• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 20-11-2026 İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
  • 20-11-2026 Bakıda gənc ailənin mənzil arzusunu kabusa çevirdilər – Yenə Rauf Əliyev, yenə qalmaqal! -ŞİKAYƏT
  • 20-11-2026 Krım körpüsünə zərbənin qisası? – Rusiya Kiyevdə Niderland səfirliyini də vurdu
  • 20-11-2026 Ağdamın işğaldan azad edilməsindən 6 il ötür
  • 20-11-2026 Azərbaycan XİN Tbilisidə baş verən partlayışla bağlı Gürcüstana başsağlığı verib
  • 20-11-2026 İnstaqramda hekayələr üçün yeni funksiya
  • 20-11-2026 ABŞ və Avropada qiyamət hazırlığı: fövqəladə vəziyyət ləvazimatlarına tələbat 450 faiz artıb
  • 20-11-2026 “Məni yox, Əmrahı paylaşırlar” - İzzət Bağırov
  • 20-11-2026 Bakıda dayandırılan tikinti yenidən aparılır? - VIDEO
  • 20-11-2026 Dünyanın atom bombaları kimlərin əlindədir? – Rusiya liderdir, ABŞ ikinci, Çin üçüncü: TAM SİYAHI
  • 20-11-2026 Qarakənd faciəsindən 35 il ötür
  • 19-11-2026 Xəzərsahili qanunsuz obyektlər söküləcək?
  • 19-11-2026 “Dünya misli görünməmiş bu dəyişikliklərin yalnız başlanğıcındadır” - DTX rəis müavini
  • 19-11-2026 Hikmət Hacıyevdən Ermənistana çağırış
  • 19-11-2026 Azərbaycanda şagirdlərin sayı azalıb
  • 19-11-2026 Bakı Şəhər İcra Hakimiyyətində yeni şöbə yaradıldı - Müdir təyin edildi
  • 19-11-2026 Valideynlərin diqqətinə: Bağçalarda ən çox bu xəstəlik yayılır
  • 19-11-2026 Azərbaycanda zəlzələ oldu
  • 19-11-2026 Alen Simonyan Azərbaycana gələcək
  • 19-11-2026 Tanınmış şair qəzada dünyasını dəyişdi

XƏBƏRLƏR

    İnstaqramda hekayələr üçün yeni funksiya
    11 milyon dollarlıq əmlak: Lamin Yamal Şakira və Pikenin evinin yeni sahibi oldu
    “Millidən getmək üçün ən doğru vaxt indidir” - Emin Mahmudov
    Ronaldinyo 11 ildən sonra futbola qayıtdı, komandası qələbə qazandı
    “Sabah Emin üçün meydana çıxacağıq” - Ayxan Abbasov
    PSJ "Real"ın ulduzu üçün 200 milyon avro təklif edəcək
    Zülalla ən zəngin çərəz
    “Qalatasaray” 5 futbolçu ilə yollarını ayırmağa hazırlaşır
    Sneyder bu kluba baş məşqçi təyin olundu
    “Qrup liderliyini təmin etmək üçün qalib gəlməliyik” - Ayxan Abbasov
Bu gün, 09:30

Bakıda gənc ailənin mənzil arzusunu kabusa çevirdilər – Yenə Rauf Əliyev, yenə qalmaqal! -ŞİKAYƏT

Bakıda gənc ailənin mənzil arzusunu kabusa çevirdilər – Yenə Rauf Əliyev, yenə qalmaqal! -ŞİKAYƏT


Daha bir vətəndaş “İnşaat Konstruksiyaları” MMC-nin dələduzluq əməllərinin qurbanına çevrilib.

Bu barədə "Yenixeberorg.az"a daxil olan şikayətdə bildirilir.

Belə ki, adıçəkilən MMC-nin Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 33 ünvanında tikdiyi binadan övladı üçün bir otaqlı mənzil alan Əyubov Allahyar Yusif oğlu sonradan həmin mənzilin bir neçə nəfərə satıldığını öyrənib. “Hər bir gənc ailə kimi, mənzil sahibi olmaq övladımın da ən böyük arzusu idi. Bu arzunu reallaşdırmaq üçün üçün illər uzunu bütün imkanlarımızı səfərbər etmişik, sonda isə məlum oldu ki, “İnşaat Konstruksiyaları” MMC-nin sahibi Rauf Əliyev adlı şəxsin acgözlüyü, tamahkarlığı səbəbindən mənzil arzumuz elə arzu olaraq da qalıb” deyə şikayətçi bildirib.

“Başımıza gələn bu dələduzluq hadisəsindən sonra öyrəndik ki, Rauf Əliyevin aldatdığı başqa vətəndaşlar da var və həmin şəxsdən çox yüksək instansiyalara şikayətlər edilib. Deyilənə görə, haqqında cinayət işi də açılıb. Lakin hansısa səbəbdən indiyədək cəzalandırılmayıb. Özünün dediyinə görə, güclü himayədarı var, odur ki kimsə ona bata bilmir. Rauf Əliyev həmin himayədarının adını gizlətmir, bu səbəbdən onun kimliyi bizə də məlumdur. Lakin biz hüquqi dövlətdə yaşayırıq və ola bilsin, Rauf Əliyev sadəcə kimlərinsə adından sui-istifadə edərək cinayət məsuliyyətindən yayınmağa çalışır. Ona görə də hələlik bu barədə nəsə demək, ad çəkmək istəmirik. Hər bir halda inanırıq ki, hüquq-mühafizə orqanları “İnşaat Konstruksiyaları” MMC rəhbərinin qanunsuz əməllərinə layiqli qiymət verəcək və biz qəsb edilmiş haqqımızı, faktiki olaraq mənimsənilən pullarımızı geri alacağıq” – şikayətçi vurğulayıb.

“Narahatlıq doğuran məqam ondadır ki, çox sayda insanı aldadan bu dələduz haqqında cinayət işi açılmasına baxmayaraq hələ də azadlıqda gəzir, bu da azmış kimi, yenə bina tikib insanları aldatmaqda davam edir. Nəticədə onun cinayətkar əməllərinin qurbanına çevrilən şəxslərdə sual yaranır ki, doğrudanmı, yüzlərlə vətəndaşın başına oyun açan Rauf Əliyevin hansısa vəzifəli himayədarı var? Hörmətli Prezidentimiz dəfələrlə çıxışlarında bəyan edib ki, heç bir məmur qanunlardan yuxarı və toxunulmaz deyil. Maraqlıdır: ölkə başçısının bu ciddi xəbərdarlığına baxmayaraq bir məmur özündə Rauf Əliyevi himayə etmək cəsarətini haradan tapa bilər?” – şikayətçi öz məktubunda sual edir.

Şikayətçi sonda Prezident İlham Əliyevdən və Birinci vitse-prezident Mehriban xanım Əliyevadan gənc bir ailənin üzləşdiyi ədalətsizliyin aradan qaldırılmasına köməklik göstərilməsini, minbir əziyyətlə qazandığı və kimliyi məlum şəxslərin dələduzluğu səbəbindən mənimsənilmiş vəsaitinin geri qaytarılması üçün əlaqədar qurumlara göstəriş verilməsini xahilş edib.

Xatrladaq ki, “İnşaat konstruksiyaları” MMC ilə bağlı müxtəlif qalmaqallar bir neçə ildir davam edir. Baş Prokurorluğun 27 may 2025-ci il tarixli açıqlamasına əsasən, şirkətin Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 33 ünvanında inşa etdiyi binada eyni mənzillərin birdən çox şəxsə satılması nəticəsində 194 nəfər zərərçəkmiş şəxs müəyyən edilib. Vətəndaşlara vurulmuş ziyanın ümumi məbləği 12 milyon manatdan artıq olub. İbtidai istintaq dövründə 153 şəxsə 9 milyon manatdan artıq vəsaitin qaytarılması təmin edilib. Bundan başqa, şirkətin vəzifəli şəxsləri ilə bağlı ayrıca icraata ayrılmış digər cinayət işi üzrə daha 28 şəxsə 1,5 milyon manatdan artıq pul vəsaitinin ödənilməsi təmin edilib.

Həmin vaxt Baş Prokurorluq “İnşaat Konstruksiyaları” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Rauf Əliyev, direktoru Rəsul Əhmədov, habelə maliyyə işləri üzrə direktor müavini Zahir Nəcəfov barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işi üzrə ibtidai istintaqın 2023-cü ildə tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildiyini də açıqlayıb.

Bundan başqa, şirkətin Nizami rayonu, Mehdi Abbasov küçəsi, 25/38 ünvanında tikdiyi binadan mənzil alan təxminən 240 nəfərin də vaxtında evlərinə köçə bilmədiyi barədə məlumatlar yayılıb. Məlumata görə, tikintiyə 2017-ci ilin avqustunda başlanılıb və binanın 2019-cu ilin avqustunda təhvil verilməsi nəzərdə tutulub. Lakin tikinti gecikib, sakinlər şirkət rəhbərliyindən dəfələrlə vədlər alsalar da, problemlərin həll olunmadığını bildiriblər. Bəzi sakinlər eyni mənzillərin bir neçə nəfərə satıldığını da iddia ediblər.

Redaksiyadan: Qarşı tərəfin cavab haqqını tanıyırıq.

Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

Nyus.Az






Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az