• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 06-06-2026 Prezident İlham Əliyev İsveç Kralını təbrik edib
  • 06-06-2026 Bakıda söküləcək ərazilər məlum OLDU
  • 06-06-2026 Müharibə bitsə, ruslar Ukraynaya sərbəst girə biləcək?
  • 06-06-2026 Qazın qiyməti UCUZLAŞDI
  • 06-06-2026 Eyni vaxtda iki telefon işlətmək zərərlidir – yeni araşdırma
  • 06-06-2026 Mətanətdən Vüqar Muradova ağır sözlər
  • 06-06-2026 Səki kimindir: vətəndaşın, yoxsa Hacı Rasimin? Sabunçu İcra Hakimiyyəti bu vəziyyətə niyə göz yumur ?
  • 05-06-2026 Prezident İlham Əliyev: Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi beş əsas milli prioritetdən biri kimi müəyyən edilib
  • 05-06-2026 Yalan ittiham edənləri hansı cəza gözləyir?
  • 05-06-2026 Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR
  • 05-06-2026 Elektrik təchizatında qayda pozuntusu - “Azərişıq” cərimələndi
  • 05-06-2026 Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
  • 05-06-2026 Maaşla bağlı MÜHÜM XƏBƏR
  • 05-06-2026 Afaq Bəşirqızı əməliyyat olundu
  • 05-06-2026 Azərbaycanda cərimə balları 20-dən 50-yə QALDIRILIR?
  • 05-06-2026 Göyçayda əməliyyat - Həbs edilənlər var
  • 05-06-2026 Prezident İlham Əliyev Azərbaycanın minifutbol millisini Avropa çempionluğu münasibətilə təbrik edib - FOTO
  • 05-06-2026 İpoteka verilmir, qiymətlər isə artır: Bakıda köhnə binaların sirri
  • 05-06-2026 Milli Məclisin növbədənkənar sessiyanın ilk iclası başladı
  • 05-06-2026 Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçilib

XƏBƏRLƏR

    Eyni vaxtda iki telefon işlətmək zərərlidir – yeni araşdırma
    Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçilib
    “Liverpul” yeni baş məşqçisini açıqladı
    Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
    Mourinyo ulduz futbolçunu “Real”a gətirmək istəyir
    Azərbaycan millisi finalda - Avropa çempionatı
    İspaniya çempionatında ən gözəl qolun müəllifi oldu
    "Turan Tovuz" Konfrans Liqasından KƏNARLAŞDIRILDI: CAS-a şikayət ediləcək
    "Fənərbağça"ya ulduz axını: 2 məşhur futbolçu gəlir
    Dünyanın ən dəyərli klubları bilindi
17-02-2026, 08:50

Pezeşkian TARİX açıqladı – Azərbaycan da İŞİN içində.

Pezeşkian TARİX açıqladı – Azərbaycan da İŞİN içində.


İran üzərində qara buludlar getdikcə sıxlaşsa da, Tehran iqtisadi layihələrin icrası sahəsində fəaliyyətini dayandırmır.

Bir neçə gün əvvəl prezident Məsud Pezeşkian mart ayının sonuna qədər Şimal-Cənub Nəqliyyat Dəhlizi layihəsinə əngəl olan bütün maneələri aradan qaldıracaqlarına söz verib.

“Tasnim” Agentliyinin məlumatına görə, o, xüsusilə İran-Azərbaycan-Rusiya dəmiryollarını əlaqələndirəcək Rəşt-Astara dəmiryol xəttinin tikintisini önə çəkib: “İran və Rusiya arasında münasibətlər möhkəmdir. Çoxsaylı müqavilələr imzalanıb və həyata keçirilir. Dəmir yolu marşrutunun tikilib istifadəyə verilməsi üçün ilin sonuna qədər maneələri aradan qaldıracağıq (İran təqviminə görə ilin sonu 20 mart 2026-cı ilə təsadüf edir – red.)”.

Qeyd edək ki, 2023-cü ildə Rusiya və İran Şimal-Cənub layihəsinin tərkib hissəsi olan və Fars körfəzi limanlarına tranzit nəqliyyatı təmin etmək üçün nəzərdə tutulan Rəşt-Astara dəmir yolunun 160 kilometrlik hissəsini birgə inşa etmək barədə müqavilə imzalayıb. Layihənin ümumi dəyəri 1,6 milyard avrodur. Bunun 1,3 milyard avrosunu dövlət krediti şəklində ayıran Moskva tikinti işlərini də özü həyata keçirəcək.

Lakin sazişin imzalanmasından ötən 3 ildə İran tərəfi dəmiryol xəttinin keçəcəyi ərazidə torpaq alınması işlərini hələ də başa çatdıra bilməyib. Ötən ilin oktyabrında məlum olub ki, dəmir yolu xəttinin marşrutunu dəyişdirib. Rusiya, İran və Azərbaycan hökumət rəsmilərinin 13-14 oktyabr tarixlərində Bakıda keçirilən görüşünün nəticələri ilə tanış olan mənbə RBK-ya bildirib ki, dəyişikliklər 80 km-dən çox hissəyə və ya bu perspektivli dəmir yolu xəttinin uzunluğunun yarısından çoxuna (162,4 km) təsir edəcək.



Rusiya Nəqliyyat Nazirliyi dəyişiklikləri təsdiqləyib:

“Layihənin marşrutu İran tərəfi tərəfindən həyata keçirilən torpaq alma fəaliyyətləri zamanı dəyişdirilib”. Nazirliyin sözçüsü Nikolay Şestakov deyib ki, “müxtəlif hallarla bağlı bu cür dəyişikliklər belə layihələr üçün standart təcrübədir”.

Sözçü həmçinin, qeyd edib ki, layihə həlləri və xərcləri İranla müqavilədə nəzərdə tutulduğu kimi, layihənin maksimum dəyəri olan 1,6 milyard avronu keçməyəcək:

“Süni tikililərin - körpülərin, yol ötürücülərinin və digər obyektlərin köçürülməsi ilə bağlı müəyyən texniki həllər dəyişdirilə bilər. İran tərəfi ilə razılığa gəldik ki, tədqiqatların və layihələndirmənin nəticələrinə əsasən, layihə üçün İran tərəfinin verdiyi vergi və rüsumlardan azadolma nəzərə alınmaqla, maksimum məbləğ daxilində layihə həllərini və xərcləri dəqiqləşdirəcəyik”.

Bir ay sonra İran Dəmir Yollarının rəhbəri Cabar Əli Zakeri elan edib ki, İran və Azərbaycan arasında Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə 2026-cı ilin mart ayının ikinci yarısında başlana bilər:

“Əsas məsələ dəmir yolu xəttinin tikintisi üçün torpaq sahəsinin alınması idi. Deyə bilərəm ki, planlaşdırılan 161 kilometrlik marşrutun 95 kilometri artıq alınıb. Rusiya Dəmir Yollarının tikintiyə başlaya bilməsi üçün hər həftə üç kilometr alınır. Novruz bayramına qədər torpaq sahəsinin alınması prosesinin başa çatacağını və torpaq sahəsinin Rusiya Dəmir Yollarına təhvil veriləcəyini gözləyirik”.

Onun sözlərinə görə, rusiyalı mühəndislər ərazidə işləyir, geotexniki sınaqlar və layihələndirmə işləri aparırlar:

“Tikinti işlərinə Novruz bayramından sonra başlamaq planlaşdırılır”.

12 dekabr 2025-ci ildə Vladimir Putinlə görüşündə Pezeşkian Rəşt-Astara magistral yolunun 100 km-dən çox hissəsinin tikinti üçün alındığını və prosesin 2026-cı ilin mart ayına qədər başa çatdırılmasını planlaşdırdığını elan edib. Eyni zamanda, dekabrda İran Nəqliyyat İnfrastrukturunun Tikinti və İnkişafı üzrə direktoru Xuşanq Bəzvənd bildirib ki, İran nümayəndə heyəti bir ay ərzində Rəşt-Astara dəmir yolu xəttinin tikintisi üçün müqavilə imzalamaq üçün Rusiyaya səfər edəcək: “Bir aydan az müddətdə müqaviləni yekunlaşdırmaq üçün İran nümayəndə heyətinin Rusiyaya göndəriləcəyi və bundan sonra Rəşt-Astara dəmir yolunun tikintisinə faktiki olaraq başlanacağı gözlənilir”.

Bəzvəndin sözlərinə görə, İran tərəfi Rusiyanın dəmir yolu hissəsinin layihələndirilməsi və tikintisi ilə bağlı təkliflərinin təxminən 70 faizini qəbul edib. O əlavə edib ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bir hissəsi olan Xatəm əl-Ənbiya tikinti şirkəti baş podratçı seçilib...

Göründüyü kimi, İran tərəfinin nikbinliyinə baxmayaraq, fevral ayının ikinci yarısıdır və Bəzvəndin haqqında bəhs etdiyi səfər, saziş imzalanması hələ də baş tutmayıb. Buna İranda dekabrın sonu-yanvarın əvvəli baş verən etirazlarla yanaşı, ölkənin maliyyə sistemindəki çöküş də imkan verməyib.

ABŞ maliyyə naziri Skott Bessentin açıqlamasından aydın olur ki, Vaşinqton İrana dollar axınlarının qarşısını tam alıb, ölkənin ən böyük bankı çöküb. Belə vəziyyətdə Rəşt-Astara üçün torpaq alınması və İranın üzərinə düşən digər fəaliyyətlərin icrası imkanları kəskin məhdudlaşıb.

Digər məsələ dəmiryolunun tikintisininn baş podratçısı olan şirkətin sahibi SEPAH-ın Avropa İttifaqı tərəfindən terrorçu təşkilat elan edilməsidir.

Nəhayət, ABŞ-ın danışıqlarda İrana çox sərt tələblər qoyması, bölgəyə əlavə qüvvə yığmağa davam etməsi, hazırkı rejimi əvəzləyəcək qüvvə kimi Rza Pəhləvinin önə çəkilməsi İrana qarşı yeni hücum ehtimalını getdikcə artırır. Bütün bunlar Rəşt-Astara xəttinin tikintisi ilə bağlı gözləntilərin doğrulma ehtimalını kəskin azaldır.

Hazırda yüklər Rəştə qədər dəmiryolla, oradan Azərbaycan sərhədinə qədər avtomobillərlə çatdırılır. Azərbaycanda isə bir hissəsi yenə avtomobillərlə, digər hissəsi isə dəmiryolu ilə daşınır...

İrana yeni hücum olarsa, xüsusilə də rejim dəyişikliyi baş verərsə, bu, bütün iqtisadi layihələrin ən yaxşı halda 5-6 ay arxa plana keçməsinə gətirib çıxara bilər. Azərbaycan üçün bu vəziyyət tranzit gəlirlərində müəyyən itkilərə səbəb ola bilər. Dövlət Statistika Komitəsindən Musavat.com-a verilən məlumata görə, 2025-ci ildə Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 14 milyon 261,4 min ton, avtomobil nəqliyyatı ilə 11 milyon 46,1 min ton və dəniz nəqliyyatı ilə 7 milyon 229,7 min ton yük daşınıb. Bu yüklərin 9 milyon 289 min tonu Şimal-Cənub, 16 milyon 909,8 min tonu Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınıb.

Komitənin məlumatına əsasən, dəmir yolu nəqliyyatı ilə daşınmış yüklərin 46,2 faizini, avtomobil nəqliyyatı ilə daşınmış yüklərin 42,3 faizini, dəniz nəqliyyatı ilə daşınmış yüklərin isə 93,3 faizini tranzit yüklər təşkil edib.

Dünya SAKİT,
Musavat.com




Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az