
Avropada qazın qiyməti 1000 kubmetr üçün 1 050 dolları ötüb.
Nyus.Az Trend-ə istinadən bildirir ki, bu barədə Londonun "ICE" birjasının məlumatlarında deyilir.
Məlumata əsasən, Niderlandın TTF habında mart fyuçerslərinin qiyməti min kubmetr üçün 1 050,4 dollar təşkil edib.
Bildirilir ki, son 1 gündə qiymətdə qeydə alınan ümumi artım təxminən 12,7 faiz təşkil edib.
Nyus.Az

























