• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-09-2026 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı
  • 16-09-2026 Dövlət xəstəxanasında yarımştat qeydiyyatda olan "AyMed" rəhbərinin "özbaşınalıqları"
  • 16-09-2026 Tıxaca görə dərsə gecikən ADNSU tələbələrinə güzəşt olacaq?
  • 16-09-2026 Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - VİDEO
  • 16-09-2026 HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
  • 16-09-2026 Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - VİDEO
  • 15-09-2026 Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
  • 15-09-2026 Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
  • 15-09-2026 Bakıda 165 ailə Kəmaləddin Heydərovdan kömək gözləyir... - Cənab nazir, FHN-də söz verildi, amma...
  • 15-09-2026 Prezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir
  • 15-09-2026 Prezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin
  • 15-09-2026 Prezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib
  • 15-09-2026 Azərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edib
  • 15-09-2026 Anar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardı
  • 15-09-2026 Vəzifəsindən azad edilən icra başçısı kimdir? - Dosye
  • 15-09-2026 Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
  • 15-09-2026 Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib
  • 15-09-2026 Fərid Eyvazovun “Alliance Clinic”ində 146 manatlıq çek qalmaqalı
  • 15-09-2026 Yasamal icra başçısı nə düşünür? - Piyada səkisi darmadağındır - VİDEO
  • 15-09-2026 Eldar Əzizovun “Bakı Şəhər İşığı” müəssisəsinə rəis təyin etdiyi adaşı milyonları haralara xərcləyir

XƏBƏRLƏR

    “Fənərbaxça” turu 1 xalla başa vurub
    "Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
    “Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
    Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
    Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
    "Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
    Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - VİDEO
    Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
    ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
    Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
14-07-2022, 13:35

Şəhid ailələri və müharibə əlillərinə verilən təqaüd və müavinətlər üç dəfəyə qədər artırılıb

Şəhid ailələri və müharibə əlillərinə verilən təqaüd və müavinətlər üç dəfəyə qədər artırılıb


Ölkəmizdə çox uğurlu sosial siyasət həyata keçirilir və bu siyasətin tərkib hissəsi olaraq ölkəmizdə şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yüksəldilməsi və problemlərinin həlli istiqamətində ciddi işlər aparılır. Şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Dövlət başçısı hər zaman bu istiqamətdə xüsusi diqqət və qayğı göstərir.

"Son üç il ərzində bu sahədə inqilabi islahatlar həyata keçirilib. Belə ki, məhz şəhid ailələri və müharibə əlillərinə verilən təqaüd və müavinətlər üç dəfəyə qədər artırılıb.

Ötən ildə və bu ildə də ölkə Prezidentinin fərmanı ilə əlillərin müavinətləri artırılıb. Bu kateqoriyadan olan insanların nəinki müavinətləri, eyni zamanda onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və avtomobillərlə təmin edilməsi istiqamətində ciddi iş aparılır", - deyə A.Həsənova bildirib.
O qeyd edib ki, ölkə Prezidentinin imzaladığı proqram çərçivəsində 2021-2025-ci illərdə 11 min ailənin mənzil və fərdi evlərlə təmin edilməsi nəzərdə tutulur:

"Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-2025-ci illər ərzində şəhid ailələri, müharibə əlilləri və digər həssas qrupa aid olan insanların mənzillə tam təminatının həyata keçirilməsi üçün dövlət proqramı təsdiqlənib. Nəticədə bu günə kimi bu kateqoriyaya aid olan 13 mindən çox şəxs mənzil və ya fərdi evlərlə təmin edilib. Bunun təxminən 3 500-ü postmüharibə dövründə verilib.

Eyni zamanda qazilərin sağlamlığının qorunması, onların müasir protezlərlə təminatı, reabilitasiya kurslarını keçməsi üçün də çox mühüm addımlar atılır. Bu da onların öz sağlamlıqlarını bərpa etməsinə töhfə verir. Sosial-psixoloji xidmətlərin göstərilməsini də bu işlərə əlavə etmək olar.

Müharibə əlillərinin avtomobillə təminatı tədbirləri çərçivəsində son 4 ildə 1500-dək, ümumilikdə ötən dövrdə 7450 müharibə əlili avtomobillə təmin edilib. Azərbaycanda şəhid ailələrinə hər zaman diqqət və qayğı yüksək olub və bundan sonra da belə olacaq.

Bu kateqoriyadan olan insanlara dövlət qayğısı həm də onu göstərir ki, Vətən yolunda öz canından, qanından keçən insaları nə dövlət, nə xalq unutmur, onlar daim dövlətin qayğısı ilə əhatə olunur. Düşünürəm ki, hər kəs bu məsələdə daha diqqətli olmalıdır çünki biz Vətən müharibəsində tarixi qələbəni şəhidlərimizin və qazilərimizin canı və qanı bahasına əldə etmişik", - deyə A.Həsənova əlavə edib.

Nyus.Az



Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az