• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 22-10-2026 Bakı Abadlıq Dədə Qorqud Parkını baxımsız vəziyyətə salıb – VİDEO
  • 22-10-2026 Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..."
  • 22-10-2026 Əliyev-Ərdoğan dostluğu hər cür siyasi fırtınadan güclüdür: amma məzhəbçi-dinçi AKP-liləri də unutmayacağıq - BİZİM BAXIŞ
  • 22-10-2026 Ərdoğanın geyimində diqqətçəkən məqam - FOTO
  • 22-10-2026 Hikmət Rəhimov “44” filminin çəkilişlərindən danışıb: Qarlı küçədə hava beton tikilinin içindən daha isti idi
  • 22-10-2026 Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı
  • 22-10-2026 Evinin "kupça"sı olmayanlara şad xəbər
  • 22-10-2026 Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq
  • 22-10-2026 Lerik dağlarında faciə: Qızıl axtaran 42 yaşlı kənd sakini öldü - VIDEO
  • 22-10-2026 Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub
  • 22-10-2026 Pirşağıda evi ilanlar basıb - VIDEO
  • 22-10-2026 Qardaşlıq qalib gəldi, amma izlər qaldı
  • 22-10-2026 Barəsində cinayət işi açılan Fəxrəddin Zeynalovun oğlu vəzifəsindən azad edildi
  • 21-10-2026 Xətai rayonunda "Energetiklər Günü" münasibətilə tədbir keçirildi - VİDEO
  • 21-10-2026 Banklara kibertəhlükələr barədə məlumat verilib - VİDEO
  • 21-10-2026 Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək
  • 21-10-2026 Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
  • 21-10-2026 Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
  • 21-10-2026 Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
  • 21-10-2026 UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib

XƏBƏRLƏR

    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
10-07-2025, 07:48

“Qızılın bir unsiyası 3 600 dollara qədər bahalaşa bilər”

“Qızılın bir unsiyası 3 600 dollara qədər bahalaşa bilər”


Bu ilin II yarısında dünya bazarında qızılın 1 unsiyası 3 400-3 600 ABŞ dolları arasında ticarət oluna bilər.

Bunu report-a açıqlamasında "Azərbaycan Zərgərlər Assosiasiyası"nın İdarə Heyətinin sədrinin müavini, "Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin sədri Rövşən Əmircanov bildirib.

Onun sözlərinə görə, ötən ay baş vermiş İran-İsrail müharibəsi Yaxın Şərqdə geosiyasi gərginliyin kəskin artmasına və nəticə etibarilə qlobal maliyyə bazarlarında ciddi dalğalanmalara səbəb olub: "Münaqişənin genişmiqyaslı qarşıdurmaya çevrilməsi ehtimalı fonunda investor davranışında dəyişiklik müşahidə edilib. Qeyri-müəyyənlik şəraitində investorlar dəyərini qoruyan sabit aktivlərə - xüsusilə qiymətli metallara, o cümlədən qızıla - üstünlük verməyə başlayıb".

Ekspert qeyd edib ki, həmin dövrdə qızılın spot qiyməti bir unsiya üçün 3 430 ABŞ dollarına qədər yüksəlib, bu isə bir həftə ərzində təxminən 4 % artım demək idi: "Qiymət artımına yalnız hərbi münaqişə deyil, həm də qlobal inflyasiya riski, aparıcı dövlətlər arasında ticarət gərginliyi, bir sıra ölkələrin mərkəzi banklarının qızıl ehtiyatlarını artırmaq siyasətini davam etdirməsi təsir göstərmişdi. İyunun sonunda Yaxın Şərqdə əldə edilmiş atəşkəs razılaşması fonunda bölgədəki gərginlik nisbətən azalmış və nəticədə qızılın qiyməti 3 320 ABŞ dollarına qədər geriləmişdi. Bu, ay ərzində qeydə alınmış ən aşağı göstəricilərdən biri olub".

Bununla belə, R.Əmircanovun sözlərinə görə, ABŞ-də büdcə kəsirinin artması, dolların zəifləməsi fonunda qızılın qiyməti yenidən artım trayektoriyasına qayıdıb: "ABŞ Prezidenti Donald Trampın vergi və xərclərlə bağlı qanun layihəsini təsdiq etməsi narahatlıqları artıraraq qiymətli metallara olan tələbi gücləndirib. Bundan əlavə, yaxın günlərdə qüvvəyə minəcək yeni tariflər və ticarət siyasətindəki qeyri-müəyyənlik də qızılın mövqeyini möhkəmləndirir. Son bir həftə ərzində qızıl 3 %-dən çox bahalaşaraq, əvvəlki həftə İsrail-İran atəşkəsi fonunda baş vermiş qiymət itkilərini qismən kompensasiya edib".

Komitə sədri deyib ki, dünya bazarında qiymətli metallara, xüsusilə qızıl-gümüşə maraq son aylarda daha da artır: "Bu artımın əsas səbəbləri qlobal geosiyasi gərginliklər, iqtisadi tənəzzül riski, ölkələr arasında ticarət mübahisələri və bir sıra dövlətlərin mərkəzi banklarıməm qızıl ehtiyatlarını artırmaq siyasətini davam etdirməsidir. Digər qiymətli metallarla müqayisədə qızıl ənənəvi olaraq qeyri-müəyyənlik dövrlərində daha etibarlı investisiya aləti kimi çıxış edir və bu da onun qiymətinin artmasına səbəb olur".

Onun sözlərinə görə, Azərbaycan bazarında qızıl və gümüş qiymətləri əsasən dünya birjalarındakı tendensiyaları izləyir: "Qlobal qiymət artımı yerli bazarda, xüsusilə idxal olunan zinət əşyalarında və xammalda da qiymətlərin yüksəlməsi ilə nəticələnir. Eyni zamanda, yerli istehsal olunan məhsulların maya dəyəri də dünya bazarında baş verən dəyişikliklərdən təsirlənir. Nəticə etibarilə, beynəlxalq bazardakı hər bir hərəkətlilik Azərbaycanda da qiymət səviyyəsinə birbaşa təsir göstərir".

Ekspert deyib ki, son dövrlərdə gümüş, platin və palladium bazarlarında nəzərəçarpacaq qiymət artımları müşahidə olunur ki, bu da hər üç metalın həm sənaye, həm də investisiya məqsədli istifadə sahələrinin genişlənməsi ilə bağlıdır: "Gümüş bazarında artım əsasən bu metalın həm sərmayə aləti, həm də sənaye üçün strateji əhəmiyyət daşıması ilə əlaqəlidir. Xüsusilə günəş panelləri, batareyalar və digər yüksək texnologiyalı məhsulların istehsalında gümüşə olan tələbat sürətlə artır. Bununla yanaşı, gümüş qızıla nisbətən daha əlçatan və qiymət dəyişikliklərinə daha həssas bir alternativ olaraq investorlar üçün getdikcə daha çox cəlbedici hesab olunur. Hazırda gümüşün 1 unsiyasının qiyməti 37 ABŞ dollarıdırr".

Onun sözlərinə görə, platin bazarında da qiymətlərdə əhəmiyyətli yüksəliş qeydə alınıb: "Son bir ay ərzində platin 20 %-ə qədər bahalaşaraq 1 360-1 410 ABŞ dolları/unsiya diapazonunda ticarət olunur. Platin əsasən avtomobil sənayesində - daxili yanma mühərrikləri və hibrid nəqliyyat vasitələrində istifadə edilən katalitik neytrallaşdırıcılarda - geniş tətbiq olunur. Bununla yanaşı, zinət əşyaları və investisiya tələbatı da bu metalın bazar mövqeyini gücləndirir. Artıq üç ildir ki, platin bazarında tələbat təklifi üstələyir ki, bu da qiymətlərin yüksəlməsinə səbəb olmuş və bu artımın yaxın dövrdə də davam edəcəyi proqnozlaşdırılır. Palladium bazarında qiymət artımı daha mülayim olsa da, sabit dinamika qorunur. Hazırda palladiumun bir unsiyasının qiyməti 1 330-1 160 ABŞ dolları intervalında dəyişir. O isə əsasən avtomobil sənayesində emissiyaların azaldılması üçün istifadə olunan sistemlərdə tətbiq olunur. Bu sektorda sabit tələbat qiymətin dəstəklənməsinə səbəb olur".

R.Əmircanov sonda vurğulayıb ki, mövcud qlobal iqtisadi və siyasi şərait qiymətli metallarda, xüsusilə qızıl üzrə qiymət artımının davam edəcəyini göstərir: "2025-ci ilin II yarısı üçün mövcud proqnozlara əsasən, qızılın 1 unsiyasının 3 400-3 600 ABŞ dolları intervalında ticarət olunacağı gözlənilir. Gümüş və platin bazarlarında da tələbatın təklifi üstələməsi fonunda qiymət artımı ehtimal olunur".

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az