• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 05-09-2026 Müəllimlərin işə qəbulu müsahibəsinin nəticələri açıqlandı
  • 05-09-2026 Vaşinqton Paşinyanı Azərbaycanla sülhə belə razı salıb – Şok iddia
  • 05-09-2026 Amin Novruzov vəfat etdi
  • 05-09-2026 Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı
  • 05-09-2026 Ölkəyə idxal olunan qeyri-qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi
  • 05-09-2026 Azərbaycan ordusunda 19 il xidmət edən gizir qəfil vəfat etdi
  • 05-09-2026 "Qalatasaray" İstanbul derbisində qalib gəldi
  • 05-09-2026 Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion məlum oldu
  • 05-09-2026 Evliliyi boşanmaya aparan 5 səhv
  • 05-09-2026 Eyni ərazidə oxşar ev, amma kəskin qiymət fərqi, səbəbi nədir? - VIDEO
  • 05-09-2026 Şahbuzda ağır qəzada xəsarət alanların vəziyyəti açıqlanıb - Yenilənib
  • 05-09-2026 "Qalatasaray" səfərdə "Başakşehir"i məğlub etdi - Türkiyə Superliqası
  • 05-09-2026 Mehdiabad yolunda sıxlığın azaldılması üçün yeni layihə - VIDEO
  • 05-09-2026 Zelenskinin ofisində axtarış aparıldı
  • 05-09-2026 Pay torpaqları vətəndaşlardan alınacaq?
  • 05-09-2026 Sabunçuda kollektorda qəza - Su çöllük əraziyə axır
  • 05-09-2026 "Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
  • 05-09-2026 Saxta balı sıradan çıxaracaq yeni sanitariya norma və qaydaları gəlir - VIDEO
  • 05-09-2026 UEFA "Fənərbağça" – "Lion" matçının cəzasını açıqladı
  • 05-09-2026 Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?

XƏBƏRLƏR

    "Qalatasaray" İstanbul derbisində qalib gəldi
    Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion məlum oldu
    "Qalatasaray" səfərdə "Başakşehir"i məğlub etdi - Türkiyə Superliqası
    "Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
    UEFA "Fənərbağça" – "Lion" matçının cəzasını açıqladı
    “Məni təhqir etdilər, alçaltdılar” - Obameyanq
    Çində “hamilə robot” hazırlanır
    "Arsenal" tarixinin ən bahalı satışı
    Azərbaycan – Litva matçının məkanı dəyişdirildi - Gəncədə olmayacaq
    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
26-04-2025, 10:32

Çinə vizasız gediş - Azərbaycanın götürəcəyi faydalar

Çinə vizasız gediş - Azərbaycanın götürəcəyi faydalar

İqtisadçı Eldəniz Əmirov bu üstünlüyün qazandıracağı dividendləri açıqladı
Azərbaycanla Çin arasında viza rejimi ləğv olundu. Aprelin 23-də Prezident İlham Əliyevin və Çin Sədri Si Cinpinin iştirakı ilə Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi olub. Mərasim çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Çinin xarici işlər naziri Van İ imzalayıblar.

Qeyd edək ki, Azərbaycanın vizasız gediş-gəliş tətbiq etdiyi ölkələrin sayı çox azdır. MDB üzvü olan keçmiş postsovet ölkələrindən əlavə belə ölkələr siyahısına Türkiyə, Qətər, BƏƏ, Serbiya, Albaniya və Mərakeş daxildir. Daha 6 ölkə Azərbaycan vətəndaşlarına birtərəfli qaydada vizasız rejim tətbiq edir. Bunlar İran, Honq-Konq, Malaziya, Livan, Monteneqro və Bosniya və Herseqovinadır.

Bulardan əlavə, Azərbaycan 2024-cü ilin 20 iyulundan 2025-ci ilin iyuluna qədər ümumvətəndaş pasportu olan Çin vətəndaşlarına hər dəfə 30 gün olmaqla 3 dəfə Azərbaycana vizasız gəliş icazəsi verib.

Çinə gəlincə, bu ölkə uzun illər boyu xarici turistlərin səfərləri üçün sərt qaydalar tətbiq edib. Pekin uzun müddət xaricilərin ölkəyə səfərlərini ciddi nəzarətdə saxlayıb. Bu, Çinin turizmin inkişafı baxımından tarixi üstünlüyünü itirməsi, Çindən xaricə turizmin çiçəklənməsinə səbəb olub. Lakin 2023-cü ildən etibarən Çin hökuməti bu siyasətində kəskin dəyişikliklərə start verib. Həmin il ölkəyə bir sıra ölkələrdən gələn şəxslər üçün vizasız qalma müddəti 10 günə qədər artırılıb. Əsas məqsəd COVID19 pandemiyasından çox böyük zərər görmüş turizm sektorunu canlandırmaq, ölkəyə valyuta axınını gücləndirməkdir. 2024-cü ildə Çin hökumətinin qərarı ilə 38 ölkənin vətəndaşları üçün vizasız rejim genişləndirilərək, 30 günə qədər vizasız səyahətə icazə verilib. Bu, xüsusilə Avropa və Cənub-Şərqi Asiyadan turist axınının əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Asanlaşdırılmış giriş siyasətləri mədəni mübadilələri və beynəlxalq səyahətləri təşviq edərək turizm və biznesdə qlobal tendensiyaları dəyişib.

Ötən il qəbul edilmiş iki qərarla 38 ölkənin vətəndaşları artıq Çinə vizasız səyahət etmək hüququna malikdirlər: Andorra, Avstraliya, Avstriya, Belçika, Bruney, Kipr, Danimarka, Gürcüstan, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İtaliya, Lixtenşteyn, Lüksemburq, Malayziya, Monako, Hollandiya, Yeni Zelandiya, Norveç, Polşa, Slovakiya, Cənubi Koreya, Sloveniya, Sloveniya, Tayland, İsveçrə, Bolqarıstan, Xorvatiya, Rumıniya, Estoniya, Monteneqro, Şimali Makedoniya, Malta, Latviya və Yaponiya.

Bir çox ekspertlər bu addımın qlobal səyahət bazarına təsir etməyəcəyinə inansalar da, son statistikalar bunun əksini göstərir. Belə ki, Çin Miqrasiya İdarəsinin məlumatına əsasən 2024-cü il ərzində ölkəyə gələn xaricilərin sayı 64,88 milyon nəfərə çatıb. Bu, 2023-cü illə müqayisədə 82,9 faiz artım deməkdir. Bu şəxslərin 20 milyon nəfəri məhz vizasız gediş-gəliş hüququ ilə Çinə səfər edənlərdir. Bu göstərici illiki əsasda 112,3 faiz artıb. 2024-cü il Çin Yeni ili ərzində 175 ölkə və regiondan 3,43 milyon beynəlxalq turist Çinə səfər edib.

Bu isə o deməkdir ki, immiqrasiya siyasətindəki dəyişiklik həmişə sadələşdirilmiş giriş prosedurlarını axtaran səyahətçilərin diqqətini çəkib və Çini ən əlçatan turizm istiqamətlərindən birinə çevirib. Hesab olunur ki, xüsusilə də Tacikistan və Azərbaycan da daxil olmaqla turistlərin sayının əhəmiyyətli dərəcədə artması və ölkənin mədəni və təbii görməli yerlərinə marağın artması ilə bu addım gələcək illər üçün qlobal turizm tendensiyalarını dəyişəcək.

Məlumatlar Çinin vizasız siyasətinin effektivliyinə dair şübhələri aradan qaldıraraq, xüsusilə mürəkkəb viza prosedurlarına görə əvvəllər tərəddüd edənlər arasında Çinə səyahətə güclü tələbat nümayiş etdirir.

Çinin vizasız siyasəti təkcə turizmi deyil, həm də beynəlxalq işgüzar səfərləri və mədəni mübadilələri təşviq edir. Əvvəllər viza gözləməli olan iş adamları indi danışıqlar aparmaq və ya sövdələşmələr bağlamaq üçün sürətlə Çinə gedə bilərlər. Tələbələr və tədqiqatçılar, həmçinin onlara təhsil və elmi proqramlarda iştirak etmək imkanı verən sadələşdirilmiş giriş prosesindən faydalanacaqlar.

Vizasız rejimin genişləndirilməsi Çinin turizm sənayesini canlandırmaq və səyahətlərin əlçatanlığı üzrə dünya liderlərindən biri kimi mövqeyini gücləndirmək məqsədi daşıyan strateji addımdır. Bu dəyişikliyin digər ölkələrə də əhəmiyyətli dərəcədə təsir edəcəyi və onları viza siyasətlərini liberallaşdırmağa təşviq edəcəyi gözlənilir.



İqtisadçı-alim, Milli Məclisin üzvü Vüqar Bayramovun sözlərinə görə, Azərbaycan ilə Çin arasında vizasız rejimə keçilməsi ölkələrin strateji və iqtisadi əlaqələrinin qarşılıqlı olaraq güclənməsinə imkan verəcək: “2024-cü ildə Çindən Azərbaycana gələn turistlərin sayı 1.9 dəfə artaraq 45.0 minə çatıb. Bu ilin ilk rübündə isə Çindən Azərbaycana gələnlərin sayı 1.8 dəfə artıb. Bu o deməkdir, ilk 3 ayda 9 minə yaxın Çin vətəndaşı Azərbaycana səfər edib. 2024-cü ildə Çinə səfər edən turistlərin sayı 61.0 faiz artaraq 132 milyon nəfərə çatıb. Bu, Çin üçün 6.4 trilyon yuan gəlir deməkdir”.

Millət vəkilinin fikrincə, yeni anlaşma Azərbaycandan Çinə gedənlərin sayına təsir edəcək: “Bir tərəfdən, Azərbaycan Hava Yollarının Bakı ilə Pekin arasında birbaşa uçuşlar həyata keçirməsi, digər tərəfdən vizasız rejim hər iki ölkə vətəndaşları üçün yeni imkanlar yaradacaq. Bu baxımdan, viza anlaşması yalnız turizm sahəsində deyil, bütövlükdə iqtisadiyyatın fərqli sektorlarında əməkdaşlıq üçün yeni imkanlar deməkdir”.



Eldəniz Əmirov

İqtisadçı Eldəniz Əmirova görə, artıq Azərbaycan sahibkarları Çində sərgilərə, işgüzar danışıqlara və digər məsələlərin dalınca viza almadan gedə biləcək: “Bu isə həm idxal keçidin zənginliyi, həm də öz məhsullarımızın, xüsusilə kənd təsərrüfatı və qida məhsullarının orada təbliği üçün real fürsətdir. Çinli investorların da eyni ilə ölkəmizə vizasız səfər edə biləcəyi üçün sənaye zonalarımıza, texnoparklarımıza və innovasiya layihələrimizə yeni sərmayələrin cəlb olunmasını şansı artacaq. Bu müqavilənin nəticələri turizm sahəsində ən tez hiss ediləcək müsbət tərəflərdən biri olacaq. Çünki Çin dünyada ən çox turist göndərən ölkələrdən biridir - 2023-cü ildə xaricə 87 milyon nəfər səfər edib. Bu axının bir hissəsini Azərbaycana yönləndirmək artıq real görünür. Bu da turizm sektoruna çox böyük xeyir verə bilər. Çinlə imzalanan vizasız gediş-gəliş müqaviləsi, aydın məsələdir ki, iqtisadiyyatın bir çox sahələrinbə müsbət təsir göstərəcək. Lakin bu təsirin ən çox turizm sahəsində və qarşılıqlı birgə investisiyalarda özünü hiss etdirəcəyi şübhəsizdir. Çünki Çin turistlərinin dünya turizm sənayesində payı çox yüksəkdir. Çinli turistlər qlobal turizmə ən böyük töhfə verən turistlərdəndir. 2023-cü ilin statistikasına görə, Çinli turistlərin xarici ölkələrdəki turizm xərcləri 196,2 milyard dollardan yuxarı olub. Bu, rekord göstəricidir. Həmin il Çinin turizm sektorununh ÜDM-ə töhfəsi 1,3 trilyon dollar təşkil edib. 2024-cü ildə isə xarici ölkələrə turist səfərləri edən Çin vətəndaşlarının sayı 130 milyon nəfərə bərabər olub. Bu, 2019-cu ildəki 155 milyon nəfərdən az olsa da, postpandemiya dövrünün ən yüksək göstəricisidir və onun yaxın illərdə böyük sürətlə artacağı gözlənilir. Yəni Çin turizmi, bu ölkə vətəndaşlarının xarici ölkələrdə turizmin inkişafına töhfəsi çox böyükdür. Niyə Azərbaycan bu imkandan yararlanmasın ki? Bir çoxları deyirlər ki, viza pul itkisidir, amma viza həm də vaxt itkisi, yorucu prosedurlar deməkdir. Bir çox hallarda bu və ya digər ölkəyə səyahət qərarları məhz viza proseduru nəzərə alınaraq verilir”.

İqtisadçı bildirir ki, Azərbaycan vətəndaşlarının Çinə vizasız gediş-gəlişinin Çin iqtisadiyyatına töhfəsi çox kiçik rəqəmlərlə ifadə oluna bilər: “Yəni Çinə gələn xarici turistlərin tərkibində azərbaycanlıların payı çox cüzi olacaq. Bu baxımdan, bu addımın Çində turizmin inkişafına mühüm töhfə verəcəyini söyləmək düzgün olmazdı. Bu addım Çindən Azərbaycana ixracı artırmaqla Çin iqtisadiyyatına daha böyük töhfə verəcək. Azərbaycanlı sahibkarlar Çinə rahat gedib-gələcək, ticarət müqavilələrini daha tez bağlamaq üçün fürsət əldə edəcəklər. Bundan əlavə, Azərbaycandan Çinə və əksinə investisiya qoyuluşuna da təsir olacaq. Yəni gediş-gəlişlər artdıqca investisiya imkanları geniş olan sahələrin müəyyənləşdirilməsi halları artacaq, sahibkarların təmasları sürətlənəcək və nəticədə investisiya sazişlərinin imzalanması faktları artacaq. Şərt deyil ki, hər dəfə iri investisiyaları əhatə edən sazişlər, müqavilələr imzalansın: proses orta, hətta kiçik sahibkarlar səviyyəsində başlayaraq irilərə doğru genişlənə bilər. Əsas odur ki, investisiya potensialı olan sahələr aşkarlansın, əməkdaşlıq əlaqələrinin qurulması üçün rahat və asan şərait olsun. Düşünürəm ki, bu proses daha çox Çindən Azərbaycana investisiyaların axınını sürətləndirəcək”.

E.Əmirovun sözlərinə görə, Çinlə vizasız gediş-gəliş mədəni, sosial və digər sahələrdə də əlaqələrə müsbət təsir edəcək. Lakin ən böyük təsir turizm və investisiyalar sahəsində olacaq.

Dünya SAKİT,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az