• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 22-10-2026 Elm və Təhsil Nazirliyi 25 milyonluq avadanlıq alır
  • 22-10-2026 Bakı Abadlıq Dədə Qorqud Parkını baxımsız vəziyyətə salıb – VİDEO
  • 22-10-2026 Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..."
  • 22-10-2026 Əliyev-Ərdoğan dostluğu hər cür siyasi fırtınadan güclüdür: amma məzhəbçi-dinçi AKP-liləri də unutmayacağıq - BİZİM BAXIŞ
  • 22-10-2026 Ərdoğanın geyimində diqqətçəkən məqam - FOTO
  • 22-10-2026 Hikmət Rəhimov “44” filminin çəkilişlərindən danışıb: Qarlı küçədə hava beton tikilinin içindən daha isti idi
  • 22-10-2026 Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı
  • 22-10-2026 Evinin "kupça"sı olmayanlara şad xəbər
  • 22-10-2026 Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq
  • 22-10-2026 Lerik dağlarında faciə: Qızıl axtaran 42 yaşlı kənd sakini öldü - VIDEO
  • 22-10-2026 Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub
  • 22-10-2026 Pirşağıda evi ilanlar basıb - VIDEO
  • 22-10-2026 Qardaşlıq qalib gəldi, amma izlər qaldı
  • 22-10-2026 Barəsində cinayət işi açılan Fəxrəddin Zeynalovun oğlu vəzifəsindən azad edildi
  • 21-10-2026 Xətai rayonunda "Energetiklər Günü" münasibətilə tədbir keçirildi - VİDEO
  • 21-10-2026 Banklara kibertəhlükələr barədə məlumat verilib - VİDEO
  • 21-10-2026 Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək
  • 21-10-2026 Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
  • 21-10-2026 Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
  • 21-10-2026 Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib

XƏBƏRLƏR

    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
31-07-2022, 11:22

Azərbaycan təhlükəsiz tranzit daşımalarının təminatçısıdır

Azərbaycan təhlükəsiz tranzit daşımalarının təminatçısıdır


Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan regionun mühüm nəqliyyat və logistika mərkəzi kimi tanınır. Bu sahədə Avropa İttifaqı ölkələri ilə uğurlu əməkdaşlıq həyata keçirilir. Ölkə ərazisindən keçən Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizləri yüklərin daşınması üçün həm məsafəyə, həm də vaxta qənaət baxımından əlverişlidir. Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bu nəqliyyat dəhlizlərinin imkanlarını daha da genişləndirir. Bu imkanlar fonunda tranzit yüklərin həcmi xeyli artır.

Nyus.Az Trend-ə istinadən xəbər verir ki, 2022-ci ilin birinci yarısında Azərbaycan ərazisindən tranzit yüklərin daşınması 30 faizə yaxın artıb. Bəzi istiqamətlərdə, o cümlədən Şimal-Qərb nəqliyyat dəhlizi üzrə bu göstəricinin artımı 300 faiz təşkil edib. 2022-ci ilin yanvar-iyun aylarında BTC neft kəməri ilə türkmən mənşəli neftin nəqli 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 746 min ton (155%) artaraq 1,2 milyon ton təşkil edib. 2022-ci ilin ilk 6 ayında 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə Yalama-Böyük Kəsik istiqamətində dəmir yolu ilə neft məhsullarının (xüsusən də Qazaxıstan mənşəli) daşınması 772 min ton (artım 707 faiz) artıb və 0,9 milyon ton təşkil edib.

Avropa və Çin arasında strateji mərkəzi mövqe tutan və inkişaf etmiş aviasiya, dəmir yolu, boru kəməri və dəniz infrastrukturu olan Azərbaycan Avrasiyada qlobal təchizat zəncirlərinin yenidən formalaşdırılması qarşısında yeni aparıcı logistika mərkəzinə çevrilir.

Bununla bağlı qeyd edək ki, bu yaxınlarda ölkədə tranzit yükdaşımaların idarə olunması üzrə vahid qərargahın yaradılması barədə qərar qəbul edilib. Qərargahın əsas məqsədi sərhəd-keçid məntəqələrində prosedurların sadələşdirilməsi və elektronlaşdırılması, vahid dispetçer vasitəsilə tranzit əməliyyatlarının sinxron planlaşdırılması və idarə olunması proseslərinin təkmilləşdirilməsidir. Qərargah əməliyyatlara nəzarət edəcək və mütəmadi olaraq Koordinasiya Şurasının katibliyinə hesabatlar təqdim edəcək. Yükdaşıyıcıların tranzit zamanı yaranan problemlərinin operativ həlli üçün qərargahda çağrı mərkəzi də yaradılacaq. Ölkənin tranzit potensialının tam açıqlanması üçün qısa, orta və uzunmüddətli hədəfləri müəyyən edən "Tranzit Yol Xəritəsi" hazırlanıb.

Azərbaycanın tranzit potensialının inkişafı istiqamətində gömrük orqanları tərəfindən həyata keçirilən tədbirlər sırasında intermodal daşımaların sadələşdirilməsi mühüm yer tutur. Yeni Avropa Kompüterləşdirilmiş Tranzit Sisteminə (YKTS) qoşulmaq üçün addımlar atılıb. Belə ki, 2020-ci il iyunun 1-dən 2022-ci il martın 31-dək Ümumi Tranzit Prosedurları haqqında Konvensiyaya qoşulmaq, mal ticarətində sənədləşməni sadələşdirmək və yeni kompüterləşdirilmiş tranzit sisteminə qoşulma prosesində Dövlət Gömrük Komitəsinə dəstək olmaq məqsədilə Avropa İttifaqı müvafiq tvinninq layihəsini həyata keçirib. Onun əsas məqsədi Aİ ölkələri ilə Azərbaycan arasında ticarət prosedurlarını sadələşdirmək olub.

Bundan əlavə, yaxın vaxtlarda Azərbaycanda Web Transit rəqəmsal xidməti istifadəyə veriləcək. Bu platforma gömrük məntəqələrində bəyannamə prosesinin səmərəliliyini artırmaqla yanaşı, Azərbaycanın tranzit imkanlarının genişlənməsinə töhfə verəcək. Onun istifadəyə verilməsi gömrük ərazisindən tranzit keçməsi nəzərdə tutulan mallar və nəqliyyat vasitələri haqqında gömrük orqanlarına əvvəlcədən zəruri məlumatların verilməsinə və tranzit gömrük bəyannaməsinə imkan yaradacaq, həmçinin ödənişləri elektron sistem vasitəsilə həyata keçirməklə tranzit gömrük prosedurlarını sürətləndirəcək.

Bu ayın ortalarında Türkiyənin "Albayrak" holdinqi ilə Bakı limanı arasında imzalanan əməkdaşlıq sazişi də Azərbaycanın tranzit potensialını artıracaq. Müqavilə çərçivəsində "Albayrak Holding" Türkiyə təkərli nəqliyyat vasitələrinin Mərkəzi Asiyadan Azərbaycana yönləndirilməsi üçün Bakı limanında yükdaşıma terminalının tikintisi və idarə olunmasına, eləcə də Ro-Ro terminalının idarə edilməsinə sərmayə qoyacaq. Liman vasitəsilə konteynerlərin daşınması ildən-ilə artır. Əgər 2018-ci ildə Bakı limanı ilə 22 887 konteyner daşınıbsa, 2019-cu ildə 35 024, 2020-ci ildə 40 345, 2021-ci ildə isə 45 025 konteyner yüklənib. 2021-ci ildə liman vasitəsilə konteynerlərin daşınması 2018-ci illə müqayisədə təxminən iki dəfə artıb. Bu ilin sonuna qədər bu göstəricinin daha da artacağı proqnozlaşdırılır. Son məlumatlara görə, 2022-ci ilin birinci yarısında Bakı limanı konteynerlərin daşınmasını ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,8 faiz - 27 844 TEU konteynerə qədər artırıb.


Avrasiya Nəqliyyat Dəhlizinin Hökumətlərarası Komissiyasının (TRACECA) Daimi Katibliyi hazırkı geosiyasi şəraitdə 2022-ci ilin sonuna kimi Azərbaycan ərazisindən Çindən Avropaya və əks istiqamətdə konteyner yükdaşımalarının əvvəlki illərlə müqayisədə 3-5 dəfə dəfə artacağını proqnozlaşdırır. Buna baxmayaraq, qeyd olunur ki, Azərbaycanın nəqliyyat infrastrukturu tranzit yük axınının kəskin artmasına hazırdır. Qeyd edək ki, Türkmənistan da nəqliyyat dəhlizinin inkişafına mühüm töhfə verəcək və Azərbaycanın tranzit ölkə kimi rolunu daha da artıracaq TRACECA-ya qoşulmaqda maraqlıdır.

Azərbaycanın da mühüm halqası olduğu Orta Dəhlizin əhəmiyyəti də artır. Orta dəhliz - Çindən Avropaya marşrut hazırkı gündəmdə böyük rol oynayır. Avrasiyada və bütün dünyada ticarətin pozulması Şərqi və Cənubi Asiyanı qitənin Avropa hissəsi ilə birləşdirən Orta Dəhlizinin əhəmiyyətini xeyli artırmışdır. Azərbaycan Avrasiya boyunca bu Orta Dəhlizinin həyat qabiliyyəti üçün çox vacibdir.

Zəngəzurdan keçən marşrutların tam istifadəsi Trans-Avrasiya daşımalarını xeyli asanlaşdıracaq və Orta Dəhlizin inkişafını təmin edəcək. Bu, Qara dənizdən Qafqaz və Mərkəzi Asiya vasitəsilə Hindistan, Çin və Şərqi və Cənubi Asiyanın digər ölkələrinə qədər bütün regiona müsbət iqtisadi təsir göstərəcək. Zəngəzur dəhlizi regionumuzun nəqliyyat-logistika sxemlərini optimallaşdırmağa imkan verən, eyni zamanda daha böyük həcmdə yüklərin daşınması üçün imkanlar yaradan mühüm marşrutdur. Faktiki olaraq Zəngəzur dəhlizinin reallaşması ilə ölkəmiz qeyri-neft və qeyri-xammal ixracını artırmaq imkanı əldə edəcək. Zəngəzur dəhlizi ilə elektrik enerjisinin ixracına da imkan verəcək ticarətin artması Azərbaycanın və bütövlükdə regionun çiçəklənməsinə səbəb olacaq.

İqtisadiyyatın şaxələndirilməsi siyasətində əlverişli coğrafi mövqeyə malik olan ölkəmizin tranzit potensialının reallaşdırılması böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, beynəlxalq və regional nəqliyyat dəhlizlərinin inkişafı iqtisadiyyatın səmərəliliyinin yüksəldilməsinə müsbət təsir göstərir. Nəqliyyat, infrastruktur və logistika sahələrində birgə layihələr Azərbaycanın iqtisadi imkanlarını genişləndirir, əhəmiyyətini artırır. Azərbaycan müxtəlif istiqamətlərə yüklərin tranzit daşınmasının səmərəli təşkilini təmin edir. Bu, daha sərfəli şərtlərlə qısa müddətdə təhlükəsiz və vaxtında çatdırılmanı həyata keçirməyə imkan verir. Tranzit marşrutları genişlənməkdə davam edir, ticarət dövriyyəsi artır ki, bu da yekunda Azərbaycanın və bütün regionun çiçəklənməsinə səbəb olur.

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az