• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 24-07-2026 Neymar tənqidlərə sərt cavab verdi
  • 24-07-2026 Neymar tənqidlərə sərt cavab verdi
  • 24-07-2026 Özgür Özel və daha 91 deputat CHP-ni tərk etdi – Yeni partiya yaradılır
  • 24-07-2026 Oğuzda əkin sahəsini yandıran şəxs müəyyən edilib
  • 24-07-2026 Bakı–Tbilisi qatarlarında sərnişin yerlərinin sayı 2 dəfə artırılıb
  • 23-07-2026 Prezident məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri təsdiqləyib
  • 23-07-2026 Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı - 16 milyona
  • 23-07-2026 İyul ayının pensiyaları tam ödənildi
  • 23-07-2026 “Sədərək” və “Binə” bağlanır?
  • 23-07-2026 Sumqayıtda evdə kişi meyiti tapıldı
  • 23-07-2026 Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb
  • 23-07-2026 Belə evləri alanlar uduzur — Açıqlama
  • 23-07-2026 ABŞ-yə hücumlarda Moskvanın əli – kəşfiyyat istintaqa başladı
  • 23-07-2026 Dənizkənarı istirahət məkanlarına girişə məhdudiyyət qoyulub? — VİDEO
  • 23-07-2026 Dostunu qətlə yetirən: “Hədələyirdi ki, anamı da, məni də öldürəcək”
  • 23-07-2026 Amalın bacısı və xanımı barışığa razılıq versə də, anası etiraz edir
  • 23-07-2026 “Bu suala cavab vermək çətindir” - Qurban Qurbanov
  • 23-07-2026 Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub
  • 23-07-2026 Naxçıvan Teleradiosunda rəhbər vəzifədə dəyişiklik edildi
  • 23-07-2026 Akkreditasiya Şurası ali təhsil müəssisələri və təhsil proqramları üzrə qərarlar qəbul edib

XƏBƏRLƏR

    Neymar tənqidlərə sərt cavab verdi
    Neymar tənqidlərə sərt cavab verdi
    “Bu suala cavab vermək çətindir” - Qurban Qurbanov
    Azərbaycan klublarından tarixi rekord...
    Sabahın havası açıqlandı
    Dünya çempionatında ağır zədə ilə oynayıb: Qabırğası sınmış halda
    Yatmazdan əvvəl bunu edin: Həm dərin yatın, həm də xoşbəxt oyanın
    Yamalın atası Messidən gənc imiş
    "Messiyə yaxınlaşıb dedim ki, "Bağışla məni" - Yamal
    Aaron Maluda “Bazel”ə keçə bilər
21-07-2022, 11:56

Məşhur gömrük “brokeri”ni dəstəkləyən erməni milyarder kimdir?

Məşhur gömrük “brokeri”ni dəstəkləyən erməni milyarder kimdir?


Uzun müddət ölkə mediasında adı çəkilən Əbülfəz Məlikov “yoxa çıxıb”. Əslən Şamaxıdan olan, gömrük işinin mahir bilicisi sayılan, bu səbəbdən də uzun illər gömrükdə rüsumların yığılmasından tutmuş, idarə edilməsinə qədər bütün proseslərdə başda dayanan “Broker” MMC-nin sahibi bir müddətdir “radardan itib”. Onun harada olduğu, nə işlərlə məşğul olması barədə heç bir məlumat almaq mümkün deyil.

Mediatv.az JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, Əbülfəz Məlikovun hazırda Rusiyada olduğunu deyənlər var. Amma onun Moskvada olmasını təsdiq edən heç bir dəqiq bilgi yoxdur. Bəzi məlumatlarda onun gömrük işlərinədən çəkildiyi, özünün biznesini idarə etmək üçün holdinq qurduğu bildirilir. Lakin həmin holdinqin konkret olaraq nəişlərlə məşğul olduğu da naməlumdur.

Qeyd edək ki, “Broker” MMC-nin rəhbəri olan sözügedən şəxs uzun müddət gömrük sisteminə nəzarət edib. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ən etibarlı adamı olmaqla yanaşı, onun bütün işlərini görən Məlikov, bu səbəbdən də uzun müddət gömrükdə öz ağırlığını qoruyub saxlamağa nail olmuşdu. Son zamanlar onun gömrük sistemindən “qaçaq” düşməsi isə keçmiş DGK sədri Səfər Mehdiyevlə yola getməməsi göstərilir. Məlumatlara görə, Məlikov hələ 2016-cı ildən 2018-ci ilə qədər gömrükdə bir sıra araşdırmalar apararaq, mövcud pulların necə, hansı yolla və kimlərin əliylə yayındırıldığını müəyyən etməyə çalışıb. Bunun üçün o, yeni bir sistem belə müəyyən edib.

İddialara görə, Məlikov bu araşdırmalardan sonra gömrükdə yığılan, lakin ayrı-ayrı adamlar tərəfindən “kassadan” yayındırlan pulların izinə düşüb. Hətta onun qısa müddətdə hər il 1 milyard manata yaxın “kənar ciblərə qaçan” pulları müəyyən etdiyi və onların “kassaya” yönəltdiyi də deyilir. Səfər Mehdiyev Gömrük Komitəsinə sədr təyin edildikdən sonra isə durum dəyişir. O, ilk olaraq Kəmaləddin Heydərovun “kurasiyasından” çıxmağa nail olur. Ardından isə Əbülfəz Məlikova bütün qapıları bağlayır. Yalnız kiçik bir pay verməklə, onu işlərə qarışmamasını tövsiyyə edir. Həmin olaylardan sonra isə Əbülfəz Məlikov “Broker” MMC-nin fəaliyyətini məhdudlaşdıraraq, prosesdən uzaqlaşır. Və özünün şirkətlərini idarə etməyə başlayır.

JAMAZ.İNFO-nun araşdırmalarına görə, həmin vaxt Əbülfəz Məlikov “kənar ciblərə qaçan” pulların yerini müəyyən edib, həmin “kanalları” bağlasa da, yenə heç də kiçik olmayan məbləğlərin gizlədildiyini müəyyən edir. Lakin Gömrük Komitəsindəki “Nehrəm mafiyası”nın qarşısını almaq mümkün olmur. Hətta iddia edilir ki, həmin vaxt Məlikov Heydərovla görüşərək, “nehrəmlilər gömrükdən getmədən quruma nəzarət mümkün deyil” sözünü deyib.

Qayıdaq, Məlikovun hazırda harada olmasına. Yuxarıda yazdığımız iki versiyadan biri daha inandırıcıdır. Yəni, Əbülfəzin hazırda Moskvada olması ehtimalı daha böyükdür. Ona görə ki, uzun müddət gömrükdən yığdıqları hesabına Rrusiyada özünə böyük biznes qurmağa nail olan şamaxılı balası, həm də oradakı biznes tərəfdaşlarının da dəstəyini qazanıb. Gələn xəbərlərə görə, Məlikov Azərbaycan və Özbəkistandan Rusiyaya meyvə və tərəvəz gətirdərək, onun satışını həyata keçirir. Bundan başqa, Dağıstan və Çeçenistandan da mal-qara gətirərək, Moskvada ət satışını təşkil etməklə məşğuldur. Onun həmçinin marketlərinin olduğu, böyük meyvə-tərəvəz anbarlarına sahibləndiyi də verilən məlumatlar sırasındadır.

Bəs, Məlikova Moskvada dəstək verən kimdir və ya kimlərdir? Bu sualın cavabı elə də qəliz deyil. Hələ bir xeyli əvvəl də bu barədə mediada bir xeyli məlumatlar yayılmışdı. Həmin məlumatlara istinadə edərək demək mümkündür ki, Əbülfəz Məlikovu himayə edən əsas adam və ya adamları elə yaxın qohumlarıdır.

Məlumatlara görə, Əbülfəz Məlikovun həyat yoldaşı Rəna Məlikova əslən ermənidir. Onun əsl soyadı Məlikova deyil, Ovanesyandır. Rəna familiyasını Məlikovla evlədnikdən sonra dəyişdirib. Bu eyni zamanda, “Broker” MMC-nin sahibini ictimai qınaqdan, onun ermənilərlə qohum olması məsələsindən qaynaqlanacaq diskamfortdan yayınmaq üçün atılmış addım olub.

Amma Rəna Ovanesyan da heç də kiçik adam sayıla bilməz. JAMAZ.İNFO-ya daxil olan məlumatlardan belə aydın olur ki, sözügedən şəxs məşhur erməni milyonçu Ara Abramyanın doğmaca bacısı qızıdır. Belə ki, Rəna Ovanesyanın anası Raisa Ovanesyan Aabramyanın doğmaca bacısıdır. Bunu elə Abramyan da təsdiq edib və o mətbuata açıqlamasında da deyib ki, onun bacısı qızı hazırda Bakıda yaşayır, kürəkəni də azərbaycanlıdır. Hərçənd erməni milyarder öz açıqlamasında kürəkəninin Azərbaycanda nazir olduğunu söyləmişdi. “Ona sual veriləndə ki, kürəkəni hansı sahənin naziridir, o da cavabında bildirmişdi ki, “monopoliya naziri”.

Əbülfəz Məlikovu yaxından tanıyan adamlar deyirlər ki, o həyat yoldaşının erməni olmasına baxmayaraq, heç vaxt ermənilərlə biznesdən kənar əlaqə qurmayıb. Əksinə, Ara Abramyanın dəfələrlə dəstək verməsi təkliflərini də geri qaytarıb.
Məlumata görə, Aara Abramyan Əbülfəz Məlikova Azərbaycan, Gürcüstan və Ermənistanı əhatə edən böyük bir biznes şəbəkəsinin qurulmasını təklif edib. Lakin Məlikov bundan boyun qaçırıb. Daha doğrusu, Ermənistan və Gürcüstanda bunu etməyin mümkün, Azərbaycanda isə namümkün olduğunu deyib. Bunu da belə əsaslandırıb ki, Azərbaycanda erməni məhsullarının kütləvi şəkildə satışının təşkil edilməsi, onun karyerasının sonunu gətirə bilər. Amma Məlikov buna qarşılıq olaraq, Ermənistandan Azərbaycana ətlik və südlük mal-qara, xırda buynuzlu davarlar, habelə başqa adlar altında erməni konyakları gətirməkdə Abramyanla razılaşıb. Bütün bunların hamısı isə Gürcüstan üzərindən həyata keçirilib. Ki, həm Ermənistandan birbaşa keçid olmayıb, həm də Gürcüstan üzərindən həyata keçirməklə iz itirilib.

Əslində, Abramyanın Məlikov haqqında “monopoliya naziridir” sözü yalan ifadə deyil. Əksinə, o, həqiqətən də gömrükdə inhisar yaratmışdı və onun icazəsi olmadan bir ədəd məhsul belə Azərbaycan ərazisinə daxil ola bilməzdi. Bəzi məlumatlara görə, Səfər Mehdiyev də onun yaratdığı sistemdən səmərəli istifadə etməyə çalışıb. Lakin bəzi düzəlişlər etməklə daha çox pul qazanmaq fikrinə düşüb ki, nəticədə, buna görə, vəzifəsindən oldu.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.


Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az