• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 06-06-2026 Prezident İlham Əliyev İsveç Kralını təbrik edib
  • 06-06-2026 Bakıda söküləcək ərazilər məlum OLDU
  • 06-06-2026 Müharibə bitsə, ruslar Ukraynaya sərbəst girə biləcək?
  • 06-06-2026 Qazın qiyməti UCUZLAŞDI
  • 06-06-2026 Eyni vaxtda iki telefon işlətmək zərərlidir – yeni araşdırma
  • 06-06-2026 Mətanətdən Vüqar Muradova ağır sözlər
  • 06-06-2026 Səki kimindir: vətəndaşın, yoxsa Hacı Rasimin? Sabunçu İcra Hakimiyyəti bu vəziyyətə niyə göz yumur ?
  • 05-06-2026 Prezident İlham Əliyev: Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi beş əsas milli prioritetdən biri kimi müəyyən edilib
  • 05-06-2026 Yalan ittiham edənləri hansı cəza gözləyir?
  • 05-06-2026 Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR
  • 05-06-2026 Elektrik təchizatında qayda pozuntusu - “Azərişıq” cərimələndi
  • 05-06-2026 Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
  • 05-06-2026 Maaşla bağlı MÜHÜM XƏBƏR
  • 05-06-2026 Afaq Bəşirqızı əməliyyat olundu
  • 05-06-2026 Azərbaycanda cərimə balları 20-dən 50-yə QALDIRILIR?
  • 05-06-2026 Göyçayda əməliyyat - Həbs edilənlər var
  • 05-06-2026 Prezident İlham Əliyev Azərbaycanın minifutbol millisini Avropa çempionluğu münasibətilə təbrik edib - FOTO
  • 05-06-2026 İpoteka verilmir, qiymətlər isə artır: Bakıda köhnə binaların sirri
  • 05-06-2026 Milli Məclisin növbədənkənar sessiyanın ilk iclası başladı
  • 05-06-2026 Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçilib

XƏBƏRLƏR

    Eyni vaxtda iki telefon işlətmək zərərlidir – yeni araşdırma
    Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçilib
    “Liverpul” yeni baş məşqçisini açıqladı
    Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
    Mourinyo ulduz futbolçunu “Real”a gətirmək istəyir
    Azərbaycan millisi finalda - Avropa çempionatı
    İspaniya çempionatında ən gözəl qolun müəllifi oldu
    "Turan Tovuz" Konfrans Liqasından KƏNARLAŞDIRILDI: CAS-a şikayət ediləcək
    "Fənərbağça"ya ulduz axını: 2 məşhur futbolçu gəlir
    Dünyanın ən dəyərli klubları bilindi
28-07-2022, 12:19

"Bu məlumatların yayılması yolverilməzdir"

"Bu məlumatların yayılması yolverilməzdir"


Bas prokurorluğun bəzi saytlar və sosial media istifadəçiləri tərəfindən Azərbaycan Ordusunun işgüzar nüfuzuna xələl gətirmək, vətəndaşlar arasında süni ajiotaj yaratmaq, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salmaq məqsədilə həqiqətə uyğun olmayan informasiyalar tirajlamasi barədə yaydığı məlumat hələ də bəzilərinin Aprel və Tovuz döyüşlərinin, eləcə də 44 günlük müharibənin dərslərindən nəticə çıxarmadıqlarını sübuta yetirir. Bütün bunlar, həm də "Media haqqında" qanuna, eləcə də informasiya təhlükəsizliyi ilə bağlı müvafiq qanunvericilik aktlarına münasibətdə kənardan ötürülən, yaxud kimlərinsə fərqlənmək, "ağıllı görünmək" niyyətindən doğan "tezisləriylə" opponentlik etməyə çalışan xroniki narazıların mövqeyinin ictimai maraqların müdafiəsi baxımından nə qədər təhlükəli olduğunu nümayiş etdirir.

Bunu Trend-ə siyasi şərhçi, əməkdar jurnalist Elçin Mirzəbəyli deyib.

O bildirib ki, baş verənlərə münasibətdə Baş Prokurorluğun çevik reaksiyası, şübhəsiz ki, təqdir olunmalıdır.

"Amma ictimai maraqların müdafiəsi təkcə Baş Prokurorluğun, hüquq-mühafizə və təhlükəsizlik orqanlarının vəzifəsi deyil. Dövlətin vətəndaşlar qarşısında Konstitusiyadan və digər qanunvericilik aktlarından irəli gələn vəzifələri olduğu kimi, vətəndaşların da dövlət qarşısında vəzifə və məsuliyyətləri var. Azərbaycan Respublikası Konstitusiyasının 24-cu maddəsinin III bəndinə əsasən, "hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir".

Baş verənlər "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası silahlı qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2014-cü il tarixli sərəncamında yer alan məsələlərin aktuallığını da bir daha gündəmə gətirilir.

Sözügedən sərəncamda cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrinin sakinləri arasında qoşunların dislokasiyası, hərbi-siyasi və əməliyyat şəraiti, hərbi sahədə Azərbaycan Respublikasının milli təhlükəsizliyinə xələl gətirə bilən digər məlumatların yayılmasının yolverilməzliyi barədə izahat işini təşkil edilməsinin vacibliyi vurğulanır. Respublika Baş Prokurorluğunun məlumatında yer alan məqamlar da sübuta yetirir ki, bu proses davamlı olmalı, maarifləndirmə işi fasiləsiz olaraq həyata keçirilməlidir", - deyə E.Mirzəbəyli qeyd edib.

O bildirib ki, bununla yanaşı, Sərəncamda qeyd olunduğu kimi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi də cəbhəboyu zonadakı vəziyyət barədə məlumatların əhaliyə çatdırılması ilə bağlı nazirliyin mətbuat xidmətinin fəaliyyətinin çevikliyini artırmaq üçün tədbirlər görməlidirlər.

"Bu proses kampaniya xarakteri daşımamalı, daha peşəkar, daha çevik şəkildə həyata keçirilməlidir.

Qeyd olunanlar söz, ifadə və mətbuat azadlığından sui-istifadə edən, nəzarətlərindəki internet resurslarından yararlanmaqla qanunsuz yollarla pul qazanmağa çalışan, cəmiyyət və dövlət qarşısında məsuliyyətini anlamayan, jurnalist adına ləkə olan şəxslərə qarşı daha sərt mübarizə aparılmasını zəruri edir.

Söz, ifadə və mətbuat azadlığı heç bir halda vətəndaşın, cəmiyyətin və dövlətin təhlükəsizliyini təhdid etməməli, ictimai maraqları zərbə altına qoymamalıdır.

"İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 10-cu maddəsinin 2-ci maddəsində qeyd olunur ki, söz, ifadə, mətbuat və digər hüquq və "azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər".

Baş Prokurorluğun həyata keçirdiyi tədbirlər "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın tələblərinə tam cavab verməklə yanaşı, həm də Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsinə, ictimai maraqların müdafiəsinə xidmət edir", - deyə o əlavə edib.

Nyus.Az




Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az