhali üçün vəziyyəti daha da qəlizləşdirib. Azərbaycana dərman idxalını həyata keçirən Ukraynanın əczaçılıq sənayesində infrastruktur problemləri var. Bu vəziyyətin ölkədə dərman defisitinə gətirib çıxarması gözlənilən idi, o səbəbdən alternativ bazarlar tapmalı idik. Çünki bu müharibənin nə vaxt bitəcəyi, Ukraynada bu infrastrukturun nə vaxt bərpa olunacağı, onun sonrakı statusunun necə olacağı bəlli deyil. Vəziyyət gündən-günə pisə doğru gedir. Ekspertlərə görə, dərman biznesi ayrı-ayrı qrupların monopoliyasında olduğundan vəziyyətin düzəldilməsi qəlizdir. İndiki vəziyyətdə dərman qıtlığı təkcə müharibə ilə əlaqədar deyil, problemin kökü daha dərindir. Ölkədə dərman monopoliyası var. Biznesmenlərə, imkanlı şəxslərə imkan verilmir ki, müstəqil şəkildə dərman preparatlarını Çin, Hindistan kimi ucuz istehsalçılardan alsınlar.

Parlamentin son iclasında bu məsələ müzakirə olunub. Rüfət Quliyev deyib ki, “Adrenalin” adında dərmanın olmaması səbəbindən cərrahiyyə əməliyyatı dayandırılıb. “Bu gün hansısa işbazlar 1 manatlıq olan bu dərmanı 100-150 manata satırlar”.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bu problemin mövcudluğunu təsdiqləyib: “ Bu problemlər nəinki bizim ölkədə, MDB məkanında bütün ölkələrdə yaşanır. Bir ay içərisində Rusiya və Ukraynadan gəlməyən dərmanların Türkiyədən gətirilməsi asan deyil. Çünki dərmanların xarici ölkədən gətirilməsi və lisenziyalaşdırılması məsələsi yenə də mürəkkəb olaraq qalır”.

Səhiyyə Nazirliyindən bildirilib ki, istənilən şirkət dərmanları maneəsiz olaraq ölkəyə gətirə bilər: “Bizim laboratoriyada ekspertizadan keçdikdən sonra ölkə ərazisində satışına icazə verilməsi üçün heç bir maneə yoxdur. O ki qaldı "niyə apteklərdə yoxdur və niyə gətirilmir" sualına cavab olaraq bildirildi ki, bu məsələ nə Səhiyyə Nazirliyi, nə də Analitik Ekspertiza Mərkəzinin səlahiyyətinə aid deyil. Belə ki, dərmanları ölkəyə özəl şirkətlər gətirir". Dərman monopoliyasına qarşı nə etməli? Azərbaycanda niyə dərman sənayesi inkişaf etmədi?

İqtisadçı ekspert Xalid Kərimli dedi ki, ötən il Azərbaycana 21 566 ton dərman gətirilib, bunun dəyəri 408 milyon 633 dollar olub: “Bu, 408 milyonluq dəyərdə Rusiyanın payı 6.9 faizdir. Ukraynanın payı isə 4.3 faizdir. Əsas dərmanı gətirdiyimiz ölkələr Rusiya, Ukraynadan başqa Türkiyədir. Azərbaycana təqribən 19.1 faiz dəyərində dərman Türkiyədən gətirilir. Belarus 2.3 faiz, Almaniya 9.3 faiz, Fransa 8 faizdir. Hindistan 6.6 faizdir. İtaliya 5.8 faizdir. Çin cəmi 1.5 faizdir. Amma dərmanların çəkisinə baxanda birinci yerdə Rusiya gəlir. Rusiyadan və Ukraynadan gələn dərmanlar daha ucuzdur. Bunun da əsas səbəbi odur ki, logistika baxımından dərmanlar Rusiyadan daha rahat gətirilir. Daha dəyərli dərmanları isə təyyarə ilə dünyanın bütün ölkələrindən gətirmək olur. Ukraynadakı vəziyyət ortadadır, artıq 8 aydan çoxdur bu vəziyyət davam edir. Amma Səhiyyə Nazirliyinin də bu sahədə tədbir görməməyi ortadadır. Dərman gətirmək o qədər də asan məsələ deyil. Düzdür, Səhiyyə Nazirliyi çox rahat şəkildə deyir ki, dərmanları özəl şirkətlər gətirir. Amma dərman kartof , ya da qarpız, avtomobil deyil ki, özəl sektor bunu rahat şəkildə götürüb gəlsin. Bunun üçün dərmanların təsdiq edilməsi lazımdır. Bu işlə məşğul olan şirkətlərin lisenziyalaşdırılmış olması lazımdır. Dərmanların hər birinin tərkibi, uyğunluğunu Səhiyyə Nazirliyinin müvafiq qurumları təsdiq etməlidir. Avtomatik olaraq Səhiyyə Nazirliyinin burada böyük səlahiyyətləri ortaya çıxır. Hansısa qruplar isə dərmanlar üzrə bazarı öz aralarında bölüşdürür. Monopoliya olma ehtimalı bu sahədə böyükdür. Burada da məmurların rolu daha artıqdır. Səhiyyə Nazirliyi nə etməlidir? Bir az operativ fəaliyyət göstərməli idi, baş verə biləcək bu problemləri qarşılamaq üçün gözləməməli idi ki, Ukraynadan dərman alan şirkətin dərmanı qurtarsın, o da buna reaksiya versin. İdarəetmənin əsas o ağıllılığı problemi qabaqcadan görüb həll etməsidir. Bunu cəmiyyət hiss etməsin. Problemi həll etmək üçün dərmanları əhaliyə baha qiymətə satmaq da çıxış yolu deyil. Təcili surətdə digər dərman şirkətlərinin nümayəndələri ilə görüşüb bu dərmanların alternativ bazarlardan sürətli gəlişi, yoxlanması, təsdiqi proseslərini operativ həll etmək lazımdır. İkincisi, ümumi bazarı tənzimləmək üçün dərman biznesində müəyyənləşdirilmiş qruplar arasında monopoliyanın aradan qaldırılması üçün yeni oyunçuları bura cəlb etmək lazımdır. İmkan vermək lazımdır ki, digər şəxslər də bununla məşğul ola bilsin. Bu bazarda həm dərman bolluğunu artıracaq, həm də qiymətlərin tənzimlənməsinə gətirib çıxaracaq. Burada məsələ ondan ibarətdir ki, qiymətləri tənzimləyən qurum Tarif Şurasıdır. 10 mindən çox dərman var ki, onların qiymətini Tarif Şurası müəyyənləşdirir. Bazara sərbəstlik, imkan verilməlidir ki, özü tənzimlənsin, bu zaman dərmanlar da ucuzlaşa bilər”.

Azərbaycan Tibb Universitetinin farmakologiya kafedrasının dosenti, professor Aydın Əliyev dedi ki, əsas məsələ dərmanların keyfiyyətidir: “Camaat deyir, həkimə getdim, müalicə olunmadım. Soruşan yoxdur ki, axı bu dərmanı həkim gətirməyib?! Təbii ki, mən də istəyirəm ki, həmin dərman zavodları tez açılsın. Çox sevinərdik ki, dərman sənayesi işə düşsün. Burada iki məsələyə diqqət edilməlidir. Birincisi, Azərbaycanın özündə hansı bitkilərdən təbii dərmanları ala bilərik. Dərman sənayesi üzrə yerli istehlakçıların yerli məhsul istehsal etməsi, həm də yeni iş yerlərinin açılması deməkdir. Dərman istehsalı böyük sənayedir. Burada alimlər, bioloqlar, mühəndis, baytar, aqronom, kimyaçı, bir sözlə, hamı iştirak edir. Görün nə qədər yeni iş yerləri deməkdir. Bu, dövlətin problemidir, təbii ki... Bunlar həll olunmalıdır. Rəqabət sistemi qurulmalıdır. Rəqabət olmayanda ayrı-ayrı işbazlar istənilən sahəni ələ alırlar. Yoxsa bir, ya da beş nəfərdən asılı vəziyyətə düşürük”.

Farmakoloq dərmanların keyfiyyəti məsələsinə də toxunub: “Mən dərmanlara canlı varlıq kimi baxıram. Dərmanın keyfiyyətsizi o deməkdir ki, o dərmanın vaxtı keçib, o dərmanın tərkibində olan ionlar, atomlar, ayrı-ayrı bioloji aktiv maddələr artıq insan bədənində enerjini dəyişdirə bilmir. Dərmanlar bədəndə enerjini artırır, ya azaldır. Bu enerjini dəyişdirə bilmirsə, deməli, keyfiyyətsizdir. Yəni cansız canlıya can verə bilməz. Amma dərman canlı olduğuna görə canlı orqanizmə, xəstəliklərə kömək edir. O cansız dərmanlar Azərbaycana niyə buraxılır?! Çıxış yolu ancaq yeni zavodların açılmağıdır”.
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az