Zəlzələdə uçan binanın podratçısı aeroportda ələ keçdi
Türkiyənın Adıyaman vilayətində zəlzələdə dağılan binanın podratçısı Yıldıray Varki İsveçrəyə qaçmaq istərkən İstanbul Hava Limanında polislər tərəfindən yaxalanıb.
Nyus.Az axar.az-a istinadən bildirir ki, barəsində "Qəsdən birdən çox insanın ölümünə səbəb olma" maddəsilə cinayət işi başladılan Y.Varki Qaziosmanpaşa Növbətçi Sülh Cəza Hakimliyinə göndərilib. Ətraflı
Qeyd edək ki, podratçısı olduğu Gölbaşındakı Huzur Apartmanının zəlzələdə uçması nəticəsində xeyli sayda vətəndaş həlak olmuşdu.