• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 20-10-2026 İntensiv yağış yağacaq, qara keçəcək - Proqnoz
  • 20-10-2026 Bu şəxslər üçün iş icazəsinin alınması tələb olunmayacaq
  • 20-10-2026 Nizami rayon prokuroru vəzifəsindən azad edildi
  • 20-10-2026 Azərişıq Suraxanı rayonunda kütləvi narazılıq yaradır – VİDEO
  • 20-10-2026 Trampa pul xərclədi, qarşılığını Ermənistanda alır– Nəhəng sərvətə yiyələnir
  • 20-10-2026 Fransa qarışdı, “Qalatasaray” ora getmək istəmir – UEFA-dan gözlənilməz qərar
  • 20-10-2026 Bulvarda hər gün "qara kassa"ya 1000 manat yığılırmış – Keçmiş sədrin məhkəməsi
  • 20-10-2026 Kim Çen Inın öldüyü xəbəri yayılıb
  • 20-10-2026 “Çox nahaq yerə özün üçün yaşayırsan” - Nadir Qafarzadə
  • 20-10-2026 Dünyanın ən çox qazanan 10 futbolçusu
  • 20-10-2026 Mehmet Ali Erbil hönkür-hönkür ağladı - "Bunu uşaqlığıma bağışlayın"
  • 20-10-2026 Bakıda dərs saatları dəyişdirilə bilər? – Ekspert rəyi
  • 20-10-2026 Yaşayış binasına daha iki mərtəbə əlavə olunur - Sakinlər narahatdırlar - VIDEO
  • 20-10-2026 Zəngilan şəhərinin işğaldan azad edilməsindən 6 il ötür
  • 20-10-2026 Bu gün iki zəlzələ qeydə alınıb - Güclü təkanlar gözlənilir? - VIDEO
  • 19-10-2026 Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
  • 19-10-2026 Baş nazirin müavini təyin edilən Teymur Musayev kimdir? - Dosye
  • 19-10-2026 Yeni səhiyyə naziri kimdir? - Dosye
  • 19-10-2026 Teymur Musayev Baş nazirin müavini təyin edildi - Sərəncam
  • 19-10-2026 Anar Bayramov səhiyyə naziri təyin edildi

XƏBƏRLƏR

    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
22-08-2022, 08:26

Evsizlər üçün atılmış addım: Yeni ipoteka qaydaları kimlərə sərf edəcək? - ARAŞDIRMA

Evsizlər üçün atılmış addım: Yeni ipoteka qaydaları kimlərə sərf edəcək? - ARAŞDIRMA


Evi ola-ola güzəştli ipoteka krediti almaq istəyənlərin böyük bir hissəsi bu niyyətlərindən vaz keçməli olacaqlar. Nəticədə güzəştli ipoteka kreditləri üçün müraciətlərin sayı azalacaq, evi olmayan insanların bu imkandan yararlanmaq ehtimalları artacaq.

Azərbaycanda mənzil almaq üçün bank tərəfindən verilən ipoteka krediti ilə bağlı tələblər dəyişib. Yeni qaydalara görə, mülkiyyətində ev və ya mənzil olduğu halda ipoteka krediti götürənlər üçün ilkin ödəniş 30%-dən az olmamalıdır. Yalnız adında ev olmayan şəxslər 30%-dən az ilkin ödəniş edə bilərlər. Onlar üçün ilkin ödəniş 15%-dən başlaya bilər. Bəs, görəsən, bu yeniliyin məqsədi nədir? Qərardan sonra ipoteka bazarında hansı dəyişikliklər ola bilər?

Mövzu ilə bağlı "Kaspi" qəzetinin yazışın təqdim edirik:

Evsiz insanların çoxu ipoteka krediti ala bilmirlər

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Kaspi"yə açıqlamasında dedi ki, güzəştli ipoteka kreditlərindən yararlananlar aztəminatlı, evə ehtiyacı olan insanlar olmalıdır: "Lakin bu şərtlərdən yararlanmaq istəyən evi olan insanlar da çoxdur. O baxımdan evsiz insanların çoxu kənarda qalır. Bu nöqteyi-nəzərdən yanaşsaq, atılmış addım təqdirəlayiqdir. Vətəndaşın adına mənzil varsa, ödəyəcəyi ilkin ödəniş çox olanda, təbii ki, artıq onun ipoteka krediti götürməyə marağı olmayacaq. Məncə, mənzili olmayanlara qoyulan 15 faiz ilkin ödəniş şərti normaldır. Mənzilin ümumi dəyərinin elə də böyük bir hissəsi deyil. Vətəndaş haradansa pul toplayıb həmin ilkin ödənişi edə bilər. Əslində də, güzəştli ipoteka krediti daha çox aztəminatlı insanlara verilməlidir ki, kirayələrdən qurtulub, mənzil sahibi ola bilsinlər. Evi olan şəxslər ilkin ödəniş olaraq 30 faiz ödəyəcəklərsə, bu, böyük məbləğdir. Ona görə də düşünürəm ki, evi ola-ola güzəştli kredit almaq istəyənlərin böyük bir hissəsi bu niyyətlərindən vaz keçməli olacaqlar. Nəticədə müraciətlərin sayı azalacaq, evi olmayan insanların güzəştli ipotekadan yararlanmaq ehtimalları artacaq".

Mənzillərin qiyməti durmadan artır deyə...

Müsahibimiz bildirdi ki, hazırda bir sıra səbəblər var ki, onlara görə ipoteka ilə ev almaq vətəndaşa sərf etmir: "İpoteka ilə mənzil almaq istəyənlər çoxdur. Amma ipotekaya yararlı mənzillər azdır. Köhnə 4-5 mərtəbəli binalar ipoteka predmetinə çevrilə bilmir. İpotekaya düşən köhnə binalardan 9-10 mərtəbəlilərdir ki, onların da sayı çox deyil. İpoteka kreditinə daha çox yeni tikilən binalardan mənzillər almaq mümkündür. Vətəndaş fikirləşir ki, birotaqlı mənzili 100-120 min manata kreditlə də olsa, alacaq. Müəyyən vaxtdan sonra gənc ailənin üzvlərinin sayı artır, onlar məcbur bu evi satıb,

Digər tərəfdən, mənzillərin qiyməti kəskin artır deyə, son illər ipotekadan yararlanmaq istəyən insanların sayı da azalır".

İpoteka üçün "ekonom klass" mənzillər tikilməlidir

Ekspert onu da qeyd etdi ki, hazırda Bakı şəhərində ipotekaya yararlı "ekonom klass" mənzillər məhdud saydadır: "Aztəminatlı ailələr üçün "ekonom klass" mənzillər tikilməlidir. Mənzilin kvadratı az olanda ümumi dəyəri də aşağı olur. Yeni tikililərdə 65-70 kvadrat birotaqlı mənzil, "xruşşovka"larda üçotaqlı mənzilin sahəsidir. Tikinti şirkətlərinə azkvadratlı mənzillər tikmək sərfəli deyil. Amma tikilən binalarda ümumi sahələr az, otaq sayı çox olsa, bu, çoxuşaqlı ailə üçün sərfəli olar. Ona görə də insanlar artıq ev almaq üçün daha çox Bakı ətrafına, Xırdalana üz tuturlar. Çünki həmin ərazilərdə ekonom mənzillər daha çoxdur. İki otaqlılar təxminən 50-55, üç otaqlılar 70-80-90 kvadrat olur. Təbii ki, bu halda mənzilin ümumi dəyəri də aşağı olur".

İpoteka şərtləri bir az da sadələşdirilməlidir

Elnur Fərzəliyevin sözlərinə görə, ipoteka krediti verilərkən bir neçə vacib nüans nəzərə alınmalıdır: "Ölkədə minimal əməkhaqqı 300 manatdır. 300 manat əməkhaqqı alan şəxs ipoteka krediti ilə mənzil ala bilməz. Çünki vətəndaşın bir aylıq minimum yaşayış zənbili təxminən 200 manat hesablanır. Yəni 300 manat maaş alan şəxsin 200 manat dolanışıq pulu çıxacaqsa, yerdə qalan 100 manatı ipotekanı ödəməyə bəs etmir. Sırf ipoteka krediti ilə mənzil almaq üçün rəsmi iş yerin olmalıdır. İnsanların əksəriyyəti rəsmi işdə işləyir, amma əmək haqqı azdır. İşdən sonra gedib taksi fəaliyyəti ilə məşğul olur, yaxud kənarda kiçik biznesi, xarici ölkədə qohumu, evi var və oradan pul gəlir. Amma həmin pulları rəsmi göstərə bilmədiyinə görə ipoteka kreditindən yararlana bilmir. İpoteka bazarına marağın artırılması üçün şərtlər bir az da sadələşdirilməlidir".

Bəs bu qərar ümumilikdə əmlak bazarına hansısa formada təsir edə bilərmi? Elnur Fərzəliyev bildirdi ki, hazırda əmlak bazarında ipoteka kreditlərinin faiz payı o qədər də böyük olmadığından edilən dəyişikliyin ümumi bazara təsiri elə də böyük olmayacaq.

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az