• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 20-10-2026 İntensiv yağış yağacaq, qara keçəcək - Proqnoz
  • 20-10-2026 Bu şəxslər üçün iş icazəsinin alınması tələb olunmayacaq
  • 20-10-2026 Nizami rayon prokuroru vəzifəsindən azad edildi
  • 20-10-2026 Azərişıq Suraxanı rayonunda kütləvi narazılıq yaradır – VİDEO
  • 20-10-2026 Trampa pul xərclədi, qarşılığını Ermənistanda alır– Nəhəng sərvətə yiyələnir
  • 20-10-2026 Fransa qarışdı, “Qalatasaray” ora getmək istəmir – UEFA-dan gözlənilməz qərar
  • 20-10-2026 Bulvarda hər gün "qara kassa"ya 1000 manat yığılırmış – Keçmiş sədrin məhkəməsi
  • 20-10-2026 Kim Çen Inın öldüyü xəbəri yayılıb
  • 20-10-2026 “Çox nahaq yerə özün üçün yaşayırsan” - Nadir Qafarzadə
  • 20-10-2026 Dünyanın ən çox qazanan 10 futbolçusu
  • 20-10-2026 Mehmet Ali Erbil hönkür-hönkür ağladı - "Bunu uşaqlığıma bağışlayın"
  • 20-10-2026 Bakıda dərs saatları dəyişdirilə bilər? – Ekspert rəyi
  • 20-10-2026 Yaşayış binasına daha iki mərtəbə əlavə olunur - Sakinlər narahatdırlar - VIDEO
  • 20-10-2026 Zəngilan şəhərinin işğaldan azad edilməsindən 6 il ötür
  • 20-10-2026 Bu gün iki zəlzələ qeydə alınıb - Güclü təkanlar gözlənilir? - VIDEO
  • 19-10-2026 Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
  • 19-10-2026 Baş nazirin müavini təyin edilən Teymur Musayev kimdir? - Dosye
  • 19-10-2026 Yeni səhiyyə naziri kimdir? - Dosye
  • 19-10-2026 Teymur Musayev Baş nazirin müavini təyin edildi - Sərəncam
  • 19-10-2026 Anar Bayramov səhiyyə naziri təyin edildi

XƏBƏRLƏR

    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
30-08-2022, 09:22

Yeni Laçın yolundan 2 sentyabrda terrorçular keçəcək? - NƏ ETMƏLİ?

Yeni Laçın yolundan 2 sentyabrda terrorçular keçəcək? - NƏ ETMƏLİ?



Yeni Laçın yolu 1 sentyabrdan istifadəyə veriləcək. Köhnə dəhlizdəki rejim təzəsində də qüvvədədir. Hələlik belədir. Rusiyanın Ermənistandakı səfirliyinin məsul əməkdaşı Maksim Seleznyov da, Azərbaycan ərazisində müvəqqəti yerləşmiş Rusiya hərbi kontingentinin komandanı Aleksandr Volkov da köhnə rejimin davam edəcəyini açıqlamalarında bildiriblər. Laçın rayon mərkəzinin, Zabux və Sus kəndlərinin bizim nəzarətimizə keçməsi bu işin vacib tərəfidir və Qarabağ torpaqlarının azad edilməsi prosesinin növbəti mərhələsi olaraq Azərbaycanın strateji siyasi qələbəsidir. Düşmən ağır psixoloji zərbə alıb, amma təəssüf ki, aramızda bu hadisəyə kölgə salmaq cəhdləri ilə də rastlaşırıq. Qarabağ münaqişəsi 34 ildir davam edir, bu münaqişənin əsas hissəsinin hərbi müstəvidə həlli 44 günə başa çatsa da, diplomatiya yolu ilə son nöqtənin qoyulması mürəkkəb proseslərdən keçir və zaman alır. Əlbəttə, yeni yolda sərhəd nəzarət məntəqəsinin olması 34 illik münaqişənin diplomatik yolla həllini çox sürətləndirə bilərdi, amma Cənubi Qafqazda qlobal dünya güclərinin maraqlarının toqquşması, konkret olaraq Rusiyanın münaqişənin tezliklə bitməsini istəməməsi, bizim istəklərimizlə üst-üstə düşmədiyi üçün, şimal qonşumuzla ehtiyatlı siyasət aparıb, zamanla milli maraqlarımızı həyata keçirməliyik, Laçına nəzarətimizi bərpa etdiyimiz kimi.

Yeni Laçın yoluna hələ nəzarətimizin olmamasının ilk fəsadlarını, elə yolun açılışının ilk günlərindən görə bilərik. Xankəndindəki separatçı rejim sentyabrın 2-də qondarma rejimlərinin elan olunmasının 31 illiyini qeyd etmək niyyətindədir. Keçən il ağır məğlubiyyətdən sonra 30 illik qondarma yubileylərini yas mərasimi kimi keçirib, qəbristanlığı ziyarət etməklə kifayətlənən ermənilər bu il 2 sentyabrı “bayram tədbirlərinin keçirilməsi” kimi qeyd etməyi planlaşdırırlar. Tədbirlərdə iştirak etmək üçün İrəvandan siyasilərin də gəlişi gözlənilir, xüsusilə parlament üzvlərinin iştirakı barədə artıq bəzi mövqelər mediada müzakirə olunur. Erməni parlament üzvləri Qarabağa gəlməkdə həvəsli görsənməsələr də, təxribat naminə müxalif fraksiyadan bəzilərinin gəlməsi barədə fikirlər səslənib, baxmayaraq ki, elə həmin gün İrəvanın Fransa meydanında müxalifət mitinq keçirəcəyini elan edib.

2 sentyabrda siyasilərin gəlişi sual altında olsa da, Paşinyan hakimiyyətinə müxalif daşnakların təxribat xarakterli səfərləri mütləq olacaq və Qarabağ ermənilərinin beyinlərinə minalar yerləşdirib yalançı ümidlərlə “mübarizəyə davam” təbliğatını aparcaqlar. Bu gəlişləri ilə yeni yolun onlar üçün maneə olmadıqlarını sübut etməyə çalışacaqlar. Vaxtilə Norayr Mirzoyan nəzarət məntəqəmizə qumbara atdığı kimi, daşnakların da belə bir silahlı diversiya törədəcəyi bu günlər üçün tamamilə mümkün variantlardan biri ola bilər. Buna görə də, Azərbaycan Rusiya sülhməramlılarının komandanlığına xəbərdarlıq etməli, sentyabrın ilk günlərində sərhəddə xüsusi rejim tətbiq edilməsini, hətta üç gün ərzində yalnız birtərəfli çıxışa icazə verilməsini tələb etməlidir. Səbəb isə terrorçuların həmin günlərdə Xankəndinə gəlib diversiya törətmək planları barədə əməliyyat məlumatlarına malik olmamızla əlaqələndirilməlidir. Hesab edirəm ki, bu günlər məhdud giriş-çıxış rejimi tətbiq edilərsə gələcək təxribatlardan qismən sığortalanmış olarıq və psixolji təsir öz effektini göstərmiş olar.

31 avqust Brüssel görüşünü də qısqanclıqla qarşlayan qüvvə və tərəflər məhz bu görüşün pozitivliyinə xələl gətirmək məqsədilə də həmin günlər təxribatlar törətməyə cəhd edə bilərlər. Bir sözlə, yeni yolun istifadəyə verilməsinin ilk günlərində yeni problemlərin qarşısını almaq üçün Azərbaycanın Rusiya hərbi kontingentini xüsusi xəbərdar etməsi məqsədəuyğundur.

İlham İsmayıl
//moderator.az//

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az