
Mayın 15-dən Qazaxıstanın aşağıbüdcəli "FlyArystan" aviaşirkəti Aktaudan Bakıya birbaşa uçuşlara başlayacaq.
Nyus.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə aviaşirkətin məlumatında deyilir.
Birbaşa reyslər həftədə üç dəfə - bazar ertəsi, çərşənbə və bazar günləri yerinə yetiriləcək.
Qeyd edək ki, hazırda "Azərbaycan Hava Yolları" QSC (AZAL) Aktaudan Bakıya hər gün birbaşa uçuşlar həyata keçirir.
Nyus.Az

























