• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 20-10-2026 İntensiv yağış yağacaq, qara keçəcək - Proqnoz
  • 20-10-2026 Bu şəxslər üçün iş icazəsinin alınması tələb olunmayacaq
  • 20-10-2026 Nizami rayon prokuroru vəzifəsindən azad edildi
  • 20-10-2026 Azərişıq Suraxanı rayonunda kütləvi narazılıq yaradır – VİDEO
  • 20-10-2026 Trampa pul xərclədi, qarşılığını Ermənistanda alır– Nəhəng sərvətə yiyələnir
  • 20-10-2026 Fransa qarışdı, “Qalatasaray” ora getmək istəmir – UEFA-dan gözlənilməz qərar
  • 20-10-2026 Bulvarda hər gün "qara kassa"ya 1000 manat yığılırmış – Keçmiş sədrin məhkəməsi
  • 20-10-2026 Kim Çen Inın öldüyü xəbəri yayılıb
  • 20-10-2026 “Çox nahaq yerə özün üçün yaşayırsan” - Nadir Qafarzadə
  • 20-10-2026 Dünyanın ən çox qazanan 10 futbolçusu
  • 20-10-2026 Mehmet Ali Erbil hönkür-hönkür ağladı - "Bunu uşaqlığıma bağışlayın"
  • 20-10-2026 Bakıda dərs saatları dəyişdirilə bilər? – Ekspert rəyi
  • 20-10-2026 Yaşayış binasına daha iki mərtəbə əlavə olunur - Sakinlər narahatdırlar - VIDEO
  • 20-10-2026 Zəngilan şəhərinin işğaldan azad edilməsindən 6 il ötür
  • 20-10-2026 Bu gün iki zəlzələ qeydə alınıb - Güclü təkanlar gözlənilir? - VIDEO
  • 19-10-2026 Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
  • 19-10-2026 Baş nazirin müavini təyin edilən Teymur Musayev kimdir? - Dosye
  • 19-10-2026 Yeni səhiyyə naziri kimdir? - Dosye
  • 19-10-2026 Teymur Musayev Baş nazirin müavini təyin edildi - Sərəncam
  • 19-10-2026 Anar Bayramov səhiyyə naziri təyin edildi

XƏBƏRLƏR

    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
3-08-2022, 22:06

Azərbaycan qəti addımlar atacaq - Son erməni silahlısı Qarabağdan qaçana kimi..

Azərbaycan qəti addımlar atacaq - Son erməni silahlısı Qarabağdan qaçana kimi..


"Çox təəssüflər olsun ki, bu hadisələr, bu gərginlik məhz bu ərəfədə baş verir".

Bunu milli.az-a açıqlamasında "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.

O bildirib ki, dəhlizlərin açılmasından narahat olan qüvvələr bölgədə vəziyyəti gərgin saxlamaq istəyirlər:

"Region öz həssas dönəmini yaşayır. Belə ki, yaxın günlərdə hər halda belə planlar var idi ki, Azərbaycan Prezidenti Ermənistan baş naziri ilə Brüsseldə görüşməli idi. Digər tərəfdən üçtərəfli komissiya - Azərbaycanın və Ermənistanın xüsusi komissiyası deblokada ilə bağlı, yolların açılması məsələsi ilə bağlı görüş keçirməlidir. O biri yandan delimitasiya ilə bağlı ikitərəfli komissiya görüşməlidi idi.

Bax, bu ərəfədə bu cür gərginlik ondan xəbər verir ki, Ermənistan tərəfi razılıqlardan boyun qaçırır və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində addımlar atmaq niyyətində deyil. Digər tərəfdən ABŞ-ın son vaxtlar aktivliyi göz önündədir və burada müəyyən vasitəçilik rolu oynamaq istəyir. Çox güman ki, regionda bunu istəməyən qüvvələr var. Ona görə də bu cür təxribatcı addımlara əl atırlar.

Separatçıların fəallığı ondan xəbər verir ki, onlar indiki vəziyyətdən narahatdırlar. Çünki son nəticə etibarı ilə tərksilah olunmalıdır və gec-tez regionda yeni reallıqlar, yeni yol infrastrukturunun salınması, Laçın dəhlizinə alternativ olan dəhlizin yaradılması, Rusiya sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə yolların açılması, - əgər biz yolların açılmasından danışırıqsa, bütün yollar açılmalıdır, o cümlədən bu yollar: Kəlbəcərdən Ağdərəyə, Ağdərədən Tərtərə gedən yol, Ağdamdan Xankəndi vasitəsilə Şuşaya gedən yol, - bunlar hamısı açılmalıdır.

Ona görə də düşünürəm ki, bundan narahat olan qüvvələr çalışır vəziyyəti olduğu kimi saxlasınlar və burada müsbətə doğru heç bir inkişaf olmasın.

Əgər danışıqlar nəticə verməsə, Azərbaycan tərəfi öz narahatçılığını praktiki addımlarla göstərəcək, eyni zamanda beynəlxalq aləmə bir mesaj ötürəcək ki, növbəti dəfə Ermənistan tərəfi öhdəliklərinə düşən vəzifələrini yerinə yetirmir. Ona görə Azərbaycan tərəfi məcbur olacaq öz hüquqi imkanlarından istifadə edərək məsələləri həll etsin.

Biz artıq vasitəçilərə (Aİ, Rusiya) də açıq deyə bilərik ki, madam ki, vəziyyət növbəti dəfə belə dalana dirənir, biz məcburuq müəyyən qəti addımlar atmağa. O cümlədən istisna olunmur ki, bu, antiterror əməliyyatı olsun. Lakin indiki şəraitdə vasitəçilərlə söhbətlər aparılır, danışıqlar gedir. Azərbaycan çalışacaq ki, bu addımı bütün ziddiyətləri nəzərə alaraq atsın, geiosiyasi vəziyyəti, regionda gedən prosesləri nəzərə alaraq bunları etsin. Ona görə də bununla bağlı hazırda hansısa ehtimal səsləndirmək tezdir.

Xüsusi antiterror əməliyyatı onu göstərir ki heç bir terrorçu sığortalana bilməz. Regionda komunikasiyaların açılmasından danışırıqsa bu proses ilk əvvəl Qarabağdan başlanmalıdır. Regionda terrorçular olanda bunu necə təhlükəsiz etmək olar? Köçkünlər Xocalıya necə qayıtsın ki orada indinin özündə silahlanmış düşmənlər qalır? Nəyinki qalır - çıxmaq da fikirləri yoxdur. Görünür bunları hərəkətə gətirmək üçün başqa yol qalmır".

Təhməz Əsədov

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az