• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 21-10-2026 Xətai rayonunda "Energetiklər Günü" münasibətilə tədbir keçirildi - VİDEO
  • 21-10-2026 Banklara kibertəhlükələr barədə məlumat verilib - VİDEO
  • 21-10-2026 Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək
  • 21-10-2026 Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
  • 21-10-2026 Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
  • 21-10-2026 Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
  • 21-10-2026 UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
  • 21-10-2026 Azərişıq Suraxanı rayonunda kütləvi narazılıq yaradır – VİDEO
  • 21-10-2026 Azərbaycanda balıq bahalaşdı - Qiymət
  • 21-10-2026 Məktəbin ərazisi tikanli məftillərlə çəpərlənib - VIDEO
  • 20-10-2026 İntensiv yağış yağacaq, qara keçəcək - Proqnoz
  • 20-10-2026 Bu şəxslər üçün iş icazəsinin alınması tələb olunmayacaq
  • 20-10-2026 Nizami rayon prokuroru vəzifəsindən azad edildi
  • 20-10-2026 Trampa pul xərclədi, qarşılığını Ermənistanda alır– Nəhəng sərvətə yiyələnir
  • 20-10-2026 Fransa qarışdı, “Qalatasaray” ora getmək istəmir – UEFA-dan gözlənilməz qərar
  • 20-10-2026 Bulvarda hər gün "qara kassa"ya 1000 manat yığılırmış – Keçmiş sədrin məhkəməsi
  • 20-10-2026 Kim Çen Inın öldüyü xəbəri yayılıb
  • 20-10-2026 “Çox nahaq yerə özün üçün yaşayırsan” - Nadir Qafarzadə
  • 20-10-2026 Dünyanın ən çox qazanan 10 futbolçusu
  • 20-10-2026 Mehmet Ali Erbil hönkür-hönkür ağladı - "Bunu uşaqlığıma bağışlayın"

XƏBƏRLƏR

    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
8-02-2024, 03:22

Azərbaycanda keçirilən prezident seçkiləri Türkiyə mediasında geniş işıqlandırılıb - FOTOlar

Azərbaycanda keçirilən prezident seçkiləri Türkiyə mediasında geniş işıqlandırılıb - FOTOlar


Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri Türkiyə mediasında geniş işıqlandırılıb.

Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, Türkiyənin "Beyaz Qəzet" media qurumunun "Azərbaycan Prezidenti Əliyev işğaldan azad edilmiş Xankəndidə səs verib" sərlövhəli yazısında Qarabağda 30 ildən sonra ilk dəfə seçki məntəqələrinin qurulduğu vurğulanıb.

Məqalədə bildirilib ki, Azərbaycanın erməni işğalından azad etdiyi rayonlarda təxminən 30 ildən sonra ilk dəfə seçki məntəqələri yaradıb. Qarabağın mədəniyyət paytaxtı Şuşa, həmçinin Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcərdə yaradılmış 26 seçki məntəqəsində 23 mindən çox seçici səs verib.

"Son dəqiqə.com" saytı seçkilərlə bağlı yazısını "Azərbaycan Prezidenti İlham Əliyev ailəsi ilə birlikdə Xankəndidə səs verib" sərlövhəsi ilə yayımlayıb.

Azərbaycanda keçirilən seçkilərlə bağlı görülən təhlükəsizlik tədbirlərinə diqqət çəkilən məqalədə, həmçinin deyilir: "Görülən təhlükəsizlik tədbirləri çərçivəsində 125 seçki dairəsində yaradılan məntəqələrdə xüsusi veb-kameralar quraşdırılıb. Səsvermə prosesi yerli vaxtla saat 19:00-da başa çatıb və növbədənkənar seçkinin ilkin nəticələri yaxın vaxtlarda açıqlanacaq. Azərbaycan Mərkəzi Seçki Komissiyası nəticələri 10 gün ərzində Konstitusiya Məhkəməsinə təqdim edəcək və nəticələr təsdiqləndikdən sonra Prezident rəsmən elan olunacaq".

Anadolu Agentliyi seçki ilə bağlı analitik yazı da daxil olmaqla, bir neçə informasiya yayımlayıb. Agentliyin "Azərbaycanın suverenliyinin elanı: Qarabağda seçki məntəqələri qurulur", "Azərbaycanda işğaldan azad edilmiş Füzulidə xalq prezident seçkilərinə maraq göstərir" kimi yazılarında seçkilərdəki seçici fəallığı və işğaldan azad edilən ərazilərdə məntəqələrin qurulması xüsusi vurğulanıb.

Bildirilib ki, Qarabağın ürəyi Şuşada, vaxtilə separatçı ermənilərin "paytaxt"ı hesab edilən Xankəndidə və digər rayonlarda seçicilər səs vermək üçün məntəqələrə axın ediblər.

Yazılarda seçicilərin müsahibələrinə də yer verilib.

Agentlik seçkilərlə bağlı xüsusi infoqrafika da hazırlayıb.

"TRT" də seçkilərlə bağlı bir neçə xəbər yayımlayıb. Yazılarda Prezident İlham Əliyevin Xankəndidə səs verməsi, işğaldan azad edilən ərazilərimizdə həmvətənlərimizin seçkilərdə ruh yüksəkliyi ilə və fəal şəkildə iştirakları xüsusi vurğulanıb.

Xarici ölkələrdə qurulan seçki məntəqələrinə də toxunulan məqalələrdə bildirilib ki, xaricdə yaşayan Azərbaycan vətəndaşları 37 ölkədə yaradılmış 49 seçki məntəqəsində səs veriblər.

"Hürriyyet.com" saytında dərc olunan materialda səsvermənin şəffaf keçdiyinə diqqət çəkilib, seçkiləri 790-ı beynəlxalq olmaqla, ümumilikdə 90 mindən çox müşahidəçinin, 109 beynəlxalq media qurumundan 216 xarici jurnalistin izlədiyi qeyd edilib.

Məqalədə işğaldan azad edilən ərazilərimizdə 30 ildən sonra ilk dəfə seçki məntəqələrinin yaradıldığı və yüksək təhlükəsizlik tədbirlərinin görüldüyü xüsusi vurğulanıb.

"Haber Global"da da növbədənkənar Azərbaycan seçkiləri ilə bağlı informasiyalar yayımlanıb.

Xəbərlərdə Prezident İlham Əliyevin Xankəndidə səs verməsinə, seçkilərin gedişinə, 30 ildən sonra Qarabağda yaradılan seçki məntəqələrinə, seçici fəallığına, müşahidəçilər üçün bütün zəruri şəraitin yaradıldığına diqqət çəkilib.

"Haber7com" saytında dərc olunan "Azərbaycan prezidentini seçir! Əliyev öz səsini verib" sərlövhəli yazıda seçkilərin çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən izləndiyi qeyd edilib. Məqalədə Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və ailə üzvlərinin Xankəndidə səs verdikləri bildirilib.

Yazının "Qarabağda ilk seçki" alt başlığı altında verilən hissəsində Qarabağdakı azərbaycanlıların səsvermə prosesi, onların vətənlərinə qayıtmaları ilə bağlı sevinc hissləri əks olunub.

"Haberler.com" saytında xüsusilə seçicilərin müsahibələri əsasında hazırlanan məqalə "Bu, bizim üçün qürurverici, tarixi gündür", "Gördüyünüz kimi, Azərbaycan xalqı canla-başla səsini verir", "Qarabağın azad edilməsində Türk xalqının böyük dəstəyi oldu" kimi alt başlıqlarla yayımlanıb.

Seçkilərlə bağlı geniş məlumatların verildiyi məqalədə Qarabağda yaradılan məntəqələrdə beynəlxalq müşahidəçilərin çoxluğu xüsusilə diqqətə çatdırılıb.

Nyus.Az





Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az