• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 21-10-2026 Xətai rayonunda "Energetiklər Günü" münasibətilə tədbir keçirildi - VİDEO
  • 21-10-2026 Banklara kibertəhlükələr barədə məlumat verilib - VİDEO
  • 21-10-2026 Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək
  • 21-10-2026 Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
  • 21-10-2026 Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
  • 21-10-2026 Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
  • 21-10-2026 UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
  • 21-10-2026 Azərişıq Suraxanı rayonunda kütləvi narazılıq yaradır – VİDEO
  • 21-10-2026 Azərbaycanda balıq bahalaşdı - Qiymət
  • 21-10-2026 Məktəbin ərazisi tikanli məftillərlə çəpərlənib - VIDEO
  • 20-10-2026 İntensiv yağış yağacaq, qara keçəcək - Proqnoz
  • 20-10-2026 Bu şəxslər üçün iş icazəsinin alınması tələb olunmayacaq
  • 20-10-2026 Nizami rayon prokuroru vəzifəsindən azad edildi
  • 20-10-2026 Trampa pul xərclədi, qarşılığını Ermənistanda alır– Nəhəng sərvətə yiyələnir
  • 20-10-2026 Fransa qarışdı, “Qalatasaray” ora getmək istəmir – UEFA-dan gözlənilməz qərar
  • 20-10-2026 Bulvarda hər gün "qara kassa"ya 1000 manat yığılırmış – Keçmiş sədrin məhkəməsi
  • 20-10-2026 Kim Çen Inın öldüyü xəbəri yayılıb
  • 20-10-2026 “Çox nahaq yerə özün üçün yaşayırsan” - Nadir Qafarzadə
  • 20-10-2026 Dünyanın ən çox qazanan 10 futbolçusu
  • 20-10-2026 Mehmet Ali Erbil hönkür-hönkür ağladı - "Bunu uşaqlığıma bağışlayın"

XƏBƏRLƏR

    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
3-10-2023, 05:23

Zelenski, möhkəm dayan...

Zelenski, möhkəm dayan...


Prezident İlham Əliyev sübut etdi ki, işğala qarşı durmaq, separatizmin kökünü kəsmək ABŞ Konqresi daxil dünyanın bütün irili-xırdalı auditoriyalarında alovlu nitqlər söyləmədən də mümkündür

Dünyanın diqqəti yenidən Ukraynaya dikilib və bu da səbəbsiz deyil. Zelenskini az qala dünyada işğala qarşı dayanmış qəhrəman kimi gözümüzə soxan bəzi yerli politoloqların da sözü qurtarmış kimi görünür. Prezident İlham Əliyev sübut etdi ki, işğala qarşı durmaq, separatizmin kökünü kəsmək ABŞ Konqresi daxil dünyanın bütün irili-xırdalı auditoriyalarında alovlu nitqlər söyləmədən də mümkündür.

Rusiya-Ukrayna müharibəsi miqyasına görə fərqlidir, amma iki Qarabağ müharibəsinin gətirdiyi fəlakətin, ağrı-acının miqyası da heç də az deyil. Zamanında bu dünya bizə erməni-rus işğalına qarşı dayanmağa Ukraynaya verdiyi dəstəyin 1/10-ni versəydi, bəlkə də bu münaqişə 30 il sürməzdi, Azərbaycan bu qədər ağır fəlakətlərlə üzləşməzdi. Keçib bu söhbətlərdən, şükür ki, Azərbaycan toparlandı, gücləndi, ərazilərində suverenliyini öz ordusunun gücünə tam bərpa etdi. Türkiyədən başqa heç kimə minnətdarlıq və vəfa borcumuz yoxdur, kimdən nə silah almışıq pulunu vermişik, kim bizə dəstək verib, əslində beynəlxalq hüquqa hörmətini göstərib. Biz Ukraynanın ərazi bütövlüyünü tanıyırıq, son olaraq qondarma qurumlarda keçirilən “seçkilərin” nəticələrini də ölkə olaraq tanımadıq. Amma Qərb müttəfiqləri Ukraynanı elə bil bataqlığa salıb ki, bu bir ərazi problemi, işğala qarşı vətən savaşı olmaqdan çıxıb.




Alqışlardan eyforiya dövrü bir gün bitəcəkdi. Zelenski əlbəttə ki, ölkənin qanuni prezidentidir. Savaşda qələbə qazansa belə, ölkədə müharibə dövründə baş verənlərə görə bir gün ondan çox şeyi soruşacaqlar. “Zelenskinin heç bir suçu yoxdur, müharibəni Putin başlayıb” deyənlər bu münaqişənin tarixindən bixəbər adamlardır. Bu müharibə başlayandan yazıram: Zelenski Putin qədər suçludu, çünki qeyri-bərabər döyüş olacağını bilərək ölkəsinin Rusiyaya qarşı müharibəyə sürüklənməsinə razılıq verdi. Aldatdılarmı? Zənn etmirəm, müasir dünyanın gördüyü ən çoxbilmiş adamlardan biridir Zelenski. Təəssüf ki, o, bu müharibəni də səhnə bildi, hələ də elə bilir.

Onu da yazırdıq ki, bir gün bu müharibə dəllalları onu döyüş meydanında tək qoyacaqlar.

O gün bu gün deyil. ABŞ Konqresinin müvəqqəti büdcədə Ukraynaya hərbi yardım ayırmaması keçid dövrü üçündür, pul imkan yaranan kimi yenə olacaq. Bu gün Kiyevdə Avropa İttifaqının nazirləri 5 milyard ayırmaq üçün çox çək-çevir etdilər, sonra da razılığa gəlmədilər, gələn il üçün nəsə vəd verib dağılışdılar. Amerikanın pulla bağlı bu addımı müvəqqəti olsa da, Zelenskiyə xəbərdarlıqdır. İlon Maskın onunla məzələnən memini mən də bəyənmədim. Amma Mask dünyanın təkcə ən varlı adamı deyil, həm də dünyanın ən məlumatlı adamlarından biridir. Onun Zelenskiyə qıcığı sırf pulla da bağlı ola bilər, çünki müftə pul istəyən adam varlının gözünün düşmənidir, İlon Mask zəhməti və ağlı hesabına bu mərtəbəyə ucalıb. Pulun gücünü ondan yaxşı kim bilər ki? Mask ona görə qızır ki, o, ayrılan milyardların havaya uçduğunu, ukraynalı və Qərb isteblişmetinin korrupsiya ehtirasının yeminə çevrildiyinin də fərqindədir. Ukrayna məmurlarının reputasiyası heç vaxt təmiz olmayıb, bu ölkədə prezident Kuçmanın korrupsiya əməllərindən yazdığına görə araşdırmaçı-jurnalist Georgi Qonqadzenin başını da kəsiblər, Yuşşenkonun hakimiyyətə gedən yolunu əngəlləmək üçün onu zəhərləyiblər də. Ukraynanı korrupsiya girdabından xilas etmək üçün Avropa cəhdlər etdi, amma gördülər ki, “bu həna o hənadan” deyil. Yəni Zelenskidən əvvəl də bu ölkə korrupsiya hesabatlarında “öndə” olub, indi lap betərdir...



Əslində, hələ avqust ayından Qərb mediasında Zelenski və ətrafının korrupsiyası ilə bağlı materiallar dərc edilməyə başlamışdı. İndi də yazırlar. Bir il əvvələdək Avropada Ukraynaya yardım ayırmaq az qala vətən borcu sayılırdı, indi əksinə proses başlayıb. Müharibə hökumətləri bir-bir hakimiyyətdən düşürlər. Ukraynaya Avropada ən çox silah yardımı edən Slovakiyada yeni hökumət ona görə qalib gəldi ki, əsas vədləri Ukraynaya yardımı dayandıracaqları oldu. Dünyanın bəzi ölkələrinin sadə vergi ödəyicisi olan vətəndaşları hələ indi anlamağa başlayır ki, bu müharibə əslində Ukraynanın ərazi bötüvlüyünün bərpası üçün deyil. Amerikanın hökmranlığı və Rusiyanın zəiflədilməsi savaşıdır. Ukrayna yalnız poliqondur, Zelenski də olsa-olsa o poliqonun qəhrəmanı...

Pul yardımı davam edəcək, bu, birmənalı belədir. Amma belə görünür ki, Ukrayna ağır şərtlərlə sülh danışıqlarına da hazır olmalıdır. Çətindir. Bunu bizdən yaxşı kimsə bilməz...



Nazim SABİROĞLU,

Musavat.com

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az