• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 13-09-2026 Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
  • 13-09-2026 İndoneziyada 241 sərnişini olan gəmi yoxa çıxdı
  • 13-09-2026 Bu küçələrə giriş bağlandı
  • 13-09-2026 Yeni yaradılacaq "rəqabət xəritəsi"nin məqsədi nədir? - VİDEO
  • 12-09-2026 Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir
  • 12-09-2026 Feyziyev qanunlarla ÜZ-ÜZƏ... - CƏZA GƏLDİ...
  • 12-09-2026 Sabiq müavinin xanımı ilə yarım milyonluq müqavilə imzalanıb - AY MAŞALLAH...
  • 12-09-2026 TƏCİLİ! Fəlakət ssenarisi reallaşdı: Neftin taleyi ONLARIN ƏLİNƏ KEÇDİ - FOTOLAR
  • 12-09-2026 Rusiyanı gözləyən YENİ TƏHLÜKƏ: Su qıtlığı Putinin planlarını poza bilər
  • 12-09-2026 Bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadıldı
  • 12-09-2026 Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
  • 12-09-2026 Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
  • 12-09-2026 Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
  • 12-09-2026 Tanınmış iş adamı vəfat etdi
  • 11-09-2026 Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir
  • 11-09-2026 Hava yenə dəyişir: Leysan, dolu... - Proqnoz
  • 11-09-2026 Bakı metrosunda xətlər üzrə hərəkətlə bağlı mühüm yenilik
  • 11-09-2026 Lənkəranda ağacları kim yeyir?! - FOTO
  • 11-09-2026 Oman sahillərində iki gəmi VURULDU
  • 11-09-2026 Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - VIDEO

XƏBƏRLƏR

    Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
    Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
    "Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
    Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - VİDEO
    Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
    ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
    Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
    "Fənərbağça" uduzdu, azarkeş öldü
    Hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edildi
    Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
10-10-2025, 16:24

"Hicran Əyyubova ancaq öz qohum-əqrəbasını, yaxınlarını kollecə yerləşdirir" - NARAZILIQ VAR...

"Hicran Əyyubova ancaq öz qohum-əqrəbasını, yaxınlarını kollecə yerləşdirir" - NARAZILIQ VAR...


Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin dəftərxana müdiri Nigar Haşımlının təzyiqlərə məruz qalması ilə bağlı şikayətindən sonra redaksiyamıza kollec rəhbərliyi ilə bağlı daha bir neçə müraciət daxil olub.

“Qafqazinfo” xəbər verir ki, bu dəfə kollecin müəllimləri heç bir əsaslı səbəb olmadan kütləvi şəkildə işdən çıxarıldıqlarını deyirlər.

Həmin kollecdə iqtisadiyyat fənnini tədris edən Kəmalə Nəsirovanın sözlərinə görə, ümumilikdə 5-dən çox işçi heç bir xəbərdarlıq olunmadan işdən azad olunub: “Saat azlığı bəhanəsi ilə işdən çıxarılmağımıza baxmayaraq, yeni müəllimlər işə götürür. Kim haqqını tələb edirsə, hədə-qorxu gəlinir, təhdid olunurlar. Ümumilikdə 50-dən çox işçi yeni rəhbərlik tərəfindən işdən çıxarılıb. Buna heç bir əsaslı səbəb də göstərmilər. Mən 2024-cü ildən kollecdə çalışmışam. Müddətli müqaviləmin vaxtının bitməsinə 1 gün qalmış mənə işdən azad olunduğum bildirilib. Halbuki qanunla 10 gün əvvəldən mənə bildiriş göndərilməli və xəbərdarlıq olunmalı idim. Mən 2027-ci ilə qədər analıq məzuniyyətində olan müəllimi əvəz edirdim və hələ davam edə bilərdim. Kollecdə dərs saatları qeyri-bərabər şəkildə bölünüb, müəllimlər arasında komanda yaradılıb, hüquq pozuntusu baş alıb gedir və şikayətlərə baxılmır. Bəzi müəllimlərə 750 saat, bəzilərinə isə 250 saat dərs verilir. Dəfələrlə direktor Hicran Əyyubovaya müraciət etmişəm, amma şikayətimə baxılmayıb. Sanki yeni direktor çalışır ki, əvvəlki rəhbərliyin dövründən bir nəfər də qalmasın. Kollecdə kim ona yaltaqlanmır, öz sözünü deyir, işdən azad olunur”.

K.Nəsirova müvafiq qurumlara şikayət ərizəsi ilə müraciət etdiyini əlavə edib.

Digər şikayətçi Sura Muradova isə 1991-ci ildən bu kollecdə işlədiyini və heç bir xəbərdarlıq olunmadan işdən çıxarıldığını söyləyib: “Pensiya vaxtım çatdığı üçün müqavilə ilə çalışırdım. Kollecə bu ilin iyulunda Hicran Əyyubova direktor, Gülnar Kərimova isə müavin təyin olundu. Direktor gəldikdən sonra 1 ay işləyib məzuniyyətə çıxdım. Məzuniyyətdən cəmi 8 gün idi ki qayıtmışdım, direktor məni çağırıb işdən azad olunduğumu dedi. Mənə heç bir bildiriş göndərilməyib, xəbərdarlıq edilməyib. Bu, özbaşınalıqdır. Hicran Əyyubova ancaq öz qohum-əqrəbasını, yaxınlarını kollecə yerləşdirir. Öz qanunsuz əməllərini müavini Gülnar Kərimova vasitəsilə həyata keçirir. İşçilər təhdid olunurlar. Bəzi işcilərə ərizə yazıb işdən çıxmaq deyilir. Etiraz edənlərin maaşa əlavəsi kəsilir, məzuniyyət verilmir, saxta aktlar tərtib olunur və maddə ilə çıxarılmaqla təhdid olunurlar. Çox xahiş edirəm, aidiyyəti qurumlar bu məsələni araşdırsınlar və bu haqsızlıqlara son qoyulsun”.

Növbəti şikayətlərlə bağlı İqtisadiyyat və Humanitar Kolleci ilə yenidən əlaqə saxladıq. Orta ixtisas məktəbindən sorğumuza cavab olaraq bildirildi ki, müəllimlər K.Nəsirova və S.Muradova tərəfindən irəli sürülən iddialar həqiqətə uyğun deyil: “Kollecdə əmək münasibətləri mövcud qanunvericiliyin tələblərinə əsasən tənzimlənir. İşçilərin kütləvi şəkildə işdən azad edilməsi, hər hansı bəhanə ilə işçinin işdən azad edilməsi, kollecin rəhbərliyi tərəfindən işçilərə qarşı hər hansı təzyiq, təhdid edilməsi, məzuniyyət hüququnun pozulması, saxta aktların tərtib olunması, işçilərin maaşına əlavənin kəsilməsi kimi hallar yoxdur.

Hər hansı işçi işdən azad edilərkən Əmək Məcəlləsinin tələblərinə əməl olunub. O cümlədən, müddətlə işə qəbul edilmiş Kəmalə Nəsirova və Sura Muradova ilə bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədər əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri gözlənilib. İşçilərin işə qəbul edilməsi qanunvericiliyin tələblərinə uyğun aparılır. İşə qəbul edilərkən qeyri-qanuni meyarlar əsas götürülmür.

Qeyd edirik ki, kollecin maliyyə vəsaitlərinin düzgün idarə edilməsi, israfçılığın qarşısının alınması məqsədilə kollecdə müvafiq tədbirlər görülür və həmin tədbirlər konkret işçiyə deyil, bütovlükdə kollecin işçilərinə şamil olunur. Kollecdə hər bir əməkdaşın hüquqları qorunur, onların əmək haqqı qanunvericiliyə uyğun olaraq ödənilir, məzuniyyət hüquqları və digər hüquqları təmin olunur. Kollec şəffaf və ədalətli idarəetmə prinsipləri ilə idarə olunur. Kəmalə Nəsirova və Sura Muradovanın şikayəti qərəzlidir, onlar bitmiş əmək müqaviləsinin müddəti uzadılmadığına görə kollec rəhbərliyi barəsində bu cür əsassız, iddialarla çıxış edirlər. Həmin məlumatlar qeyd etdiyimiz kimi həqiqəti əks etdirmir və ictimaiyyətdə yanlış təəssürat yaratmaq məqsədi daşıyır”.

Xatırladaq ki, daha əvvəl redaksiyamıza müraciət edən kollecin dəftərxana müdiri N.Haşımlı də rəhbərlik tərəfindən işdən çıxmasının tələb olunduğunu, təzyiqlərə məruz qaldığını iddia edirdi. Rəhbərliyin dəyişməsindən sonra maaşa olan əlavəsinin kəsildiyini, əmək hüququnun pozulduğunu bildirirdi.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az