• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 20-10-2026 İntensiv yağış yağacaq, qara keçəcək - Proqnoz
  • 20-10-2026 Bu şəxslər üçün iş icazəsinin alınması tələb olunmayacaq
  • 20-10-2026 Nizami rayon prokuroru vəzifəsindən azad edildi
  • 20-10-2026 Azərişıq Suraxanı rayonunda kütləvi narazılıq yaradır – VİDEO
  • 20-10-2026 Trampa pul xərclədi, qarşılığını Ermənistanda alır– Nəhəng sərvətə yiyələnir
  • 20-10-2026 Fransa qarışdı, “Qalatasaray” ora getmək istəmir – UEFA-dan gözlənilməz qərar
  • 20-10-2026 Bulvarda hər gün "qara kassa"ya 1000 manat yığılırmış – Keçmiş sədrin məhkəməsi
  • 20-10-2026 Kim Çen Inın öldüyü xəbəri yayılıb
  • 20-10-2026 “Çox nahaq yerə özün üçün yaşayırsan” - Nadir Qafarzadə
  • 20-10-2026 Dünyanın ən çox qazanan 10 futbolçusu
  • 20-10-2026 Mehmet Ali Erbil hönkür-hönkür ağladı - "Bunu uşaqlığıma bağışlayın"
  • 20-10-2026 Bakıda dərs saatları dəyişdirilə bilər? – Ekspert rəyi
  • 20-10-2026 Yaşayış binasına daha iki mərtəbə əlavə olunur - Sakinlər narahatdırlar - VIDEO
  • 20-10-2026 Zəngilan şəhərinin işğaldan azad edilməsindən 6 il ötür
  • 20-10-2026 Bu gün iki zəlzələ qeydə alınıb - Güclü təkanlar gözlənilir? - VIDEO
  • 19-10-2026 Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
  • 19-10-2026 Baş nazirin müavini təyin edilən Teymur Musayev kimdir? - Dosye
  • 19-10-2026 Yeni səhiyyə naziri kimdir? - Dosye
  • 19-10-2026 Teymur Musayev Baş nazirin müavini təyin edildi - Sərəncam
  • 19-10-2026 Anar Bayramov səhiyyə naziri təyin edildi

XƏBƏRLƏR

    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
13-05-2022, 10:48

Xəstəxana və apteklərə bu şprisləri KİM VERİR? - ARAŞDIRMA

Xəstəxana və apteklərə bu şprisləri KİM VERİR? - ARAŞDIRMA


Dövlət xəstəxanalarına, poliklinikalara və apteklərə külli miqdarda mənşəyi məlum olmayan, keyfiyyətsiz, hətta yararsız olduğu görünən şprislər paylanılıb. Bu şprislər ölümlərə səbəb ola bilər”. Nyus.Az xəbər verir ki, bu barədə Bizim.Media-ya “Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) rəhbəri Eyyub Hüseynov məlumat verib. Onun sözlərinə görə bu ilin fevralından etibarən AİİB-in qaynar telefon xəttinə məsələ ilə bağlı coxsaylı istehlakçı zəngi daxil olur:

“İstehlakçıların bildirdiyinə görə standartlara uyğun olmayan, qara porşenli və hətta silindir üzərindəki bölgü şkalası əllə toxunmaqla pozula bilən, porşenin sonluğunda yağa bənzər maddə olan, iynələrinin sonluğu paslanmış şprislər barədə məlumatlar verirlər, nümunələrini ofisimizə gətirirlər. AİİB-ə daxil olan və ardı kəsilməyən istehlakçı zəngəri bizi məcbur etdi k,i apteklərdə kiçik bir manitorinq aparaq və 2019-cu ildən bu sahədə bu günə olan dəyişikliyə nəzər yetirək. Məlum oldu ki bazarın 80%-dən çox apteklərində 2019-cu ildə ekspertizada standartlara uyğunsuzluğu təsdiqlənən şprislər bu gün də satılır. Üstəlik çeşid bolluğu var”.

Eyyub Hüseynov saxta şprislərlə bağlı Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” MMC-nin direktoru Murad Süleymanovun AİİB-ə ünvanlanmış məktubundan da söz açıb.

O, deyib ki, qurum rəsmisi cavab məktubunda “sizdəki şprislərin hansı mal partiyası ilə və kim tərəfindən gətirildiyini müəyyən etmək mümkün deyil. Əgər idxalina icazə verilməyibsə, bu məsələ inzibati və cinayət məsuliyyəti yaradır ki, bu hüquq mühafizə orqanlarının səlahiyyətləri daxilindədir” yazıb.

AİİB sədri həmçinin müxtəlif apteklərdən tələblərinə cavab verməyən şprislər aldıqlarını, kassa qəbzi ilə birlikdə ofislərində saxlanıldığını bildirib:

“A.A.Mirqasımov ev 2, S. Vurğun küçəsi, ev 112 ünvanında “Buta farm” MMC –də satışda olan İnjekt şprisləri istehsalçı adı “Nicomed LTD” göstərilsə də, istehsalçı haqqında digər məlumatlar ünvan, website, telefon nömrəsi və s. ümumiyyətlə qeyd olunmayıb.

Araşdırmamız zamanı məyyən olub ki, belə bir istehsalçı ümumiyyətlə mövcud deyil. Bu ad altında “Nicomed MMC” yerli şirkət çıxıb ki, onlar da istehsalçı deyillər. İstisna olunmur ki, “Nicomed” şirkəti bu şprisləri ölkəyə öz adı altında naməlum istehsalçıdan idxal edir və ya gizli bir şəraitdə özü istehsal edir.

Ağa Nemətulla küçəsi, ev 45, m 32 ünvanında yerləşən “Avis” aptekindəki (Maymed-Avis” MMC) “Braumann” şprisləri, istehsalçı adı “Care Medical Anhui” göstərilsə də digər məlumatlar qeyd olunmayıb. Belə bir istehsalçı da mövcud deyil.

Daha sonra Mirzəbala Məmmədzadə ev11 ünvanında yerləşən “Loğman”Aptekində satılan şprislərinin idtehsalçı adı “Nicomed LTD” göstərilib. əlavə məlumatlar barədə heç nə yoxdur. “Dr Para” şpirsləri, istehsalçı adı “Fada Medical Disposable İnstruments” göstərilib.

Belə bir istehsalçılar da mövcud deyil. Azadlıq prospekti, ev132, m5-də yerləşən “Sonar Farm” MMC (Elnur Depo kimi tanınan) “Regula” şprislərinin etiketlərinin üzərində istehsalçı məlumatları yoxdur, sifarişçi kimi isə “Doc. Pharma Srl” göstərilib. Həmin şirkət adı altında da məlumat tapmaq mümkün olmayıb.

Ən təhlükəlisi isə odur ki, şprisin üzərində “Paraldehidlə istifadə olauna bilməz” sözləri yazılıb. “istehsalçı” etiketdə xammalın tərkibi ilə bağlı əhəmiyyətli neqativ bir həqiqəti ortaya qoysa da, belə bir şpris növü heç bir standarta cavab vermir. Üstəlik heç bir istifadəçi xarici dildə, xırda şriftlərlə yazılmış bu yazıya əhəmiyyət vermir”.

Eyyub Hüseynv xatırladıb ki, “Regula” şprisləri ilə bağlı məsələ 2019-cu ildə də gündəmdə olub. Hətta, 2020-ci ildə bu təhlükəli şprislərlə bağlı ölüm hadisəsi baş verib.

“Həmin dövrdə dövlət orqanlarının səyi ilə təhlükəli şprislər bir müddət apteklərdə görünmədi. Bu gün yenidən ölkəni saxta və təhlükəli şprislər bürüyüb. Maraqlıdır, ölkəyə bu şprisləri kim idxal edir və idxal zamanı “Analitik Ekspertiza Mərkəzi” hansı rəyi bildirib? Gömrük Komitəsi təhlükəli şprislərin idxalında hansı mövqeni tutub? Ola bilsin ki, hansısa mərhələdə yenə də xeyir-dua məsələsi öz işini görüb”.

Qeyd edək ki, AİİB əldə olunan materialları təhlil edərək, istehlakçıların həyatı və sağlamlığı üçün təhlükə törədən şprislərin bazardan yığişdırılıb, ictimai məhvedilməsi üçün Nazirlər Kabinetinə, Daxili İşlər Nazirliyinə, Analitik Ekspertiza Mərkəzinə, Dövlət Gömrük Komitəsinə, İqtisadiyyat Nazirliyi yaninda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, Səhiyyə Nazirliyinə rəsmi müraciətlər göndərib.

Xatırladaq ki, 2019-cu ilin sentyabr ayında Azərbaycan Standartlaşdırma İnstitutunun o zamanki direktoru Namiq Tağıyev ölkədə standartların tələblərinə cavab verməyən, Türkiyə, Çin və digər ölkələrdən idxal olunan, insan sağlamlığı üçün təhlükə törədən şprislərin satıldığı barədə məlumat yaymışdı. Namiq Tağıyevin bu açıqlamasından sonra təhlükəli şprislərin aptek və klinikalara daxil olması müəyyən qədər məhdudlaşmışdı.

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az