• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 21-07-2026 "Vital Hospital"da ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırmaya başlanılıb
  • 21-07-2026 Prezident İlham Əliyev və Prezident Frank-Valter Ştaynmayer arasında təkbətək görüş keçirilir
  • 21-07-2026 Azərbaycan neftinin qiyməti 93 dolları keçdi
  • 21-07-2026 Dünya çempionatında ağır zədə ilə oynayıb: Qabırğası sınmış halda
  • 21-07-2026 İyulun 22-də bütün pensiyalar köçürüləcək
  • 21-07-2026 Prezident İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib
  • 21-07-2026 Bakıda təcili tibbi yardım üçün motosikletlər istifadəyə veriləcək
  • 21-07-2026 Pirallahıda avtobus piyadanı vuraraq öldürdü
  • 21-07-2026 Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - VİDEO
  • 21-07-2026 Bayramovun Moskva səfərindən 1 gün sonra... - Səfirliyimiz NİYƏ vuruldu?
  • 21-07-2026 4 rayonda İŞIQ OLMAYACAQ
  • 21-07-2026 "Toydan paylaşım etməyə utanıram" - Səbinə Babayeva
  • 21-07-2026 Yatmazdan əvvəl bunu edin: Həm dərin yatın, həm də xoşbəxt oyanın
  • 21-07-2026 "Əlimdə olan vəsaiti tamamilə batırdım" - Fərda Xudaverdiyev
  • 21-07-2026 Nigar Fərhaddan şikayət - “17 min alıblar, nə özü, nə də əməkdaşları cavab verir” - VİDEO
  • 21-07-2026 Yamalın atası Messidən gənc imiş
  • 21-07-2026 "Messiyə yaxınlaşıb dedim ki, "Bağışla məni" - Yamal
  • 21-07-2026 Aaron Maluda “Bazel”ə keçə bilər
  • 21-07-2026 “İnanıram ki, sabah qalib gələcəyik” - Dambrauskas
  • 21-07-2026 İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

XƏBƏRLƏR

    Dünya çempionatında ağır zədə ilə oynayıb: Qabırğası sınmış halda
    Yatmazdan əvvəl bunu edin: Həm dərin yatın, həm də xoşbəxt oyanın
    Yamalın atası Messidən gənc imiş
    "Messiyə yaxınlaşıb dedim ki, "Bağışla məni" - Yamal
    Aaron Maluda “Bazel”ə keçə bilər
    “İnanıram ki, sabah qalib gələcəyik” - Dambrauskas
    Messidən hamını təəccübləndirən addım
    İspaniyanın mükafatı açıqlandı
    DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
    "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
1-02-2024, 09:51

İslam İnkişaf Bankı ilə mühüm anlaşma - ölkəmizə nə verəcək...

İslam İnkişaf Bankı ilə mühüm anlaşma - ölkəmizə nə verəcək...


Ekspert: “İnvestisiya mühitini normallaşdırmaqla, bu bankdan investisiya cəlb edə bilərik”

Azərbaycan 3 illik fasilədən sonra İslam İnkişaf Bankı ilə yeni əməkdaşlıq çərçivəsinin hazırlanmasına başlayıb. Belə ki, yanvarın 30-da Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə İslam İnkişaf Bankı arasında “Azərbaycan üçün Ölkə üzrə Əməkdaşlıq Çərçivəsinin hazırlanmasına dair Anlaşma Memorandumu”nun videokonfrans formatında imzalanma mərasimi keçirilib.

Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir imzalayıblar.

Rəsmi məlumata görə, tbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankının (İİB) dövlət və özəl sektorun inkişafı istiqamətində ölkəmizə göstərdiyi dəstəyi vurğulayıb, Azərbaycanın İİB Qrupuna daxil olan institutlarla əməkdaşlığa önəm verdiyini diqqətə çatdırıb.

Ölkə üzrə Əməkdaşlıq Çərçivə sənədi Azərbaycan-İİB əməkdaşlığında yeni dövrün başlanğıcı kimi dəyərləndirilib. Sənədin icrasının “yaşıl” və dayanıqlı infrastrukturun inkişafına, iqtisadiyyatın şaxələndirilməsi və rəqəmsal transformasiyaya stimul verəcəyi qeyd olunub. Bildirilib ki, sənədə uyğun olaraq görüləcək işlər tərəflər arasında əməkdaşlığı və ölkəmizin sosial-iqtisadi inkişaf hədəfləri istiqamətində birgə fəaliyyəti gücləndirəcək.

İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir Azərbaycanda həyata keçirilən islahatların və “yaşıl” iqtisadiyyata keçidlə bağlı reallaşdırılan layihələrin İİB tərəfindən dəstəkləndiyini vurğulayıb. Məhəmməd Süleyman Əl-Casir Ölkə üzrə Əməkdaşlıq Çərçivəsinin potensial əməkdaşlıq sahələrini genişləndirəcəyini və iqtisadi artımı təşviq edəcəyini bildirib. Sənədin Azərbaycan və İİB arasında gələcək ortamüddətli əməkdaşlıq üçün əsas platforma olacağı qeyd olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov X sosial şəbəkəsindəki hesabında İİB-lə imzalanan memorandumu yüksək qiymətləndirib. Qeyd edib ki, sənədin icrası tərəflər arasında əməkdaşlığın və ölkəmizin sosial-iqtisadi inkişaf hədəfləri istiqamətində birgə fəaliyyətin gücləndirilməsinə töhfə verəcək. Həmçinin görüşdə Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbirinin gündəliyində yer alan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, İslam İnkişaf Bankı 1973-cü ilin dekabrında Ciddədə keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) daxil olan ölkələrin maliyyə nazirlərinin konfransında imzalanan Niyyət Bəyannaməsinin nəticəsi olaraq təsis edilib. Bankın yaradılmasında əsas məqsəd yoxsulluğun azaldılması, davamlı iqtisadi artımın təşviq edilməsi və regional inteqrasiyanın dəstəklənməsindən ibarət olub. Dünyanın aparıcı maliyyə-kredit qurumlarından biri olan İslam İnkişaf Bankının üzvləri müsəlman ölkələridir.

Bankın qarşısında duran əsas vəzifə məhz maliyyələşdirməni İslam prinsipləri əsasında aparmaqdır. Belə ki, bank üzv ölkələrin və fərdi müsəlman cəmiyyətlərinin iqtisadi inkişafını və sosial tərəqqisini İslam hüququ əsasında təmin edir. Qurum iqtisadi və sosial inkişaf üçün layihələrin maliyyələşdirilməsi, müəssisələrin xüsusi kapitalında iştirak və ya investitsiya qoyuluşu, qrantların və ssudaların verilməsi şəklində üzv dövlətlərə maliyyə yardımı ayırır.

Əhalisinin mütləq çoxluğunun və əksəriyyətinin müsəlmanlardan ibarət olduğu 56 ölkə İslam İnkişaf Bankının üzvüdür. Üzvlük üçün nəzərdə tutulan başlıca şərt isə iddiaçı qismində çıxış edən dövlətin İƏT-ə üzv olmasıdır.

İslam İnkişaf Bankı ilə Azərbaycan arasındakı əməkdaşlığın əsası ötən əsrin 90-cı illərinin əvvəllərində qoyulub. 1992-ci il iyulun 4-də Azərbaycan quruma üzv qəbul edilib. Hazırda ölkəmiz İslam İnkişaf Bankında 9,76 milyon ABŞ dolları (ümumi səhm kapitalının 0,13 faizi) pay sahibi olmaqla onun işində yaxından iştirak edir.

Ötən müddət ərzində bu beynəlxalq maliyyə qurumu ilə əməkdaşlıq çərçivəsində ölkəmizdə bankın prinsip və məqsədlərinə uyğun bir sıra layihələr icra olunub. Hesab olunur ki, Azərbaycan bu əməkdaşlıqdan yüksək mənfəət götürür. Belə ki, uğurlu əməkdaşlığın nəticəsi olaraq bank Azərbaycanda həyata keçirilən bir sıra dövlət əhəmiyyətli layihələrə kreditlər ayırır, kıçik qrantlar təqdim edir.

Bankın Azərbaycanda maliyyələşdirdiyi mühüm layihələrə Bakı bərk məişət tullantılarının yandırılması zavodunun, Vəlvələçay-Taxtakörpü kanalının və Cənub İstilik Elektrik Stansiyasının tikintısini, eləcə də Yevlax-Gəncə avtomobil yolunun və Mingəçevir Su Elektrik Stansiyasının yenidən qurulmasını misal çəkmək olar. Ümumilikdə İİB kənd təsərrüfatı, energetika, nəqliyyat, sosial sahə, su təchizatı, ekologiya, ticarət, özəl sektor və s. bu kimi sahələri əhatə edən 18 layihə çərçivəsində Azərbaycan iqtisadiyyatına 1,2 milyard dollardan artıq kredit ayırıb. Bankın sonuncu 3 layihəsinin dəyəri 265 milyon dollar təşkil edib və onlar 6 şəhərdə (Astara, Daşkəsən, Tərtər, Gədəbəy, Samux və Qazax) su təchizatı və kanalizasiya sisteminin bərpası, suvarılan əkinçiliyin kompleks inkişafı və İslam maliyyələşməsi üzrə hüquqi bazanın hazırlanmasına texniki dəstək istiqamətlərini əhatə edib.

2020-ci ildə hökumət mənbələrindən bir sıra iqtidaryönlü medua qurumlarına Azərbaycanın İİB ilə yeni əməkdaşlıq çərçivəsi hazırlamağa maraq göstərmədiyi bildirilib. Qeyd olunub ki, bu, xarici borclanmanın azaldılması siyasətindən irəli gəlir: dövlətin xaricdən alınan kreditləri məhdudlaşdıraraq yalnız texnolojı tutumlu layihələrə bəzi hallarda, istisna hal kimi müəyyən məbləğdə kredit cəlb etmək siyasətinə əsaslandıraraq İİB ilə yeni layihələr müzakirə edilmir.

Lakin 2023-cü ildən Azərbaycan İİB-lə əlaqələri sürətlə dərinləşdirməyə qərar verib. Ötən ilin fevralında İslam İnkişaf Bankı qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir Azərbaycana gəlib. Onu Prezident İlham Əliyev də qəbul edib. Daha sonra İİB-in müxtəlif sahələr üzrə rəhbər şəxslərinin Azərbaycana səfərləri reallaşıb.



İİB-lə əməkdaşlığın yenidən genişləndirilməsi, əlaqələrin dərinləşdirilməsi zərurəti Azərbaycanın yaşıl energetika sahəsində reallaşdırmağa hazırlaşdığı irimiqyaslı layihələrdən irəli gəlir. Belə ki, 2022-ci ilin iyulunda Azərbaycanla Avropa Komissiyası arasında energetika sahəsində əməkdaşlığa dair memorandum imzalanıb. Sənəddə Azərbaycandan Avropaya yaşıl enerji ixracının təmin olunması nəzərdə tutulur. Həmin ili dekabrında Buxarestdə Azərbaycan, Rumıniya, Macarıstan və Gürcüstan arasında Qara dənizin dibi ilə yaşıl enerji ötürəcək kabelin çəkilməsinə dair saziş imzalanıb. Avropa İttifaqının prioritetləri sırasına daxil edilən layihənin yaxın 3-4 il ərzində başa çatdırılması nəzərdə tutulur. Ona qədər Azərbaycan Avropaya ötürülmək üçün 3 Gvt yaşıl enerji istehsalını təmin etməlidir. Bu sahədə Azərbaycanın əsas tərəfdaşlarından biri İİB-in üzvü olan Birləşmiş Ərəb Əmirlikləridir. BƏƏ-nin “Masdar” şirkətinin Qaradağda inşa etdiyi 230 MVt-luq günəş elektrik stansiyası ötən ilin oktyabrında fəaliyyətə başlayıb. Dəyəri 250 milyon dollar hesablanan layihə BƏƏ şirkəti tərəfindən maliyyələşdirilib.

GES-in açılış mərasimi çərçivəsində “Masdar”la Azərbaycan hökuməti arasında 1 milyard dollar dəyərində yeni bərpa olunan enerji güclərinin yaradılmasına dair müqavilə imzalanıb.

Dekabrda Azərbayanla BƏƏ arasında daha iki önəmli sənəd imzalanıb. Onlardan biri - Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında imzalanmış sənəd əsasında bir milyard dollarlıq maliyyə imkanı olan Birgə İnvestisiya Fondunun yaradılmasını nəzərdə tutur. İkinci sənəd informasiya-kommunikasiya sektoruna aiddir.

Yanvar ayında BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilk dəfə Azərbaycana səfər edib. Səfərdən sonra energetika naziri Pərviz Şahbazov X sosial şəbəkəsindəki hesabında Azərbaycanda bu ilin sonunadək ümumi gücü 760 MVt olan 2 günəş elektrik stansiyasının (GES) tikintisinə başlanılmasının planlaşdırıldığını qeyd edib: “BƏƏ ilə imzalanan elektrik enerjisinin ötürülməsi üzrə investisiya əməkdaşlığına dair Anlaşma Memorandumu, yaşıl enerji sahəsində Strateji Əməkdaşlıq üzrə Çərçivə Müqaviləsi və 1 QVt gücündə günəş və külək layihələrinin inşası üçün Yol Xəritəsi yaşıl dünya naminə həmrəyliyimizin təzahürü olmaqla "yaşıl enerji" tərəfdaşlığımızı daha da möhkəmləndirəcək. İlin sonunadək ümumi gücü 760 MVt olan 2 GES, gələn il isə 240 MVt gücündə 1 KES-in tikintisinə başlamağı planlaşdırırıq".

Bundan başqa, İİB-in digər nüfuzlu üzvü olan Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti Azərbaycanda 240 Mvt-lıq külək elektrik stansiyası inşa edir. Energetika Nazirliyi ilə “ACWA Power” şirkəti arasında dənizdə külək enerjisi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Səudiyyə Ərəbistanının digər investorları Azərbaycandan Avropaya yaşıl enerjinin ötürülməsi layihəsinə ciddi maraq göstərirlər.

Bütün bunlar deməyə əsas verir ki, yaxın zamanlarda Azərbaycan yaşıl enerji layihələrinin icrası üçün İİB-dən irihəcmli vəsaitlər cəlb edə, yaxud müəyyən layihələrin maliyyələşməsi üçün zəruri zəmanəti ala bilər.

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, İİB Azərbaycanın yaşıl enerji layihələrinin maliyyələşdirilməsində iştirak edə bilər: “İslam bankçılığı son illərdə maraq doğuran bankçılıq növünə çevrilməkdədir. Nə qədər qəribə də olsa, əsas islam bankçılıq mərkəzi Londondadır. İslam bankçılığı prinsiplərinə əsasən İslam İnkişaf Bankı Azərbaycanda investisiya layihələrində iştirak edə bilər. Bu bank islam prinsiplərinə əsaslanır və kredit verə bilməz. Lakin müxtəlif layihələrdə investor kimi iştirak mümkün və realdır. Azərbaycan investisiya mühitini normal hala gətirməklə bu bankın imkanlarından rahatlıqla bəhrələnə bilər”.

Dünya SAKİT,
“Yeni Müsavat”


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az