• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 21-07-2026 "Vital Hospital"da ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırmaya başlanılıb
  • 21-07-2026 Prezident İlham Əliyev və Prezident Frank-Valter Ştaynmayer arasında təkbətək görüş keçirilir
  • 21-07-2026 Azərbaycan neftinin qiyməti 93 dolları keçdi
  • 21-07-2026 Dünya çempionatında ağır zədə ilə oynayıb: Qabırğası sınmış halda
  • 21-07-2026 İyulun 22-də bütün pensiyalar köçürüləcək
  • 21-07-2026 Prezident İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib
  • 21-07-2026 Bakıda təcili tibbi yardım üçün motosikletlər istifadəyə veriləcək
  • 21-07-2026 Pirallahıda avtobus piyadanı vuraraq öldürdü
  • 21-07-2026 Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - VİDEO
  • 21-07-2026 Bayramovun Moskva səfərindən 1 gün sonra... - Səfirliyimiz NİYƏ vuruldu?
  • 21-07-2026 4 rayonda İŞIQ OLMAYACAQ
  • 21-07-2026 "Toydan paylaşım etməyə utanıram" - Səbinə Babayeva
  • 21-07-2026 Yatmazdan əvvəl bunu edin: Həm dərin yatın, həm də xoşbəxt oyanın
  • 21-07-2026 "Əlimdə olan vəsaiti tamamilə batırdım" - Fərda Xudaverdiyev
  • 21-07-2026 Nigar Fərhaddan şikayət - “17 min alıblar, nə özü, nə də əməkdaşları cavab verir” - VİDEO
  • 21-07-2026 Yamalın atası Messidən gənc imiş
  • 21-07-2026 "Messiyə yaxınlaşıb dedim ki, "Bağışla məni" - Yamal
  • 21-07-2026 Aaron Maluda “Bazel”ə keçə bilər
  • 21-07-2026 “İnanıram ki, sabah qalib gələcəyik” - Dambrauskas
  • 21-07-2026 İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

XƏBƏRLƏR

    Dünya çempionatında ağır zədə ilə oynayıb: Qabırğası sınmış halda
    Yatmazdan əvvəl bunu edin: Həm dərin yatın, həm də xoşbəxt oyanın
    Yamalın atası Messidən gənc imiş
    "Messiyə yaxınlaşıb dedim ki, "Bağışla məni" - Yamal
    Aaron Maluda “Bazel”ə keçə bilər
    “İnanıram ki, sabah qalib gələcəyik” - Dambrauskas
    Messidən hamını təəccübləndirən addım
    İspaniyanın mükafatı açıqlandı
    DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
    "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
11-10-2023, 08:20

Valyuta Fondu Çində azalma, ABŞ-da artım gözləyir

Valyuta Fondu Çində azalma, ABŞ-da artım gözləyir




Avrozona iqtisadiyyatının problemləri dərinləşir

Beynəlxalq Valyuta Fondu (BVF) qlobal iqtisadi artımın 2023-cü ildə 3 faiz, gələn il isə 2,9 faiz olacağını proqnozlaşdırır. Bu barədə fondun Vaşinqtonda təqdim etdiyi dünya iqtisadiyyatının inkişaf perspektivlərinə dair hesabatında məlumat verilir. Hesabata görə, qlobal artım tempi orta illik ifadədə 2022-ci ildəki 3,5 faizdən 2023-cü ildə 3 faizə, 2024-cü ildə isə 2,9 faizə düşəcək. Beləliklə, fondun 2024-cü il üzrə qlobal artım proqnozu iyuldakı proqnozla müqayisədə 1 faiz bəndi azaldılıb.

Hesabatda qeyd olunur ki, əsas iqtisadiyyatların baza inkişaf trayektoriyalarında daha böyük dəyişikliklər var: ABŞ üçün perspektivlər daha müsbət, Çin və avrozona üçün isə mənfidir: “Qlobal iqtisadiyyat son 75 ilin ən böyük şokunu yaşadıqdan üç il sonra, bölgələr arasında artım templərindəki genişlənən fərqlər fonunda çətinliklərin aradan qaldırılması başa çatmayıb”.

BFV ekspertlərinin fikrincə, qlobal iqtisadiyyatda bərpa prosesi bir neçə amil, o cümlədən “pandemiyanın uzunmüddətli nəticələri”, Rusiyanın Ukraynadakı işğalçı müharibəsi, habelə “geosiyasi parçalanmanın güclənməsi” səbəbindən məhdudlaşır.

BVF ekspertləri diqqəti Çindəki vəziyyətə yönəldirlər. Onlar hesab edirlər ki, bu il Çində 5 faiz, 2024-cü ildə isə 4,2 faiz iqtisadi artım qeydə alınacaq. Bu isə iyuldakı proqnozun 2023-cü il üçün 0,2 faiz bəndi, 2024-cü il üzrə isə 0,3 faiz bəndi azaldılması deməkdir.

Fond ekspertləri Çində iqtisadi artımı məhdudlaşdıran əsas amil kimi daşınmaz əmlak bazarındakı böhranı qeyd edirlər. Onların fikrincə, bazarın ən böyük oyunçularından biri olan “Country Garden”in üzləşdiyi likvidlik problemi bütün sektora yayılmaqdadır: “Tikinti şirkətləri maliyyələşmə baxımından kəskin çatışmazlıq yaşayırlar. Bu isə əvvəlcədən pulu alınan tikintiləri başa çatdırmağa imkan vermir. Belə vəziyyət mənzil alıcılarının inamını azaldır və bazarda tənəzzülə gətirib çıxarır”.

“The Wall Street Journal”ın şirkətin açıqladığı məlumata istinadən xəbər verir ki, “Country Garden Holdings” borcunun bir hissəsini ödəmək imkanında deyil və qeyri-yuan valyutalı borclar üzrə bütün öhdəliklərini vaxtında yerinə yetirə bilməyəcəyini elan edib. Qəzet bildirir ki, “Country Garden”ın bəyanatı əslində onun defolt olacağını göstərir. İyun ayına olan məlumata görə, şirkətin 15,3 milyard dolları beynəlxalq öhdəliklərdən ibarət olmaqla, ümumi borcu 187 milyard dollar təşkil edib. O cümlədən “Country Garden” 470 milyon HonqKonq dolları (60,1 milyon dollar) təşkil edən əsas borcunu vaxtında ödəyə bilməyib: “Şirkət həmçinin nə ilkin müəyyən edilmiş tarixlərdə, nə də tətbiq olunan güzəşt dövrlərində bütün ofşor ödəniş öhdəliklərini, o cümlədən ABŞ dolları istiqrazları üzrə öhdəlikləri yerinə yetirə bilməyəcəyini gözləyir".

BFV eksepertləri həmçinin Çinin əmək bazarındakı qeyri-müəyyənliyi iqtisadi artım üçün ikinci böyük təhdid kimi qiymətləndirirlər. İyunda 20 faizi keçən gənclər arasında işsizlik səviyyəsi bu qeyri-müəyyənliyin əsas göstəricisidir. Bundan əlavə, Çində istehlakçı inam indeksi də aşağı olaraq qalır: “Sənaye istehsalı, biznes investisiyaları və ixrac da zəifləyir ki, bu da xarici tələbin azalması və geosiyasi qeyri-müəyyənliklə müşayiət olunur”.

Qeyd edək ki, Çin hazırda ən böyük alıcısı olan Avropa İttifaqı ilə ciddi ticarət problemləri yaşayır. Avropa Komissiyası (AK) oktyabrın əvvəlində Çində dövlət subsidiyasının elektromobil istehsalında rolunu müəyyənləşdirmək üçün araşdırmaya başlayıb. Daha sonra məlum olub ki, Avropa İttifaqı həmçinin Çində külək turbinləri istehsalına dövlət subsidiyasının qiymətlərə təsirini araşdırmaq niyyətindədir. Avropa şirkətlərinin AB-nin Çinin yaşıl texnologiyasından həddən artıq asılı olması ilə bağlı narahatlıqları fonunda Brüssel artıq Çin şirkətlərinin külək turbinlərinin qanadlarında istifadə etdiyi şüşə lifinə əlavə rüsum tətbiq edib.

İndi isə Avropa İttifaqı Çin hökumətinin ölkənin polad istehsalçılarına mümkün subsidiyaları ilə bağlı araşdırmaya başlamaq niyyətindədir. “Financial Times” qəzetinin yazdığına görə, Brüsselin bu addımı Vaşinqtonun istəyi ilə atılır. Belə ki, Donald Trampın 2018-ci ildə Avropa İttifaqından polad idxalına tətbiq etdiyi rüsumların ləğvi müqabilində Ağ Ev Brüsseldən Çin polad istehsalçılarına qarşı tədbir görməyi istəyib. Xatırladaq ki, Tramp yerli istehsalçıları qorumaq məqsədilə Aİ-dən polad idxalına 25 faiz, alüminium idxalına isə 10 faiz əlavə rüsum tətbiq etdmişdi. 2020-ci ildə prezident Co Bayden 21,5 milyard dollarlıq məhdudiyyətləri ləğv edərək polad və alüminium idxalına əlavə rüsumları tam dayandırmaq üçün danışıqlara başladı.

Qəzet xatırladır ki, Brüssel artıq idxal olunan məhsulların təxminən yarısını əhatə edən 10 kateqoriya Çin poladına antidempinq rüsumları, eləcə də bəzi polad məhsullarına kvota tətbiq edib.

ABŞ və Avropa İttifaqının tətbiq etdiyi məhdudiyyətlər Çinin onlara ixracında ciddi azalmaya gətirib çıxarmaqdadır. Rusiya və İran kimi sanksiyalı dövlətlərə ixracdakı artım bu azalmanı kompensasiya etmək gücündə deyil. Bu isə Pekinin iqtisadiyyatda baş qaldıran problemləri aradan qaldırmaq üçün dövlət müdaxiləsini artırmaq imkanlarını məhdudlaşdırır.

BVF həmçinin Avrozonanın iqtisadi artımına dair proqnozlarını pisləşdirib: 2023-cü ilin yekununda 0,7 faiz, 2024-cü ildə isə 1,2 faiz artım gözləyir. İyulda bu göstəricilər müvafiq olara 0,9 faiz və 1,4 faiz idi. Fond ekspertləri Avrozonada iqtisadi artım üçün əsas təhlükə kimi böyük iqtisadiyyatlar arasında fərqin yaranmasını qeyd edirlər. Belə ki, Almaniyanın iqtisadi artım proqnozu 0,2 faiz azaldılmaqla -0,5 faizə endirilib, Fransa üzrə isə proqnoz 0,2 faiz bəndi artırılmaqla 1 faizə çatdırılıb.

BVF-nin ABŞ-la bağlı proqnozlarında isə dəyişikliklər müsbət xarakterlidir. Belə ki, qurum 2023-cü ildə ABŞ-da 2,1 faiz, gələn il isə 1,5 faiz iqtisadi artım gözləyir. İyuldakı proqnozlarla müqayisədə bu göstəricilər 0,3 faiz bəndi və 0,5 faiz bəndi artırılıb. Fondda bu artımı ilin ikinci rübündə biznesə investisiyaların çoxalması və istehlakın davamlı artımı ilə əsaslandırırlar. Həmçinin hesabatda bildirilir ki, ABŞ-da işçi qüvvəsinə ehtiyac yüksək olaraq qalır. Buna baxmayaraq, Federal Ehtiyatlar Sisteminin sərt monetar siyasəti, əmək haqqı artımının yavaşıması və digər amillərin təsiri ilə 2023-cü ilin ikinci yarısında və 2024-cü ildə iqtisadi artım sürəti zəifləyəcək.

Qeyd edək ki, sentyabrda ABŞ iqtisadiyyatında iş yerlərinin sayında rekord sayda - 336 min artım qeydə alınıb. Ölkənin Əmək Nazirliyinin məlumatına görə, bu, son 8 ayda ən yüksək göstəricidir. “Trading Economics” ekspertləri orta hesabla 170 min artım gözləyirdilər. Yenidən işlənmiş məlumatlara görə, avqustda ABŞ-da iş yerlərinin sayı əvvəllər elan olunduğu kimi, 157 min yox, 227 min artıb.

İş yerlərinin artmasına baxmayaraq, sentyabrda ABŞ-da işsizlik səviyyəsi avqustda olduğu kimi, 3,8 faiz təşkil edib. Analitiklər bu rəqəmin 3,7 faizə qədər azalacağını gözləyirdilər.

ABŞ-dan gələn daha bir pozitiv xəbər xarici ticarət kəsirinin avqustda əvvəlki ayla müqayisədə demək olar ki, 10 faiz azalaraq 58,3 milyard dollar təşkil etməsidir. Ölkənin Ticarət Nazirliyi bildirir ki, bu, 3 il ərzində - 2020-ci ilin sentyabrından bəri ən aşağı göstəricidir.

Yenidən işlənmiş məlumatlara görə, iyulda mənfi ticarət saldosu əvvəllər elan edildiyi kimi, 65 milyard dollar deyil, 64,7 milyard dollar təşkil edib. “Trading Economics”in məlumatına görə, analitiklər orta hesabla avqustda bu rəqəmin 62,3 milyard dollar təşkil edəcəyini, yəni 4,2 faiz azalacağını proqnozlaşdırırdılar.

Avqust ayında ixrac 1,6 faiz artaraq 256 milyard dollara çatıb ki, bu da son 5 ayın ən yüksək həcmidir. İxracın artımında neft və neft məhsulları, yarımkeçirici məmulatları və əczaçılıq məhsullarının payı daha çox olub.

Eyni zamanda idxal 0,7 faiz azalaraq 314,3 milyard ABŞ dolları təşkil edib. Bu zaman telefon və elektrik cihazlarının alışının daha çox azalması qeydə alınıb. Ötən ay əmtəə ticarəti kəsiri 5,5 milyard dollar azalaraq 84,5 milyard dollara düşüb, xidmətlər üzrə müsbət saldo isə 1 milyard dollar artaraq 26,2 milyard dollara çatıb.

Çinlə ticarət kəsiri 1,3 milyard dollar azalaraq 22,7 milyard dollar olub. Yanvar-avqust aylarında ABŞ-ın xarici ticarət kəsirinin ümumi həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 20,7 faiz azalıb. Bununla yanaşı, ixrac 1,1 faiz artıb, idxal isə 4,3 faiz azalıb.

BVF-nin iqtisadi artım proqnozlarına müsbət dəyişiklik etdiyi daha bir ölkə Rusiyadır. Ukraynadakı işğalçı müharibəyə görə Qərbin ən ağır sanksiyalarına məruz qalan Rusiyada BVF ekspertləri 2023-cü ildə 2,2 faizlim iqtisadi artım gözləyirlər. Bu, iyuldakı proqnozdan 0,7 faiz bəndi çoxdur. 2024-cü ildə isə Rusiya iqtisadiyyatında artım 1,1 faiz təşkil edə bilər. Bu, iyuldakı proqnozdan 0,2 faiz bəndi azdır.

Yeri gəlmişkən, fond ekspertləri Azərbaycanda 2023-cü ilin yekununda 2,5 faiz artım gözləyirlər. Bu, apreldəki proqnozdan 0,5 faiz bəndi azdır. Fond 2024 və 2028-ci illərdə Azərbaycanda eyni həcmdə - yəni 2,5 faiz artım proqnozlaşdırıb ki, bu da əvvəlki proqnozdan 0,1 bəndi azdır.

Azərbaycan İqtisadiyyat Nazirliyi 2023-cü ildə ÜDM-in artımını 1,9 faiz, 2024-cü ildə 2,4 faiz, 2025-ci ildə 2,9 faiz səviyyəsində proqnozlaşdırıb.

Dünya SAKİT,
“Yeni Müsavat

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az