
ABŞ dövlət katibi Entoni Blinken Polşanın Ukraynaya döyüş təyyarələri göndərmək planlarına ölkəsi tərəfindən razılıq aldığını və Bayden administrasiyasının bu ehtiyacları ödəməyə çalışacağını bildirib. “The Hill” xəbər verir ki, bu barədə dövlət katibi CBS telekanalının efirində deyib.
ABŞ rəsmisi NATO üzvü olan Polşanın Ukraynaya döyüş təyyarələri verə biləcəyi ilə bağlı suala “buna yaşıl işıq yanıb”, - deyə cavab verib.
“Döyüş təyyarələrinin ukraynalılara verilməsi və onların yanacaq məsələsi haqqında polşalı dostlarımızla danışıq aparırıq”, - deyə Blinken əlavə edib.
Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinken Ukrayna ilə cənub-şərqindən qonşu olan Moldovadadır.

























