• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 19-10-2026 Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi
  • 19-10-2026 Yeni Günəşlidə yaşıllıqlar məhv edilib, yerində obyekt tikilir – SAKİNLƏR NARAZIDIR – VİDEO
  • 19-10-2026 “Mercan Köşk” bu səbəbdən final etdi
  • 19-10-2026 Tramp İsrail xalqına müraciət etdi
  • 19-10-2026 Nizami rayonunda 2 gün su olmayacaq
  • 19-10-2026 Çempionlar Liqası matçını buraxacaqlar
  • 19-10-2026 Türkiyədə konsert faciəsi - Ölənlər var
  • 18-10-2026 Azərbaycanda polis rəisinin müavini vəfat edib
  • 18-10-2026 Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
  • 18-10-2026 Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
  • 18-10-2026 Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir
  • 18-10-2026 Türkiyədən Moskvaya uçan üç təyyarə geri qayıtdı
  • 18-10-2026 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib - (Foto)
  • 18-10-2026 "Qarabağ" - "Neftçi" derbisindən sonra 19 nəfər saxlanıldı
  • 18-10-2026 Tramp: Benzinin qiyməti daha da ucuzlaşacaq
  • 18-10-2026 Makron Fransadakı iğtişaşların iştirakçıları ilə bağlı vəd verdi
  • 18-10-2026 "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
  • 18-10-2026 Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"

XƏBƏRLƏR

    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
13-09-2025, 08:53

Paşinyan yenə Rusiyaya gedir - İrəvandan U dönüşü?

Paşinyan yenə Rusiyaya gedir - İrəvandan U dönüşü?


İrəvan Moskva ilə münasibətləri düzəltmək istəyir...

“Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın günlərdə Rusiyaya səfər edəcək”. Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

Erməni spiker bildirib ki, Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Simonyan həmçinin qeyd edib ki, Ermənistan ərazisində yerləşən Rusiya hərbi bazasının çıxarılması məsələsi gündəmdə deyil.

Xatırladaq ki, Ermənistan və Rusiya liderləri sonuncu dəfə az öncə Çində bir araya gəlmişdilər. Həmin görüş zamanı Paşinyan Ermənistan və Rusiyanı “qardaş ölkələr” adlandırmışdı. Bu da siyasi müşahidəçilər tərəfindən ciddi müzakirə mövzusu olmuşdu.

Baş nazir Nikol Paşinyan Rusiya ilə münasibətləri düzəltmək istəyir, yoxsa əslində Rusiya ilə guya soyuqluq olduğu qəsdən yaradılan süni görüntüdür? Ermənistan yenə də Rusiyanın diktəsi altında hərəkət edir ki, Paşinyan-Putin görüşləri intensivləşir?

Abutalıb Səmədov


“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Rusiya ilə Ermənistan arasında münasibətlərin kifayət qədər soyuq olduğu heç kimə sirr deyil: “Çində görüş zamanı Ermənistan və Rusiyanı Nikol Paşinyanın qardaş ölkə olaraq adlandırması bu soyuqluğu qətiyyən azaltmadı və azalda bilməz. Vaşinqtonda imzalanmış mühüm sənədlərdən sonra Rusiyanın narahat olduğu və ciddi şəkildə narazı qaldığı da heç kimə sir deyil. Təbiidir ki, Nikol Paşinyan da bu narazılığı mümkün qədər isti bəyanatlarla azaltmağa çalışır. Çünki Ermənistan Rusiyadan asılıdır. İqtisadi cəhətdən çox asılıdır. Rusiyanın Ermənistana təsir imkanları çox böyükdür. Ən əsası qarşıdan gələn parlament seçkilərində Rusiyanın Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün göstərdiyi cəhdlər də göz qabağındadır. Paşinyan anlayır ki, parlament seçkilərində Rusiya ona kifayət qədər problemlər yaradacaq və artıq yaratmaqdadır. Bu səbəbdən təzyiqləri azaltmağın yollarını axtarır, isti bəyanatlarla, görüşlərlə, Rusiyanı dost-qardaş adlandırmaqla biraz münasibətləri yumşaltmağa çalışır. Ancaq onu da başa düşür ki, xoş sözlərlə zəngin bəyanatlarla Moskvanı inandırmaq qeyir-mümkündür”.

Siyasi şərhçi vurğuladı ki, əgər Paşinyan hakimiyyətdə qalarsa bundan sonra Ermənistanın Rusiyanın diktəsi altında fəaliyyət göstərməsi mümkün deyil: “Ancaq çox təəssüf ki, Rusiya meylli qüvvələrin də hakimiyyətə gəlmək təhlükəsi var. Və Rusiyanın kilsə ilə sahibkarları birləşdirib yeni bir siyasi qüvvəni ortaya çıxarmaq cəhdi təbii ki, Nikol Paşinyan üçün çox təhlükəlidir. Baş nazir bu təhlükəni başa düşdüyündən Vladimir Putinlə dalbadal görüşlər keçirir. Daha doğrusu, Putin Paşinyanla görüşməyə razılıq verir. Çünki Paşinyan həmişə Putinlə görüşmək istəyib, onunla müzakirələr aparmağa çalışıb, lakin yaxşı məlumdur ki, Rusiya prezidenti bu cür görüşlərdən çox vaxt imtina edib, hətta telefon zənglərinə cavab verməyib. Ancaq Rusiyanın Azərbaycanla münasibətlərində müəyyən soyuqlq yarandığı üçün artıq Paşinyan Putinin tez-tez görüşdüyü bir dövlət liderinə çevrilib. Əslində isə həm Rusiya, həm də Ermənistan yaxşı başa düşür ki, nə qədər ki Paşinyan hakimiyyətdədir Ermənistanın Rusiya ilə münasibəti Putinin arzu etdiyi kimi olmayacaq”.

A.Səmədov hesab edir ki, nə qədər tez-tez görüşsələr də, nə qədər bir-birinə qardaş desələr də Vladimr Putin mümkün olsa parlament seçkilərinə qədər, mümkün olmasa parlament seçkiləri zamanı Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq fikrindədir: “Bu, ciddi təhlükədir və bu təhlükəni Paşinyan və ona dəstək qüvvələr çox yaxşı anlayırlar. Anlayırlar və bu təhlükələri azaltmaq üçün ümid edək ki, ciddi tədbirlər planlaşdırıblar. Çünki Ermənistanın hakimiyyətinin Rusiyadan uzaqlaşmaq xəttindən imtina etməsi bütövlükdə Cənubi Qafqaz bölgəsinin Rusiyanın təsir dairəsindən çıxmasına imkan verməyəcək. O səbəbdən Ermənistana hər cür dəstək göstərilməli və parlament seçkilərində Nikol Paşinyanın qalib gəlməsi üçün zəruri olan bütün addımlar atılmalıdır. Bu baxımdan Amerikanın Ermənistana 145 milyon dollar vəsait ayrıması müsbət addımdır. Söhbət Zəngəzur dəhlizinin işə salınması istiqamətində atılan ilk addımdan gedir. Bundan sonra da həm Ermənistana, həm Azərbaycana daha ciddi yardımlar göstərilməlidir ki, Gürcüstan təcrübəsi təkrar olunmasın. Bölgə uğrunda çox ciddi mübarizə gedir və bölgənin Rusiyanın nəhayət təsir dairəsindən çıxması üçün çox əlverişli bir şərait yaranıb. Ümid edək ki, bu şəraitdən Qərb düzgün istifadə edə biləcək”.

“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az