• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 21-10-2026 Xətai rayonunda "Energetiklər Günü" münasibətilə tədbir keçirildi - VİDEO
  • 21-10-2026 Banklara kibertəhlükələr barədə məlumat verilib - VİDEO
  • 21-10-2026 Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək
  • 21-10-2026 Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
  • 21-10-2026 Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
  • 21-10-2026 Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
  • 21-10-2026 UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
  • 21-10-2026 Azərişıq Suraxanı rayonunda kütləvi narazılıq yaradır – VİDEO
  • 21-10-2026 Azərbaycanda balıq bahalaşdı - Qiymət
  • 21-10-2026 Məktəbin ərazisi tikanli məftillərlə çəpərlənib - VIDEO
  • 20-10-2026 İntensiv yağış yağacaq, qara keçəcək - Proqnoz
  • 20-10-2026 Bu şəxslər üçün iş icazəsinin alınması tələb olunmayacaq
  • 20-10-2026 Nizami rayon prokuroru vəzifəsindən azad edildi
  • 20-10-2026 Trampa pul xərclədi, qarşılığını Ermənistanda alır– Nəhəng sərvətə yiyələnir
  • 20-10-2026 Fransa qarışdı, “Qalatasaray” ora getmək istəmir – UEFA-dan gözlənilməz qərar
  • 20-10-2026 Bulvarda hər gün "qara kassa"ya 1000 manat yığılırmış – Keçmiş sədrin məhkəməsi
  • 20-10-2026 Kim Çen Inın öldüyü xəbəri yayılıb
  • 20-10-2026 “Çox nahaq yerə özün üçün yaşayırsan” - Nadir Qafarzadə
  • 20-10-2026 Dünyanın ən çox qazanan 10 futbolçusu
  • 20-10-2026 Mehmet Ali Erbil hönkür-hönkür ağladı - "Bunu uşaqlığıma bağışlayın"

XƏBƏRLƏR

    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
13-11-2023, 06:19

Qış mövsümündə BU MƏHSUL kəskin bahalaşacaq?

Qış mövsümündə BU MƏHSUL kəskin bahalaşacaq?


2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 49 min 77.4 hektar sahədən 981 min 927 ton kartof yığılıb. Dövlət Statistika Komitəsinin hesablamalarına görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.9 faiz və ya 40 min ton azdır. Belə ki, 2022-ci ilin yanvar-sentyabr aylarında 54 min 66.7 hektar sahədən bir milyon 21.9 min ton məhsul yığılıb. Statistika bizə onu deyir ki, kartof istehsalı azalıb. Ölkəmizə xarici ölkələrdən də kartof idxal edilir. İstehsal azalsa da, idxal vasitəsilə məhsul tələbatı kompensasiya edilmiş olur. Amma Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 23 oktyabr tarixindən İranın bəzi şirkətlərinin ölkəmizə kartof idxal etməsinə də qadağa qoyulub. Belə qadağalar nə ilk, nə də son deyil. İstehsalın bu il az olması, idxala icazə verilməməsi qış mövsümündə kartofun kəskin bahalaşmasına səbəb olarmı? Bazarlarda kartof qıtlığı müşahidə oluna bilərmi?

Nyus.Az xəbər verir ki, "Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

İntensiv yağışlar məhsuldarlığa ciddi təsir edib

Kənd təsərrüfatı və aqrar məsələlər üzrə mütəxəssis Bəhruz Nəzərov deyib ki, əgər qıtlıq ehtimalı olarsa, müəyyən tədbirlər görüləcək:

"Həm tərəvəz məhsulları, həm pambıq istehsalında azalma müşahidə edilir. Bunun əsas səbəblərindən biri son aylarda yağıntıların intensivləşməsidir. Hava şəraiti, iqlimin məhsuldarlığa böyük təsiri var. Amma bunun qıtlığa səbəb olacağına inanmıram. Bu hal yaşanarsa, dövlət tərəfindən xaricdən məhsul gətirməklə bağlı tədbirlər görüləcək və problem həll ediləcək".

Azalmanın miqdarı çox deyil

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu Publik hüquqi şəxsin İdarə Heyətinin sədri Elmar Allahverdiyev bildirdi ki, əslində hazırda kartof yığımı yekunlaşmalı idi. Lakin müəyyən səbəblərdən bəzi rayonlarımızda proses hələ də davam edir:

"Kartof yığımının azalması müxtəlif səbəblərdən ola bilər. Amma bu, o dərəcədə ciddi rəqəm deyil. Xüsusilə, builki hava şəraitindən asılı olaraq məhsul yığımında bir qədər azalma müşahidə edilir. Əsasən dağlıq və dağətəyi bölgələrdə havalar yağmurlu keçdi. Bu da kartof yığımını gecikdirir. Gədəbəyin bəzi bölgələrində bu dəqiqə kartof yığımı davam edir. Hava şəraiti əlverişsiz olduğuna görə yığım prosesi gecikir, xəstəliklər artır. Bu da məhsuldarlığa mənfi təsir edir".

"Bu il kartof qıtlığı gözlənilmir"

E.Allahverdiyevin sözlərinə görə, kartof indi daha ucuzdur:

"Bu il kartof qıtlığı gözlənilmir. Çünki ölkədə istehlak səbətimiz təxminən 950 min - bir milyon ton arasıdır. Bu göstərici istehsaldan azdır. İstehsalımız ərzaq səbətimizə tamamilə təmin edəcək qədərdir. Qış mövsümündə kartofun bahalaşacağı gözlənilmir. Bazarlarda bir ay əvvəl kartof daha baha idi, amma indi ucuzdur. Xüsusilə aran bölgəsindən, iri sahələrdən, fermerlər tərəfindən yığılan kartof hazırda soyuducu anbarlarda saxlanılır. Bir azdan həmin məhsul anbarlardan bazarlara satışa göndəriləcək. Bu səbəbdən, bu il ölkədə kartof qıtlığının olacağını düşünmürəm".

İstehsalın azalması idxalı stimullaşdırır

İqtisadi məsələlər üzrə ekspert Pərviz Heydərov dedi ki, kartof istehsalının azalması idxaldan asılılığı daha da artıra bilər:

"Yerli istehsalın azalması istənilən halda mənfi tendensiyadır. Çünki bu, istər-istəməz idxalı stimullaşdırır. İdxal məhsulları çoxluq təşkil edəndə bazarda qiymətlər həmin məhsulları idxal edən sahibkarların diktəsi ilə formalaşır. Son günlər periodik olaraq ölkəyə kartof və bir sıra kənd təsərrüfatı məhsullarının idxalı üzrə müəyyən məhdudiyyətlər də tətbiq olunur. Yaxud həmin məhsullar keyfiyyətsiz xarakter daşıdığından özümüz onlardan imtina edirik və qadağa qoyuruq. Əgər yerli istehsal da azalmış hesab olunursa, belə olan halda təbii ki, ölkədə kartof üzrə qiymətlərin bahalaşması ehtimalı böyükdür".

İstehsalın azalma səbəbi dəqiqləşdirilməlidir

P.Heydərov bildirdi ki, istehsalın azalması məsələsi mütləq nəzarətə götürülməli və bununla əlaqədar tədbirlər görülməlidir:

"Bilavasitə, kartofun istehsalının azalmasına təbii şərait, məhsuldarlıq, mövsümi amillər və istehsalla bağlı digər maya dəyəri ilə əlaqədar problemlər səbəb ola bilər. Amma hər bir halda bu məsələ nəzarətə götürülməlidir. İstənilən kənd təsərrüfatı məhsulu üzrə yerli istehsalın və tədarükün azalması amilləri dərhal analiz olunmalı, təhlil edilməli və müvafiq tədbirlər görülməlidir. Yerli istehlak bazarı onsuz da idxaldan asılıdır. Bu prosesə nəzarət olmasa, idxaldan daha çox asılı vəziyyətə düşə bilərik".

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az