• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-09-2026 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı
  • 16-09-2026 Dövlət xəstəxanasında yarımştat qeydiyyatda olan "AyMed" rəhbərinin "özbaşınalıqları"
  • 16-09-2026 Tıxaca görə dərsə gecikən ADNSU tələbələrinə güzəşt olacaq?
  • 16-09-2026 Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - VİDEO
  • 16-09-2026 HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
  • 16-09-2026 Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - VİDEO
  • 15-09-2026 Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
  • 15-09-2026 Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
  • 15-09-2026 Bakıda 165 ailə Kəmaləddin Heydərovdan kömək gözləyir... - Cənab nazir, FHN-də söz verildi, amma...
  • 15-09-2026 Prezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir
  • 15-09-2026 Prezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin
  • 15-09-2026 Prezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib
  • 15-09-2026 Azərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edib
  • 15-09-2026 Anar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardı
  • 15-09-2026 Vəzifəsindən azad edilən icra başçısı kimdir? - Dosye
  • 15-09-2026 Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
  • 15-09-2026 Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib
  • 15-09-2026 Fərid Eyvazovun “Alliance Clinic”ində 146 manatlıq çek qalmaqalı
  • 15-09-2026 Yasamal icra başçısı nə düşünür? - Piyada səkisi darmadağındır - VİDEO
  • 15-09-2026 Eldar Əzizovun “Bakı Şəhər İşığı” müəssisəsinə rəis təyin etdiyi adaşı milyonları haralara xərcləyir

XƏBƏRLƏR

    “Fənərbaxça” turu 1 xalla başa vurub
    "Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
    “Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
    Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
    Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
    "Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
    Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - VİDEO
    Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
    ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
    Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
13-06-2022, 08:10

ADAU və onun rektoru İbrahim Cəfərov işğaldan azad edilmiş regionlarımızda aqrar sektorun inkişafına əhəmiyyətli töhfə verəcəklər

ADAU və onun rektoru İbrahim Cəfərov işğaldan azad edilmiş regionlarımızda aqrar sektorun inkişafına əhəmiyyətli töhfə verəcəklər


Prezident İlham Əliyevin Fərmanı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının yaradılması ölkədə regional iqtisadi idarəetmənin təkmilləşdirilməsi və ərazicə optimallaşdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Bu iqtisadi zonalara daxil olan rayonların hər biri özünəməxsus zəngin təbii resurslara, yüksək iqtisadi potensiala malikdir.

Məlum olduğu kimi, iyunun 11-də Milli Məclisin Aqrar siyasət və Regional məsələlər komitələrinin Şuşa şəhərində birgə iclası keçirildi. İclas “Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yeni regional, sosial-iqtisadi, aqrar inkişafın ünvanıdır” mövzusunda dinləmələrə həsr olunmuşdu.

İşğaldan azad olunmuş ərazilərdə aqrar sahənin inkişaf perspektivlərindən söz açılanda ilk növbədə ölkəmizdə kənd təsərrüfatı mütəxəssisləri hazırlayan əsas ali təhsil ocağı Azərbaycan Dövlət Aqrar Universitetinin əhəmiyyəti önə çmıxır. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov işğala son qoyulduğu elə ilk vaxtlardan çıxışlarında bildirib ki, azad olunmuş ərazilərdə tam funksional fəaliyyətin təmin edilməsi və aqrar sahənin infrastrukturunun qurulması məqsədi ilə kənd təsərrüfatı təyinatlı layihələr barədə məlumatlar toplanmalı, ümumi qiymətləndirilməli, vahid baş plana uyğun olaraq bərpası, gələcəkdə iqtisadiyyata töhfələrin verilməsi hərtərəfli müzakirələr təşkil edilməli və aqrar sahənin inkişafına dəstək infrastrukturu formalaşdırılmalı, elmi cəhətdən əsaslandırılmış təkliflər verilməlidir. İşğaldan azad olunmuş ərazilərdə aqrar sahənin inkişaf etdirilməsi üçün fəaliyyət planı, aqrar yönümlü monitorinqlərdə universitet əməkdaşlarının iştirakı, dəymiş zərərin qiymətləndirilməsi, torpaq münasibətləri, iqtisadi və investisiya potensialı, resurslarla təminat, aqroturizmin inkişaf istiqamətləri, su təminatı və suvarma sistemlərinin bərpası, elmi və kadr təminatı məsələləri müzakirə olunmalıdır. Əlbəttə ki, Qələbəmizdən ötən dövr ərzində bu müstəvidə görülmüş tərəqqiyönlü, geniş miqyaslı işlərdə ADAU-nun əhəmiyyətli rolu olmuşdur.

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ölkəmizin ikinci böyük şəhəri, hansı ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yurdunda, 2016-cı ildə Avropanın Gənclər Paytaxtı, 2017-ci ildə Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı seçilən və özünün qədimliyini qorumaqla müasirləşən Gəncə şəhərində yerləşir. Bu Universitet əski sovet dönəmində Azərbaycan Kənd Təsərrüfatı İnstitutu adlansa da, 1991-ci ilin iyun ayında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncam əsasında Azərbaycan Kənd Təsərrüfatı Akademiyası, Nazirlər Kabinetinin 04 aprel 2009-cu il tarixli 53 nömrəli qərarı əsasında isə, Azərbaycan Dövlət Aqrar Universiteti adlanır. Ötən illər ərzində ölkəmizin aqrar sahəsinin daha da inkişaf etdirilməsi məqsədilə müasir təfəkkürlü və rəqabət qabiliyyətli aqrar mütəхəssislər hazırlamağı qarşısına məqsəd qoyan bu ali təhsil ocağı, hal-hazırda da uğurlu fəaliyyətini davam etdirməkdədir. ADAU-da əldə olunan uğurlar AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun peşəkar idarəçiliyinin bəhrəsidir.

Xatırladaq ki, ölkəmizdə ilk ali kənd təsərrüfatı mütəxəssislərinin hazırlığına 1920-ci ildən başlanılır və həmin ilin 13 noyabrında Azərbaycan İnqilab Komitəsinin qərarı ilə Bakı Politexnik İnstitutu, dekabrın 14-də bu ali təhsil müəssisəsinin nəzdində 5 fakültə, o cümlədən kənd təsərrüfatı fakültəsi də yaradılır. Buna baxmayaraq, kənd təsərrüfatı fakültəsi 9 il ərzində fəaliyyətini davam etdirir və 1924-cü ildə mütəxəssis hazırlığının birinci buraxılışı baş tutur. Həmin vaxtlarda ölkəmizə çoxlu sayda kənd təsərrüfatı mütəxəssisləri tələb olunduğundan, məhz kənd təsərrüfatı institutunun yaradılmasına ciddi ehtiyac da duyulur. Beləliklə, Azərbaycan Xalq Komissarları Sovetinin 15 may 1929-cu il tarixli qərarı ilə Bakı şəhərində Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradılır və 1931-ci ildə bu ali təhsil ocağı Gəncə şəhərinə köçürülür. Çox keçmir ki, Zaqafqaziya Pambıqçılıq İnstitutu, Azərbaycan Zoobaytar İnstitutu və Tiflisdəki Hidromeliorasiya İnstitutu Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (AKTİ) tərkibinə birləşdirilir. 1929-cu ildən müstəqil ali təhsil müəssisəsi olaraq fəaliyyətini davam etdirən ADAU-da, bu gün aqronomluq, torpaqşünaslıq və aqrokimya, baytarlıq təbabəti, zoomühəndislik, mühəndislik, aqrotexnologiya, aqrar iqtisadiyyat, aqrobiznes və idarəetmə fakültələri fəaliyyət göstərir, 37 kafedrada 550 nəfərdən çox professor-müəllim heyəti çalışır, bakalavriat, magistratura və doktorantura səviyyələrində 33 ixtisas növü mövcuddur. Tədris 6 ixtisasda ingilis dilində, 10 ixtisasda rus dilində, 14 ixtisas üzrə mütəxəssis hazırlığı isə, yalnız dövlət sifarişi əsasında həyata keçirilir.

Bundan əlavə, bu ali təhsil ocağı magistr hazırlığı mərkəzini də özündə birləşdirir və hal-hazırda 6 min nəfərdən çox tələbə - gənclərə əyani və qiyabi təhsil formalarında azərbaycan, rus və ingilis dillərində təhsil verilir. Qeyd edək ki, müasir üslubda təmir olunmuş və istifadəyə verilmiş tədris korpusları, auditoriyalar, laboratoriyalar, tədqiqat mərkəzləri, əsaslı kitabxana və s. məhz hər bir tələbənin burada yüksək keyfiyyətli ali təhsil almalarına lazımi imkanlar yaradır. Bundan əlavə, Universitetin idman zalının yüksək səviyyədə təmir edilməsi, lazımi avadanlıqlarla təchiz olunması və s. hər kəsin idmanla məşğul olmaq istəyini daha da artırır. Əldə etdiyimiz məlumatlara görə, ADAU fəaliyyətə başladığı vaxtlardan bugünə kimi müxtəlif xalqlardan olan 70 minə yaxın yüksək ixtisaslı mütəxəssislər hazırlamışdır və hal-hazırda dünyanın 20-dən çox ölkəsinin 100-dək universiteti ilə sıx əməkdaşlıq əlaqələri var. Universitetdə müasir əmək bazarının tələblərinə uyğun yüksək ixtisaslı mütəxəssis hazırlığını həyata keçirmək üçün hər cür zəngin maddi-texniki baza mövcuddur və bu təhsil ocağının rəhbərliyinin əsas hədəfi, məhz mütəxəssis hazırlığının keyfiyyətini daha da yaxşılaşdırmaqdır, tələbə sayını əhəmiyyətli dərəcədə artırmaqdır, beynəlxalq əlaqələri mümkün qədər genişləndirməkdir, ən əsası ADAU –nu daha yüksək reytinqli ali təhsil müəssisələri sırasına daxil etməkdir.

25 iyul 2013-cü il tarixdən ADAU-ya AMEA-nın müxbir üzvü, kənd təsərrüfatı elmləri doktoru, professor İbrahim Həsən oğlu Cəfərov rəhbərlik edir. O, belə bir təyinatından əvvəl rektor əvəzi, tədris işləri üzrə prorektor vəzifələrini də daşıyır. Ümumiyyətlə, İbrahim Cəfərovun rektor təyinatı, bu ali təhsil müəssisəsinin həyatında olduqca əhəmiyyət kəsb edir. Çünki, o, 1979-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (indiki ADAU-da) dinləyici olur, 1980–1985-ci illərdə isə, bu institutun "Bitki mühafizəsi" fakültəsində ali təhsilini uğurla başa vurur. 1985–1988-ci illərdə K. A. Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasının "Fitopatologiya" kafedrasının əyani aspirantı olan İbrahim Cəfərovun parlaq həyat yolları, məhz həmin illərdən başlayır. Bütün bunları qeyd etməkdə məqsədimiz ondan ibarətdir ki, bu şəxs gənc yaşlarında ikən kənd təsərrüfatı üzrə peşəkar mütəxəssis olmuş və bütün fəaliyyəti daim ölkəmizin aqrar sahəsi ilə bağlı olmuşdur. Diqqət yetirək ki, hal-hazırda rektor vəzifəsini daşıyan İbrahim Cəfərov, bugünə kimi 3 dərsliyin, 1 dərs vəsaitinin, 100-dən artıq elmi məqalənin, 4 metodiki tövsiyənin, fənn proqramları və metodik göstərişlərin müəllifidir. Bu şəxsin çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 148-dir və elmi əsərlərinin 43-ü xaricdə, 13-ü beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunmuşdur. Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı isə 2-dir. Bəli, kənd təsərrüfatı üzrə peşəkar mütəxəssis olaraq İbrahim Cəfərovun ötən illər ərzində fəaliyyəti daim rəhbərlik tərəfindən dəyərləndirilmiş və lazımi qiymətini də almışdır. Məsələn, kənd təsərrüfatı işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 07 noyabr 2016-cı il tarixli Sərəncamı ilə, kənd təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə İbrahim Cəfərov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunur.

ADAU-nun bugünkü çoxşaxəli fəaliyyəti, adı çəkilən bu ali təhsil müəssisəsini ölkə ərazisində fəaliyyət göstərən digər ali təhsil müəssisələrindən tamamilə fərqləndirir. Adicə bir məqama diqqət yetirək ki, təkcə 2016- 2020-ci illər ərzində ölkə rəhbəri İlham Əliyev cənabları üç dəfə bu Universitetdə olmuş, iki tələbə evinin və bir tədris korpusunun açılışında da iştirak etmişdir. Bu da onu söyləməyə əsas verir ki, ADAU-nun ildən-ilə artan nüfuzu, hətta ölkə Başçısının da daim diqqət mərkəzində olur. Bundan əlavə, xeyli müddətdir ki, Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə ölkə ərazisində aqrar təhsilə olan marağın daha da artırılması üçün, yüksək balla bu Universitetə kənd təsərrüfatı ixtisasları üzrə qəbul olunan tələbələrə əlavə təqaüdlər də verilir. Keçirilən sessiya imtahanlarında şəffaflığın tam şəkildə təmin olunması, hər bir problemin varlığına rəhbərlik səviyyəsində münasibət bildirilməsi və s. onu sübut edir ki, rektor İbrahim Cəfərov idarəçiliyini günün tələbləri əsasında həyata keçirir.

Hal-hazırda ADAU-nun nəzdində 80 hektar ərazini əhatə edən tədris-təcrübə təsərrüfatı fəaliyyət göstərir ki, bu ərazidə iki hektar üzüm bağı salınıb, bir hektardan artıq ərazidə isə müxtəlif növ meyvə ağacları əkilib. Tədris-təcrübə təsərrüfatında maldarlıq tədris kompleksi də var ki, burada 44 baş inək, xırdabuynuzlu heyvanlar, 5 baş at, 300 ədədə yaxın quş saxlanılır, ərazidə yem anbarı, hər birinin tutumu yüz ton olan 2 ədəd silos quyusu, 16 tonluq soyuducu, müasir sağım aparatları, yememalı aqreqatları, üzvi gübrə istehsalı üçün peyinin ilkin təmizlənməsi avadanlıqları, lazımi şəraiti olan qış auditoriyası və bir müəllim otağı var. Bu auditoriyada tələbələrə aqrar sahəyə aid dərslər keçilir. Ərazidəki yay tədrisi auditoriyasında da tələbələrə açıq hava şəraitində dərslər keçilir. Tədris-təcrübə təsərrüfatının ərazisində ərik bağı salınıb, bundan əlavə kartof, pomidor, reyhan, qarğıdalı və s. yetişdirilib ki, onlardan da təcrübə məqsədilə istifadə olunur. Bütün bunlara nəzarəti həyata keçirmək üçün təsərrüfata aid inzibati bina inşa olunub və bu binada təsərrüfat rəhbərinə aid ayrıca iş otağı var.

1960-cı ildə inşa olunan və altı il bundan əvvəl əsaslı şəkildə təmir-bərpa işləri həyata keçirilən korpusda, bu ildən başlayaraq 9-cu və 11-ci illik təhsil bazasında peşə təhsili mərkəzi fəaliyyətə başlayacaq. Bu mərkəzə təqribən 300 nəfər şagirdin qəbul olunacağı və onlara kənd təsərrüfatı təyinatlı ixtisasların öyrədiləcəyi planlaşdırılıb. Mərkəzdə 300 nəfərlik, hansı ki, lazımi şəraiti olan akt zalı da var. ADAU-da emalatxana da fəaliyyət göstərir ki, bu emalatxana birmərtəbəlidir və burada mühəndis ixtisaslı tələbələrə kənd təsərrüfatı təyinatlı texnikalardan istifadə qaydalarına dair məşğələlər keçirilir. Emaltxanada həm rəqəmsal, həm də universal proqramlarla idarə olunan dəzgahlar var. Universitetdə biologiya kafedrasının tədqiqat və elmi xidmətlər laboratoriyası da fəaliyyət göstərir ki, burada əksər hallarda torpaqların analizləri həyata keçirilir. Yəni, istənilən şəxs 10 hektardan çox olan torpaq sahəsinin analizini həyata keçirtdirib, bununla bağlı rəy də əldə edə bilir. Bundan sonra torpaq sahəsinin sahibi müəyyən edə bilir ki, əkib-becərəcəyi sahədə hansı fəaliyyət növü ilə məşğul olacaq, eyni zamanda o, dövlətdən subsidsiya da əldə edəcək. Onu da qeyd edək ki, torpaqların analizləri müəyyən ödənişlər əsasında həyata keçirilir. Universitetin kompyuter zalında isə, kompyuterlərdən dərslər keçilir.

Son illər ərzində ADAU-da həyata keçirilən yenidənqurma işlərindən biri də, birinci müasir Tələbə Evinin inşası olur. Qeyd edək ki, bu kompleksin dörd korpusu yeddi mərtəbəli, bir korpusu isə altı mərtəbəli binalardan ibarətdir. Əsas korpusun foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycanda təhsilin inkişafına göstərdikləri qayğıdan, həmçinin Gəncəyə etdikləri səfərləri özündə əks etdirən fotolardan ibarət guşə yaradılıb. Binada qeydiyyat şöbəsi, zəngin kitabxana, stomatoloji kabinet, müayinə otağı, fotoatelye, 120 nəfərlik akt və fitnes zalları, ticarət, iaşə və məişət xidməti obyektləri, valideyin otağı və s. fəaliyyət göstərir. Yataqxananın su, elektrik, istilik və rabitə xətləri ilə təmin olunması üçün fərdi qazanxana, hovuz, nasosxana və transformator yarımstansiyası inşa olunub. Kompleksin ətrafında geniş abadlıq-quruculuq işləri həyata keçirilib ki, bu da tələbələrin asudə vaxtlarını daha səmərəli keçirmələrinə lazımi imkanlar yaradır. Yataqxanada qalmaq istəyən hər tələbə il ərzində 350 manat, yəni günə 1 manat ödəmək şərtilə bu yöndə məqsədinə qovuşa bilir və burada istifadə olunan kommunal xərclərlə bağlı ödənişlər Universitet tərəfindən həyata keçirilir. Yataqxanadakı 257 otağın 251-i ikinəfərlik, altısı isə üçnəfərlikdir. Bütün mərtəbələrdə istirahət guşəsi və mətbəx fəaliyyət göstərir. Ümumi ərazisi 13 640 kvadratmetr olan kompleksin dördü 7 mərtəbəli və biri isə 6 mərtəbəli olmaqla 5 korpusdan ibarətdir. Kompleksdəki 257 otağın hər biri zəruri mebel və inventarlarla təchiz olunub. Onu da bildirək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları 17 fevral 2016-cı il tarixdə Gəncə şəhərinə etdiyi səfər çərçivəsində Universitetinin birinci müasir tələbə evinin, 10 noyabr 2017-ci il tarixdə isə, yeni inşa olunmuş 514 yerlik ikinci tələbə evinin açılışında iştirak edir.

Qeyd edək ki, ADAU indiyə kimi ölkəmizin elm tarixində silinməz izlər buraxan, dünya şöhrətli alimlər yetişdirən ali təhsil ocağı olaraq ad-san çıxarıb. Məsələn, bu Universitetdə Yusif Məmmədəliyev, Çingiz Cuvarlı, Əlisöhbət Sumbatzadə, Məmmədtağı Qəniyev, İosif Yesman, Mehdixan Vəkilov və s. kimi tanınmış simalar çalışmış və onların hər biri mütəxəssis hazırlığında böyük xidmətlər göstərmişlər. Bundan əlavə, Azərbaycan Dövlət Himninin müəlliflərindən biri, görkəmli istiqlal şairi Əhməd Cavad Axundzadənin adı, bugünkü ADAU-nun salnaməsinə qızıl hərflərlə həkk olunmuşdur. Diqqət yetirək ki, adı çəkilən bu şəxsin ədəbi-ictimai fəaliyyətinin müəyyən bir dövrü, yəni 1931-1934-cü illər bu qocaman ali təhsil ocağı ilə bağlı olmuşdur. Çünki, Ə. Cavad əvvəlcə Universitetin dilçilik kafedrasının dosenti olmuş, daha sonra həmin kafedraya rəhbərlik edib ilk professoru olmuşdur. Hal-hazırda dillər kafedrası görkəmli istiqlal şairinin adını daşımaqdadır.

Bütün bunlar onu sübut edir ki, ADAU Azərbaycanın ali təhsil ocaqları sırasında xüsusi nüfuzu ilə fərqlənən, beynəlxalq əlaqələri daha geniş olan elm mərkəzidir. Sözsüz ki, hal-hazırda dəyərli bir şəxsin, parlaq Azərbaycan ziyalısının, AMEA-nın müxbir üzvü, kənd təsərrüfatı elmləri doktoru, professor İbrahim Cəfərovun bu ali təhsil müəssisəsinə rəhbərlik etməsi, məhz ADAU-nun bugünkü səviyyəyə çatmasına səbəb olan əsas amildir. İnanırıq ki, işğaldan azad edilmiş regionlarımızda kənd təsərrüfatının, ocümlədən aqrar sektorun inkişafı arzuolunan səviyyəyə çatacaq və bu müstəvidə görülmüş tərəqqiyönlü, geniş miqyaslı işlərdə ADAU-nun, onun rektoru İbrahim Cəfərovun, professor-müəllim heyətinin, eləcə də bu ali təhsil ocağının hazırladığı mütəxəssis kadrların əhəmiyyətli rolu dəyərləndiriləcəkdir.

Arif Qabiloğlu

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az