• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 22-07-2026 Akkreditasiya Şurası ali təhsil müəssisələri və təhsil proqramları üzrə qərarlar qəbul edib
  • 22-07-2026 Vətən müharibəsi iştirakçısı vəfat etdi
  • 22-07-2026 MEDİA-nın təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
  • 22-07-2026 Hikmət Hacıyev: Əminik ki, mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək
  • 22-07-2026 Xətai Rayon İcra Hakimiyyətində tədbir keçirilib
  • 22-07-2026 Xətai Rayon İcra Hakimiyyətində tədbir keçirilib
  • 22-07-2026 Bakı metrosunda iş rejimi dəyişdirilir
  • 22-07-2026 Prezident İlham Əliyev Rauf Arifoğlunu təltif etdi
  • 22-07-2026 "WhatsApp"dan yenilik: Telefon nömrəsini paylaşmağa ehtiyac qalmayacaq
  • 22-07-2026 Azərbaycan klublarından tarixi rekord...
  • 22-07-2026 Sumqayıtda özəl tibb müəssisəsində yoxlama: Həkim sənədsiz fəaliyyət göstərib
  • 22-07-2026 Sabahın havası açıqlandı
  • 22-07-2026 Ana təbiətə metastaz verən "Hacı sindiromu" - FOTO FAKT
  • 22-07-2026 Abşeron Rayon İcra Hakimiyyəti Digah qəsəbəsində özbaşına tikinti işlərinin ört-basdır etmək istəyir
  • 22-07-2026 Dünyanın ən yaxşı tələbə şəhərləri açıqlandı: Bakı ilk 100-lükdə
  • 22-07-2026 Manatını digər valyutalara dəyişdirmək istəyənlərin nəzərinə
  • 22-07-2026 Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür
  • 21-07-2026 "Vital Hospital"da ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırmaya başlanılıb
  • 21-07-2026 Prezident İlham Əliyev və Prezident Frank-Valter Ştaynmayer arasında təkbətək görüş keçirilir
  • 21-07-2026 Azərbaycan neftinin qiyməti 93 dolları keçdi

XƏBƏRLƏR

    Azərbaycan klublarından tarixi rekord...
    Sabahın havası açıqlandı
    Dünya çempionatında ağır zədə ilə oynayıb: Qabırğası sınmış halda
    Yatmazdan əvvəl bunu edin: Həm dərin yatın, həm də xoşbəxt oyanın
    Yamalın atası Messidən gənc imiş
    "Messiyə yaxınlaşıb dedim ki, "Bağışla məni" - Yamal
    Aaron Maluda “Bazel”ə keçə bilər
    “İnanıram ki, sabah qalib gələcəyik” - Dambrauskas
    Messidən hamını təəccübləndirən addım
    İspaniyanın mükafatı açıqlandı
3-03-2023, 17:52

“AzerGold” sədri Macarıstan səfiri ilə görüşüb - FOTO

“AzerGold” sədri Macarıstan səfiri ilə görüşüb - FOTO


“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov martın 2-də Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Tormanla görüşüb.

Nyus.Az xəbər verir ki, səfirliyin Ticarət və iqtisadi məsələlər üzrə attaşesi, eləcə də Macarıstanın “Vibrocomp” şirkətinin nümayəndəsinin iştirak etdiyi görüşdə diplomatik nümayəndəliyin iki ölkə arasında bir çox istiqamətlərdə mövcud əməkdaşlığın güclənməsində xidmətlərini xüsusi vurğulayan sədr Macarıstanın ölkəmizin vaxtı ilə işğal altında olmuş əraziləri ilə bağlı beynəlxalq hüquqa, tarixi ədalətə söykənən mövqeyini daim dəstəklədiyinə görə təşəkkür edib. Zakir İbrahimov iki ölkə arasındakı əlaqələrin dostluğa və qarşılıqlı hörmətə əsaslandığını qeyd edib.

Azərbaycanın Macarıstan üçün vacib tərəfdaş olduğunu qeyd edən Tamaş Yojef Torma ölkəsinin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın mühüm rol oynadığını bildirib. Diplomat ölkələrimiz arasında münasibətlərin zəngin tarixə malik olduğunu vurğulayıb, hazırda da iki ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. Səfir Macarıstanın Azərbaycanın işğaldan azad olunmuş ərazilərində quruculuq işlərinə də yaxın gələcəkdə töhfənin verilməsinə ümidvar olduğunu bildirərək, bunu dostluq münasibətinin növbəti təzahürü kimi qiymətləndirib.

Görüşün davamında Z. İbrahimov “AzerGold” QSC-nin fəaliyyət sahələri üzrə əldə etdiyi nailiyyətlər, Cəmiyyətin strateji planları və dağ-mədən sektorunda görülən işlər haqqında bəhs edib. Z.İbrahimov Macarıstan heyətinə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əldə etdiyi zəfər nəticəsində azad edilmiş Kəlbəcər rayonunun mina və partlamamış hərbi sursatlardan təmizlənmiş ərazilərində Cəmiyyətin icra etdiyi geoloji axtarış işləri ilə bağlı məlumat verib. Həmin ərazidə daha sürətlə və daha geniş miqyasda fəaliyyətin aparılmasına məhz Ermənistan Respublikası tərəfindən işğal dönəmində basdırılmış minaların əngəl olduğu və bu günədək mina xəritələrinin tam olaraq təhvil verilmədiyi diqqətə çatdırılıb.

Daha sonra Macarıstanın səs-küy, hava və vibrasiya ilə ətraf mühitin çirklənməsinin nəticələrinin yumşaldılmasının proqnozlaşdırılması, ölçülməsi, modelləşdirilməsi və planlaşdırılması sahəsində innovativ və yüksək keyfiyyətli yanaşmalarla texnoloji həllər, texniki yardım və məsləhət xidmətləri təqdim edən “Vibrocomp” şirkəti haqqında məlumat verilib.

Z.İbrahimov ətraf mühitin mühafizəsinin “AzerGold” QSC-nin əsas prioritetlərindən biri olduğunu qeyd edərək, hasilat sahələrində mövcud ekoloji monitorinq proqramına uyğun olaraq hava, su və torpaq nümunələrinin mütəmadi olaraq yoxlanıldığını toz, səs-küy və vibrasiya testlərinin aparıldığını diqqətə çatdırıb. Cəmiyyətin qabaqcıl istehsal texnologiyaların transferi, elmtutumlu və innovativ yanaşmaların geniş tətbiqində maraqlı olduğu qeyd edən Z.İbrahimov şirkətin nümayəndələrini hasilat sahələri ilə tanışlığa dəvət edib.

Sonda qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. İki ölkə arasında iqtisadi əməkdaşlığın qiymətləndirilməsi baxımdan görüşün olduqca faydalı olduğu diqqətə çatdırılıb.

Nyus.Az






Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az