• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-09-2026 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı
  • 16-09-2026 Dövlət xəstəxanasında yarımştat qeydiyyatda olan "AyMed" rəhbərinin "özbaşınalıqları"
  • 16-09-2026 Tıxaca görə dərsə gecikən ADNSU tələbələrinə güzəşt olacaq?
  • 16-09-2026 Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - VİDEO
  • 16-09-2026 HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
  • 16-09-2026 Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - VİDEO
  • 15-09-2026 Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
  • 15-09-2026 Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
  • 15-09-2026 Bakıda 165 ailə Kəmaləddin Heydərovdan kömək gözləyir... - Cənab nazir, FHN-də söz verildi, amma...
  • 15-09-2026 Prezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir
  • 15-09-2026 Prezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin
  • 15-09-2026 Prezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib
  • 15-09-2026 Azərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edib
  • 15-09-2026 Anar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardı
  • 15-09-2026 Vəzifəsindən azad edilən icra başçısı kimdir? - Dosye
  • 15-09-2026 Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
  • 15-09-2026 Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib
  • 15-09-2026 Fərid Eyvazovun “Alliance Clinic”ində 146 manatlıq çek qalmaqalı
  • 15-09-2026 Yasamal icra başçısı nə düşünür? - Piyada səkisi darmadağındır - VİDEO
  • 15-09-2026 Eldar Əzizovun “Bakı Şəhər İşığı” müəssisəsinə rəis təyin etdiyi adaşı milyonları haralara xərcləyir

XƏBƏRLƏR

    “Fənərbaxça” turu 1 xalla başa vurub
    "Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
    “Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
    Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
    Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
    "Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
    Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - VİDEO
    Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
    ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
    Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
6-06-2022, 14:19

“Direktorlar şagirdləri məktəbdən sürgün edir”: Səbəb yenə pul… - BÖYÜK NARAZILIQ

“Direktorlar şagirdləri məktəbdən sürgün edir”: Səbəb yenə pul… - BÖYÜK NARAZILIQ


Son vaxtlar ümumtəhsil məktəblərində mövcud problemlərdən biri kimi IX sinif şagirdlərinin məcburi şəkildə məktəbdən kənarlaşdırılması ilə bağlı fikirlər səslənir.

Hətta təhsil ekspertləri də bu fikri təsdiqləyirlər. Belə ki, təhsil eksperti Kamran Əsədov sosial şəbəkədə öz statusunda yazıb:

“Əziz dostlar, valideynlər: Hansı məktəbdə IX sinif şagirdinə məktəb direktoru, sinif rəhbəri desə ki, buraxılış imtahanında balın azdır, səni X sinifə götürmürəm, ərizə yaz çıx, zəhmət olmasa, o məktəbin nömrəsini, direktoru yazın. Heç bir direktorun belə bir səlahiyyəti, yəni hansısa şagirdi IX sinifdən sonra X sinifə götürməmək kimi bir səlahiyyəti, hüququ yoxdur”.

Qeyd edək ki, ekspertin bu fikrinə müxtəlif münasibət göstərilib. Maraq doğuran odur ki, bəzi müəllimlər ekspertin bu fikri ilə razılaşmır və “Savadız şagirdin XI sinifə qədər təhsil almasını heç bir əhəmiyyəti yoxdur”, yaxud “Gedib peşə təhsili alsın” kimi münasibət bildirirlər.

Bəs hazırda şagirdlərin IX sinifdən uzaqlaşdırılmasının səbəbi nədir və hansı halda onlar məktəbdən çıxarıla bilər?

Təhsil üzrə ekspert Kamran Əsədov Cebhe.info-ya bildirib ki, hazırda ölkənin 4432 ümumtəhsil məktəbində 1,6 milyon şagird təhsil alır və onların IX sinifdən məzun olanların sayı 130 minə qədərdir:




“Azərbaycan Konstutitusiyasına, “Təhsil haqqında” Qanuna görə, ölkədə təhsil icbaridir. İcbari təhsil o deməkdir ki, bizim şagirdlərimiz ümumi orta təhsildə I sinifdən IX sinifə qədər məcburi şəkildə təhsil prosesinə qoşulmalıdırlar. Yəni heç bir halda onların tədrisdə iştirakına heç kim mane ola və məhdudlaşdıra bilməz. Ancaq çox təəssüflər olsun ki, IX sinifdə şagirdlər buraxılış imtahanı verdikdən sonra məktəblərdə müəllimlər, direktorlar, müavinlər nəticəsi zəif olan, müəyyən qədər tədris prosesində aktiv iştirak etməyən şagirdləri təhsildən uzaqlaşdırırlar. Bilirik ki, I sinifdən IX sinifə qədər şagirdlərin sayının çox olması məktəbdə müəllimin dərs saatına, əməkhaqqına ciddi şəkildə müsbət təsir edir. Ancaq bu proses X-XI sinifdə o qədər də böyük əhəmiyyət daşımır və təcrübə göstərir ki, məktəb direktorları, müəllimlər yuxarı siniflərdə şagirdlərin təhsil almaq hüquqlarını kobud şəkildə pozur və məhdudlaşdırırlar. Hətta məhkəmənin qərarı ilə heç kimin təhsil almaq hüququ məhdudlaşdırıla bilməz. Baxmayaraq ki, I-IV siniflərdə təhsil məcburidir və X-XI sinifdə könüllüdür”.

Ekspert deyir ki, son aylar ərzində, xüsusilə aprel ayında buraxılış imtahanından sonra nəticəsi zəif olan şagirdlərə qarşı “sürgün siyasəti” həyata keçirilir:

“Bəzi müəllimlər buna haqq qazandırırlar. Deyirlər ki, zəif nəticəsi olan şagirdlər niyə X-XI sinifdə oxumalıdırlar? Yəni bu müəllimlər üçün əməkhaqqı daha vacibdir, nəinki insanların təhsil alması. Bu, dəhşətli bir yanaşmadır.

Təsəvvür edin ki, sosial şəbəkələrdə bu kimi informasiya yaydıqda müəllimlərin şagirdlər, gələcəyimiz haqqında şərhləri insanı dəhşətə salır. Bu, ancaq onların öz maraqlarına xidmət edir ki, şagirdlər getsinlər, başları sakit olsun. Onsuz da bu gün orta ümumtəhsil məktəblərində şagirdlər bilik əldə etmirlər. Onlar hazırlıq kursları, repetitor yanında bilik qazanırlar. Bugünkü nəticələrə görə biz məhz hazırlıq kursları və repetitorlara minnətdarıq. Müəllimlər isə sadəcə məktəbdə əməkhaqqı alırlar. Biz görürük ki, X-XI sinifdə şagirdlər dərslərdə iştirak etmirlər. Onlar direktora, müavinlərə pul verirlər, məktəbdən kənarda qalırlar. Bu, ciddi bir məsələdir. Prosesin ən dəhşətli hissəsi uşaqların təhsil almaq hüququnun kobud şəkildə qanunsuz olaraq məhdudlaşdırılmasıdır. Artıq bir çox məktəblərlə bağlı müraciətlər daxil olub ki, direktorlar, müavinlər, müəllimlər əsassız olaraq deyirlər ki, siz təhsili yarımçıq qoyun. Onlar nə edəcəklər, gedib narkotikə, cinayətə qurşanacaqlar. Çünki boş qalacaqlar. Peşə təhsili də effektiv deyil.

Hamı deyir ki, peşəyə getsin. Axı savadı olmayan, zəif olan uşaqdan peşədə də uğur gözləyə bilmərik. O, XI sinifi bitirib, ən azından attestatla xarici ölkələrə gedə bilər, eyni zamanda daha yetişkin şəxs olaraq cəmiyyətə qoşula bilər. Kifayət qədər insanlar var ki, məhz direktorların, müəllimlərin təzyiqi ilə təhsilini yarımçıq qoyub. Ümumilikdə şagirdlərin IX sinifdən sonra X-XI sinfə götürülməsi ilə bağlı buraxılış imtahanının nəticəsini tətbiq etmək, uşaqların XI sinifə buraxılmaması qanunsuzdur”.//Cebhe.info//

Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!
Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az