• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 21-07-2026 "Vital Hospital"da ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırmaya başlanılıb
  • 21-07-2026 Prezident İlham Əliyev və Prezident Frank-Valter Ştaynmayer arasında təkbətək görüş keçirilir
  • 21-07-2026 Azərbaycan neftinin qiyməti 93 dolları keçdi
  • 21-07-2026 Dünya çempionatında ağır zədə ilə oynayıb: Qabırğası sınmış halda
  • 21-07-2026 İyulun 22-də bütün pensiyalar köçürüləcək
  • 21-07-2026 Prezident İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib
  • 21-07-2026 Bakıda təcili tibbi yardım üçün motosikletlər istifadəyə veriləcək
  • 21-07-2026 Pirallahıda avtobus piyadanı vuraraq öldürdü
  • 21-07-2026 Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - VİDEO
  • 21-07-2026 Bayramovun Moskva səfərindən 1 gün sonra... - Səfirliyimiz NİYƏ vuruldu?
  • 21-07-2026 4 rayonda İŞIQ OLMAYACAQ
  • 21-07-2026 "Toydan paylaşım etməyə utanıram" - Səbinə Babayeva
  • 21-07-2026 Yatmazdan əvvəl bunu edin: Həm dərin yatın, həm də xoşbəxt oyanın
  • 21-07-2026 "Əlimdə olan vəsaiti tamamilə batırdım" - Fərda Xudaverdiyev
  • 21-07-2026 Nigar Fərhaddan şikayət - “17 min alıblar, nə özü, nə də əməkdaşları cavab verir” - VİDEO
  • 21-07-2026 Yamalın atası Messidən gənc imiş
  • 21-07-2026 "Messiyə yaxınlaşıb dedim ki, "Bağışla məni" - Yamal
  • 21-07-2026 Aaron Maluda “Bazel”ə keçə bilər
  • 21-07-2026 “İnanıram ki, sabah qalib gələcəyik” - Dambrauskas
  • 21-07-2026 İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

XƏBƏRLƏR

    Dünya çempionatında ağır zədə ilə oynayıb: Qabırğası sınmış halda
    Yatmazdan əvvəl bunu edin: Həm dərin yatın, həm də xoşbəxt oyanın
    Yamalın atası Messidən gənc imiş
    "Messiyə yaxınlaşıb dedim ki, "Bağışla məni" - Yamal
    Aaron Maluda “Bazel”ə keçə bilər
    “İnanıram ki, sabah qalib gələcəyik” - Dambrauskas
    Messidən hamını təəccübləndirən addım
    İspaniyanın mükafatı açıqlandı
    DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
    "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
22-07-2022, 13:39

Sabirabadda ƏKİN-BİÇİN DAVASI... - Kəndli ÇARƏSİZ DURUMDA

Sabirabadda ƏKİN-BİÇİN DAVASI... - Kəndli ÇARƏSİZ DURUMDA



Hər səhər yuxudan oyanan kimi su kanalına tərəf qaçırıq. Deyirik, birdən kanala su gələr, xəbərimiz olmaz”.

Səhərlərini möcüzə arzusuyla açanlar Sabirabadın Çöl Beşdəli kəndinin sakinləridir. Səhərlər gözlərini ova-ova kəndin ortasından keçən su kanalını yoxlamağa gedirlər. Ancaq hər dəfə də boş vedrələri yellədə-yellədə geri dönürlər. Uzun illərdir ki, Çöl Beşdəli və qonşuluqdakı kəndlərdə yaşayanlar yay fəsli gələndən ta payızadək susuzluqdan əziyyət çəkirlər.

“Kənddə filtirlənmiş su ötürülən krantlarımız var, ancaq heç vaxt su gəlmir. Ona görə də kanalın suyunu duruldub, işlədərdik. Neçə ildir ki, yay gələndə kanalda da su olmur. Gəlib baxsanız, görəcəksiniz ki, kanalın içərisində ya uşaqlar oynayır, ya da inəklər yatır”, – kənd sakini Samirə Əliyeva Meydan TV-yə danışır.

Mərhəmətli qonşular

Samirə xanım deyir, çox vaxt bu kənddə bir qonşu öz su problemini digər qonşunun hesabına həll edir:

“Bayaq siz zəng edəndə, mən 5-6 küçə o tərəfdə yaşayan qonşunun hovuzundan su daşıyırdım. Kimin bir az imkanı varsa, hovuz tikir, suyu da pulla alır, hovuzunda həmişə suyu olur. Mənim kimi imkansızlar da gedib ordan su götürür, sağ olsun belə qonşu”.

Samirə Əliyevanın iddiasına görə, əgər kənddən keçən su kanalına müdaxilə olmasa, hamı su görər:

“Kəndimizdən 2 kilometr qabağa getsəniz, görəcəksiniz ki, kanalda su var. Sadəcə, kanalın kəndimizə tərəf olan qolunun qarşısını kəsiblər, suyun istiqamətini məmurların əkin sahələrinə dəyişiblər. Bunu rayonda suya nəzarət edən hər bir məmur yaxşı görür, xəbəri də var. Çünki bunu edən də elə özləridir”.

Susuzluq pambıqçını yarı yolda qoyub

Kəndin ərazisindəki sahələrdə pambıq əkininə üstünlük verən hökumət suvarma məsələsini həll etsə də, su vaxtında verilmədiyi üçün sahələr “külə dönür”. Məsələn, kənd sakini Avtandil Əliyev bir neçə ildir ki, pambıqçılıqla məşğul olur. Ancaq həl il bu işdən zərərlə çıxır. Səbəb eynidir – su qıtlığı. İddia edir ki, bu qıtlığı yaradan rayonda suya nəzarət edənlərdir:

“Bir azdan məhsul yığımı başlayacaq, zavoda pambıq təhvil verməliyəm, ancaq yenə məhsul götürə bilməyəcəm. Kim çox pul verirsə, su da onun əkin sahəsinə yönəldilir”.

Avtandil Əliyev deyir, kənddə işsizlikdir. İnsanlar gözlərini əkinə dikib. Sahələrin susuzluqdan yanmasısa ailələrin ac qalmasına bərabərdir.

“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Sabirabad Suvarma Sistemləri İdarəsi isə iddiaları qəbul etmir. İdarədən Meydan TV-yə bildirilib ki, sahələrin suvarılması üçün kifayət qədər su ehtiyatı var: “Hamı istəyir ki, birinci onun sahəsi suvarılsın. Ancaq bu iş növbəlilik qaydasında olur”.

Rayonun Su-Kanal İdarəsindənsə içməli su probleminə aydınlıq gətirilib:

“Gəlin, birlikdə gedək kanala baxaq, görək harda qazılıb, istiqaməti dəyişdirilibmi? Kanalda su havanın quraqlıq keçməsi səbəbindən quruyub. Bir neçə kəndin su təminatıyla bağlı alternativ yollar araşdırılır”.

2016-cı ildən başlayaraq pambıqçılığın inkişaf etdirilməsi hökumətin əsas diqqət ayırdığı sahələrdən birinə çevrilmişdi. Hökumət bu sahəni inkişaf etdirməklə həm yeni iş yerlərinin açılmasını, həm də ölkəyə valyuta axınını artırmağı düşündüyünü bəyan etmişdi. Həmin il prezidentin verdiyi sərəncamla emal müəssisələrinə satılmış hər kiloqram xam pambığa görə, istehsalçılara 0,1 manat subsidiya verilməsi də qərara alınmışdı. Prezident bildirmişdi ki, 2017-ci ildə pambıqçılıqda 200 mindən çox insan işlə təmin olunacaq. Ancaq bəzi ekspertlər hökumətin pambıqçılığın inkişafına xüsusi diqqət ayırmasını perspektivsiz hesab edirdilər. Onlar deyirdilər ki, pambıqçılığın neftlə müqayisədə əziyyəti çox, gəliri isə azdır. Hökumətin pambıq layihəsindən 5 il keçib və ötən müddət ərzində bu layihə özünü doğrultmayıb. Fermerlər bildirirlər ki, buna əsas səbəb susuzluq olub. Daha dəqiqi, ya quraqlıq üzündən su tapılmayıb, ya da su yalnız məmurların pambıq sahələrinə verilib. Nəticədə, ötən 5 il ərzində kəndlilərə məxsus yüzlərlə hektar pambıq sahələri yanıb. //Meydan TV//

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az