• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 20-10-2026 İntensiv yağış yağacaq, qara keçəcək - Proqnoz
  • 20-10-2026 Bu şəxslər üçün iş icazəsinin alınması tələb olunmayacaq
  • 20-10-2026 Nizami rayon prokuroru vəzifəsindən azad edildi
  • 20-10-2026 Azərişıq Suraxanı rayonunda kütləvi narazılıq yaradır – VİDEO
  • 20-10-2026 Trampa pul xərclədi, qarşılığını Ermənistanda alır– Nəhəng sərvətə yiyələnir
  • 20-10-2026 Fransa qarışdı, “Qalatasaray” ora getmək istəmir – UEFA-dan gözlənilməz qərar
  • 20-10-2026 Bulvarda hər gün "qara kassa"ya 1000 manat yığılırmış – Keçmiş sədrin məhkəməsi
  • 20-10-2026 Kim Çen Inın öldüyü xəbəri yayılıb
  • 20-10-2026 “Çox nahaq yerə özün üçün yaşayırsan” - Nadir Qafarzadə
  • 20-10-2026 Dünyanın ən çox qazanan 10 futbolçusu
  • 20-10-2026 Mehmet Ali Erbil hönkür-hönkür ağladı - "Bunu uşaqlığıma bağışlayın"
  • 20-10-2026 Bakıda dərs saatları dəyişdirilə bilər? – Ekspert rəyi
  • 20-10-2026 Yaşayış binasına daha iki mərtəbə əlavə olunur - Sakinlər narahatdırlar - VIDEO
  • 20-10-2026 Zəngilan şəhərinin işğaldan azad edilməsindən 6 il ötür
  • 20-10-2026 Bu gün iki zəlzələ qeydə alınıb - Güclü təkanlar gözlənilir? - VIDEO
  • 19-10-2026 Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
  • 19-10-2026 Baş nazirin müavini təyin edilən Teymur Musayev kimdir? - Dosye
  • 19-10-2026 Yeni səhiyyə naziri kimdir? - Dosye
  • 19-10-2026 Teymur Musayev Baş nazirin müavini təyin edildi - Sərəncam
  • 19-10-2026 Anar Bayramov səhiyyə naziri təyin edildi

XƏBƏRLƏR

    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
27-05-2022, 12:50

Yüksək vəzifəli şəxsdən kürəkənini həbsdən buraxmaq üçün 100 min alıblar

Yüksək vəzifəli şəxsdən kürəkənini həbsdən buraxmaq üçün 100 min alıblar


Bakıda çoxsaylı dələduzluq əməlləri törətmiş şəxslər məhkəmə qarşısına çıxarılıb.

Nyus.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Kərim Əliyev və 1981-ci il təvəllüdlü Şamil Piriyev (soyadlar şərtidir) Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4,312.2-ci (rüşvət vermədə iştirak) maddələri ilə təqsirləndiriliblər. Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində onların bir neçə şəxsə qarşı dələduzluq etmələri, müxtəlif vədlərlə aldadaraq külli miqdarda pul almaları müəyyən edilib.

Məlum olub ki, Kərim özünü Müdafiə Nazirliyinin zabiti kimi təqdim edib, müxtəlif dövlət qurumlarında rəhbər vəzifələrdə çalışan şəxslərlə yaxın münasibətlərinin olduğunu bildirərək insanların etibarını qazanıb.

"Rent a car"dan bahalı avtomobillər icarəyə götürərək görüşlərə gedən Kərim ona müraciət edilən problemləri yüksək nüfuza malik "Seyid" ləqəbli şəxsin köməkliyi ilə həll etdiyini qeyd edib. Bu yolla o,

- Xidməti vəzifələrinin icrası ilə əlaqədar yol verdiyi nöqsanlara görə Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasından xidmətdən xaric edilmiş giziri həmin işə bərpa edəcəyini bildirərək 11 min manat

- Övladının həqiqi hərbi xidmətini Milli Qvardiyanın hərbi hissələrinin birində keçməsini istəyən şəxsdən 10 min manat

- Müdafiə Nazirliyinin Maddi Texniki Təminat Baş idarəsinə zabit kimi işə qəbul olunmaq istəyən şəxsdən 15700 manat

- Dövlət qurumlarından birində yüksək vəzifə tutan Arif Novruzovun bir müddət əvvəl həbs edilmiş kürəkəni Azər Əsgərovun azadlığa buraxılması adı ilə isə ondan 100 min manat alıb.
Məhkəmədə bildirilib ki, Kərim Əliyev aldığı pulların bir hissəsini geri qaytarıb.

Həmçinin qeyd edilib ki, 6 sentyabr 2021-ci il tarixində Kərim Arif Novruzovdan külli miqdarda pul alarkən dostu Şamilin köməkliyindən istifadə edib. Belə ki, onlar Arif Novruzovu inandırmaq üçün pulları ondan polis idarəsinin qarşısında alaraq binaya daxil olublar. Daha sonra aldadıldığını anlayan Arif Novruzov hüquq-mühafizə orqanlarına müraciət edib.

O da məlum olub ki, A.Novruzovun kürəkəni tekstil ticarəti ilə məşğul olub və türkiyəli iş adamları ilə 2 milyonluq pul məsələsinə görə tutulub. Bundan sonra A.Novruzov kürəkənini azadlığa çıxarmaq üçün müxtəlif vasitələrə əl atıb və dələduzluqla üzləşib.

Qeyd edək ki, Arif Novruzov hadisədən sonra vəzifəsindən azad edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kərim və Şamil qeyd edilən maddələrlə təqsirli bilinərək müvafiq olaraq 8 il 6 ay və 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Nyus.Az



Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az