• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-09-2026 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı
  • 16-09-2026 Dövlət xəstəxanasında yarımştat qeydiyyatda olan "AyMed" rəhbərinin "özbaşınalıqları"
  • 16-09-2026 Tıxaca görə dərsə gecikən ADNSU tələbələrinə güzəşt olacaq?
  • 16-09-2026 Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - VİDEO
  • 16-09-2026 HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
  • 16-09-2026 Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - VİDEO
  • 15-09-2026 Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
  • 15-09-2026 Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
  • 15-09-2026 Bakıda 165 ailə Kəmaləddin Heydərovdan kömək gözləyir... - Cənab nazir, FHN-də söz verildi, amma...
  • 15-09-2026 Prezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir
  • 15-09-2026 Prezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin
  • 15-09-2026 Prezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib
  • 15-09-2026 Azərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edib
  • 15-09-2026 Anar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardı
  • 15-09-2026 Vəzifəsindən azad edilən icra başçısı kimdir? - Dosye
  • 15-09-2026 Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
  • 15-09-2026 Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib
  • 15-09-2026 Fərid Eyvazovun “Alliance Clinic”ində 146 manatlıq çek qalmaqalı
  • 15-09-2026 Yasamal icra başçısı nə düşünür? - Piyada səkisi darmadağındır - VİDEO
  • 15-09-2026 Eldar Əzizovun “Bakı Şəhər İşığı” müəssisəsinə rəis təyin etdiyi adaşı milyonları haralara xərcləyir

XƏBƏRLƏR

    “Fənərbaxça” turu 1 xalla başa vurub
    "Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
    “Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
    Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
    Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
    "Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
    Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - VİDEO
    Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
    ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
    Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
21-06-2022, 22:20

2 milyonluq beton satan məmurun iddiası - Saxta arayışlar necə ortaya çıxır?

2 milyonluq beton satan məmurun iddiası - Saxta arayışlar necə ortaya çıxır?


Qalmaqallı iş adamı, hazırda həbsdə olan Cahangir Alışovdan 14 il əvvəl ev alan şəxs hələ də onun mənzilinə iddia edən digər şəxslərin ortaya çıxdığını bildirir.

Şikayətçi Saleh Nəsirov bildirir ki, 2008-ci ildə “Yeni Yasamal” MTK-nın sədri Cahangir Alışovla razılaşaraq 12-ci mərtəbədə 202 saylı, 4 otaqlı mənzil alıb və buna görə də 105 min 210 manat pul ödəyib: “2013-cü ildə artıq bir mənzilin bir neçə adama satılması problemləri üzə çıxmışdı. Mən də evə qapı qoydurub üstünə nömrəmi yazdım ki, digər aldanan 3 nəfəri də tapa bilim. Bu yolla həmin şəxslər mənimlə əlaqə saxladı və birgə hüquq-mühafizə orqanlarına müraciət etdik. Cahangir Alışov və digər MTK sahiblərinin əməllərindən zərərçəkənlərin demək olar ki, böyük hissəsi “Şərur” MTK-da evlə təmin olunub. Bu mənzilin birinci sahibi mən olduğum üçün ev də bizim adımıza sənədləşdirildi”.

S.Nəsirov əlavə edir ki, təxminən 10 ildən sonra daha bir şəxs ortaya çıxaraq həmin mənzili ondan 1 il əvvəl aldığını iddia edib: “8 saylı Xüsusi Təyinatlı Yol İstismarı" MMC-nin baş mühəndisi Hüseynov Yuris Xələf oğlu iddia qaldırıb ki, bu mənzili 2007-ci ildə alıb və bununla bağlı müqaviləsi var. Məhkəmədə dedi ki, buna görə Cahangir Alışova 67 min manat pul ödəyib.

Amma “Yeni Yasamal” MTK-nın vəkili isə bildirdi ki, Yuris Hüseynovdan binanı tikmək üçün beton alıblar və əvəzində ona mənzil veriblər. Şirkət əvvəlcə Yuris Hüseynovun təqdim etdiyi müqavilənin etibarsız hesab edilməsi üçün iddia qaldırdı, sonra nədənsə həmin iddianı geri götürdü”.

Saleh Nəsirovun sözlərinə görə məhkəmə araşdırması zamanı "8 saylı Xüsusi Təyinatlı Yol İstismarı" MMC-nin rəisi Əliheybət Şirinov, həmin idarənin baş mühəndisi Yuris Hüseynovun MTK-nın sədri Cahangir Alışova 1,8 milyon manatlıq beton verdiyi məlum olub. Betonun qarşılığında nağd pul və girov olaraq Yuris Hüseynova 3 ədəd mənzil verilib.

S.Nəsirov həmçinin bildirir ki, işlə bağlı 28.10.2021-ci il tarixdə Binəqədi rayon məhkəməsində hakim Səadət Səlimovanın sədrliyi ilə proses keçirilib və Saleh Nəsirovun xeyrinə qarar qəbul edilib.

Lakin MTK və Yuris Hüseynov məhkəmənin bu qərarı ilə razılaşmayıblar, apellyasıya şikayəti veriblər. Hazırda iş Bakı apellyasiya məhkəməsində hakim İkram Şirinovun icraatındadır.

İş apelyasiya mərhələsinə çatanda başqa məqamlar üzə çıxıb. Belə ki, Allahverdiyev Ramin Hüseyn oğlu adlı şəxs məhkəməyə müraciət edib və bildirib ki, qəbul edilmiş qərar onun maraqlarına toxunur, çünki o da 2007-ci ildə eyni mənzili MTK-dan 91850 manata alıb və əlində 12.06.2007-ci tarixli alqı-satqı müqaviləsi vardır.

Ancaq sual yaranır ki, həmin şəxs 15 il ərzində harda olub, niyə binada yaşayan bir nəfər qonşu belə onu tanımır, niyə istintaq gedən zaman müraciət edib zərərçəkmiş kimi tanınıb digər şəxslər kimi “Şərur” MTK-də mənzil əldə etməyib.

Zərərçəkmiş S.Nəsirov söyləyir ki, Ramin Allahverdiyevin MTK ilə Yuris Hüseynovla əlaqələri var, sonuncunun əlindəki sənədləri saxtadır.

Buna görə məhkəmə xususi qərar çıxardıb həmin sənədlərin saxta olmasına dair prokurorluğa məlumat göndərməlidir, ancaq məhkəmə nədənsə bunu etmir.

MTK-nın əməkdaşları bu günə qədər saxta müqavilə və arayışlar tərtib edərək dələduzluq yolu ilə vətəndaşları aldadırlar, binada sahibi olan mənzilləri başqa şəxslərə ucuz qiymətə satırlar.

Saleh Nəsirov bundan əlavə olaraq bildirib ki, 1996-ci ildən Ukraynada yaşayıb və işləyib, mənzili Ukraynada qazandığı pulla alıb, Ukrayanda baş verən məlum hadisələrdən sonra artıq Azərbaycana daimi yaşayış üçün geri dönmək niyyətindədir. Həmçinin o, MTK-nın qanunsuz əməlləri barədə 2 ildir ki, ölkə rəhbərliyinə müraciətlər edir. Ancaq bir nəticə yoxdur.

Xatırladaq ki, 8 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin rəisi Əliheybət Şirinov həmin idarənin baş mühəndisi Hüseynov Yuris Xələf oğlu MTK-nın sədri Cahangir Alışova 1.8 milyon qiymətində beton veriblər, betonun qarşılığında nağd pul və girov olaraq bir neçə mənzil götürüblər. Yuris Hüseynova 3 ədəd mənzil verilib.

Xatırladaq ki, Əliheybət Şirinov və Yuris Hüseynov adlı məmurlar bizə daha əvvəl ölkə gündəmini zəbt etmiş qalmaqaldan tanışdılar. Hər iki şəxs paytaxt Bakıda Müşfiqin heykəlinin icazəsiz olaraq götürülməsinə görə cəzalandırılmışdı.

Bu mövzu ictimailəşdikdən sonra Yuris Hüseynov yuxarıda qeyd edilən məhkəməni uduzub. Binəqədi rayon Məhkəməsi vətəndaşın xeyrinə qərar çıxarıb.

İlkin Muradov
Musavat.com

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az