• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 22-10-2026 Elm və Təhsil Nazirliyi 25 milyonluq avadanlıq alır
  • 22-10-2026 Bakı Abadlıq Dədə Qorqud Parkını baxımsız vəziyyətə salıb – VİDEO
  • 22-10-2026 Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..."
  • 22-10-2026 Əliyev-Ərdoğan dostluğu hər cür siyasi fırtınadan güclüdür: amma məzhəbçi-dinçi AKP-liləri də unutmayacağıq - BİZİM BAXIŞ
  • 22-10-2026 Ərdoğanın geyimində diqqətçəkən məqam - FOTO
  • 22-10-2026 Hikmət Rəhimov “44” filminin çəkilişlərindən danışıb: Qarlı küçədə hava beton tikilinin içindən daha isti idi
  • 22-10-2026 Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı
  • 22-10-2026 Evinin "kupça"sı olmayanlara şad xəbər
  • 22-10-2026 Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq
  • 22-10-2026 Lerik dağlarında faciə: Qızıl axtaran 42 yaşlı kənd sakini öldü - VIDEO
  • 22-10-2026 Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub
  • 22-10-2026 Pirşağıda evi ilanlar basıb - VIDEO
  • 22-10-2026 Qardaşlıq qalib gəldi, amma izlər qaldı
  • 22-10-2026 Barəsində cinayət işi açılan Fəxrəddin Zeynalovun oğlu vəzifəsindən azad edildi
  • 21-10-2026 Xətai rayonunda "Energetiklər Günü" münasibətilə tədbir keçirildi - VİDEO
  • 21-10-2026 Banklara kibertəhlükələr barədə məlumat verilib - VİDEO
  • 21-10-2026 Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək
  • 21-10-2026 Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
  • 21-10-2026 Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
  • 21-10-2026 Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib

XƏBƏRLƏR

    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
24-06-2022, 09:07

"Yerli valyutaya çıxış əldə etmək üçün..."

"Yerli valyutaya çıxış əldə etmək üçün..."


2022-ci ilin əvvəlindən Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Direktorlar Şurası Azərbaycanda 40 milyon dollar dəyərində üç layihəni təsdiqləyib.

Nyus.Az bildirir ki, bunu Trend-ə özəl müsahibəsində bankın prezidenti Dmitri Pankin deyib.

Onun sözlərinə görə, bu layihələr enerji və maliyyə sahələrini əhatə edir.

"Hazırda bu layihələrdən yalnız biri Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən imzalanıb. Qalan iki layihənin 2022-ci il iyunun 24-də keçiriləcək biznes forum zamanı imzalanacağını gözləyirik", - deyə D.Pankin bildirib.

Onun sözlərinə görə, hazırda QDTİB-in Azərbaycandakı əsas portfeli kiçik və orta sahibkarlığa dəstək (47,5 faiz), enerji (35 faiz), daşınmaz əmlak (8,4 faiz), istehlak malları (4,8 faiz) və sənaye (4,4 faiz) ) təşkil edir.

"Fəaliyyətə başladığı vaxtdan QDTİB Azərbaycan hökumətinin investisiya prioritetlərinə uyğun olaraq Azərbaycanda ümumi dəyəri 500 milyon avrodan çox olan 39 layihəni maliyyələşdirib. Bank "Şahdəniz" kimi strateji əhəmiyyətli enerji layihələrində iştirak edib, eyni zamanda diqqətimizi neft-qaz sektoruna daxil olmayan kiçik və orta müəssisələrə yönəldirik. Bu həftə Azərbaycanda bir sıra şirkətlərlə görüşəcəyik və əminəm ki, bu, ölkədə biznes layihələrinin daha da inkişafına töhfə verəcək", - QDTİB prezdenti deyib.

D.Pankin qeyd edib ki, QDTİB Azərbaycan bankları ilə iki yeni müqavilə imzalayacaq. Onun sözlərinə görə, QDTİB-in Azərbaycanda əsas prioritetləri 2019-2022-ci illər üçün strategiyada müəyyən edilib və bankın iştirakçı ölkələrdə iqtisadi inkişafı dəstəkləmək və onlar arasında regional ticarəti təşviq etmək mandatı ilə birbaşa bağlıdır.

"Biz Azərbaycanda maliyyə institutları ilə əlaqələrimizi gücləndirmişik və Azərbaycan bankları ilə iki yeni müqavilə imzalamağa hazırlaşırıq. Biz məhsul xəttimiz çərçivəsində maliyyə institutlarına maliyyə təmin etmək üçün yeni layihələri nəzərdən keçiririk, buraya ticarətin maliyyələşdirilməsini dəstəkləmək, kreditlər və zəmanətlər, lizinq, mikro, kiçik və orta müəssisələrin, "yaşıl" iqtisadiyyatı təşviq etmək üçün korporativ və fərdi müştərilərin ehtiyaclarının kreditləşdirilməsi daxildir. QDTİB üçün maliyyə vasitəçiləri ilə işləmək kiçik və orta müəssisələrin maliyyələşdirilməsi üçün mühüm kanal olaraq qalır", - D.Pankin bildirib.

O qeyd edib ki, QDTİB üçün Azərbaycanda yerli valyutada maliyyələşmənin təmin edilməsi maraq kəsb edir.

"Biz başa düşürük ki, yerli valyutada maliyyələşdirmə müştərilər və bütün maliyyə sektoru üçün riskləri azaldır. QDTİB-in artıq bu sahədə təcrübəsi var. Biz, həmçinin milli kapital bazarının infrastrukturundan istifadə edərək manatla istiqrazlar buraxmışıq. Biz yerli valyutaya çıxış əldə etmək üçün alternativ variantları nəzərdən keçiririk, çünki həm maliyyə vasitəçiləri, həm də korporativ borcalanlar tərəfindən tələb böyükdür", - deyə o bildirib.

D.Pankin əlavə edib ki, 2022-ci ildə QDTİB SOCAR-ın sponsor qismində iştirakı ilə Azərbaycanda yeni enerji layihəsi üzərində işə başlayıb, lakin bu razılaşma hələlik erkən mərhələdədir.

Onun sözlərinə görə, bank artıq bir neçə ildir ki, SOCAR və onun törəmə müəssisələri ilə uğurla işləyir.

"Bu cür əməkdaşlığın ən son nümunələri "SOCAR Türkiye"yə verilmiş kredit (2021-ci ildə tam ödənilib) və "Socar Trading"ə verilmiş dövriyyə kapitalının maliyyələşdirilməsi üçün revolver kredit xəttidir", - deyə o sözlərini tamamlayıb.

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az