• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-09-2026 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı
  • 16-09-2026 Dövlət xəstəxanasında yarımştat qeydiyyatda olan "AyMed" rəhbərinin "özbaşınalıqları"
  • 16-09-2026 Tıxaca görə dərsə gecikən ADNSU tələbələrinə güzəşt olacaq?
  • 16-09-2026 Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - VİDEO
  • 16-09-2026 HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
  • 16-09-2026 Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - VİDEO
  • 15-09-2026 Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
  • 15-09-2026 Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
  • 15-09-2026 Bakıda 165 ailə Kəmaləddin Heydərovdan kömək gözləyir... - Cənab nazir, FHN-də söz verildi, amma...
  • 15-09-2026 Prezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir
  • 15-09-2026 Prezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin
  • 15-09-2026 Prezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib
  • 15-09-2026 Azərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edib
  • 15-09-2026 Anar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardı
  • 15-09-2026 Vəzifəsindən azad edilən icra başçısı kimdir? - Dosye
  • 15-09-2026 Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
  • 15-09-2026 Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib
  • 15-09-2026 Fərid Eyvazovun “Alliance Clinic”ində 146 manatlıq çek qalmaqalı
  • 15-09-2026 Yasamal icra başçısı nə düşünür? - Piyada səkisi darmadağındır - VİDEO
  • 15-09-2026 Eldar Əzizovun “Bakı Şəhər İşığı” müəssisəsinə rəis təyin etdiyi adaşı milyonları haralara xərcləyir

XƏBƏRLƏR

    “Fənərbaxça” turu 1 xalla başa vurub
    "Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
    “Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
    Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
    Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
    "Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
    Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - VİDEO
    Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
    ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
    Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
17-08-2022, 09:15

Gənclər Fondunun BMT və “IDEA” Ictimai Birliyi ilə birgə yay düşərgəsi başladı

Gənclər Fondunun BMT və “IDEA” Ictimai Birliyi ilə birgə yay düşərgəsi başladı


Ölkənin ən böyük gənclər festivalı olan "Yay Fest"in "BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri"nə həsr olunan həftəsinə start verildi.

Nyus.Az Trend-ə istinadən bildirir ki, 250-yə yaxın gəncin iştirakı ilə Şamaxıda keçirilən və 5 gün ərzində davam edəcək çadır tipli yay düşərgəsi müddətində Birləşmiş Millətlər Təşkilatının (BMT) müxtəlif agentliklərinin, o cümlədən Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, BMT-nin İnkişaf Proqramı, Beynəlxalq Miqrasiya Təşkilatı, BMT-nin Uşaq Fondu, Əhali Fondu, Qaçqınlar üzrə Agentliyi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və Ümumdünya Səhiyyə Təşkilatının nümayəndə və ekspertlərinin iştirakı ilə fəaliyyətlər təşkil olunacaqdır.

Həftə ərzində tematik mövzular üzrə interaktiv sessiyalar, təlim və təqdimatlar təşkil olunması nəzərdə tutulmuşdur. Gənclərə BMT strukturuna daxil olan qurumların ölkəmizdə həyata keçirdiyi fəaliyyətlər, Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında gənclərin iştirakçılığının əhəmiyyəti barədə geniş məlumat təqdim olunacaq, gənclərin karyera və şəxsi inkişafına töhfə veriləcəkdir. "Yay Fest"in sentyabrın 9-dək davam edəcək düşərgələrində BMT-nin qeyd olunan yerli nümayəndəliklərinin rəhbərlərinin də iştirakı nəzərdə tutulur.

Düşərgənin açılış mərasimində iştirakçıları salamlayan Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasəti ölkə gənclərinin hərtərəfli inkişafı üçün əlverişli şərait yaradır ki, bu da Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) Azərbaycanda səmərəli icrasına əlavə təkan verir. Fərid Cəfərov vurğuladı ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 oktyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılmışdır və milli səviyyədə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına dair monitorinq və hesabatlıq mexanizmi müəyyən edilmiş, aidiyyəti dövlət qurumlarının qarşısında konkret vəzifələr qoyulmuşdur. Qeyd edildi ki, Azərbaycan MDB məkanında ilk olaraq Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı 2019-cu ilədək iki Könüllü Milli Hesabat təqdim edən ölkə olub.

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva bu il Azərbaycanla BMT arasında əməkdaşlığın 30-cu ildönümünün qeyd olunduğunu, BMT-nin və onun strukturuna daxil olan digər təşkilatların paytaxt və bölgələrdə gənclərə dair apardığı işlər, eləcə də "Yay Fest 2022" çərçivəsində bu cür düşərgənin keçirilməsinin əhəmiyyətini vurğuladı.

Açılış mərasimində çıxış edən "İDEA" İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov tərəfindən "İDEA" İctimai Birliyinin həyata keçirdiyi fəaliyyətlər nəticəsində gənclər arasında ekoloji mühitin qorunması, ətraf aləmə həssas yanaşma və gələcək nəsillərə sağlam təbiətin ötürülməsi barədə gənclərə geniş məlumat verildi.

Daha sonra, çıxışçılar düşərgədə iştirak edən gəncləri maraqlandıran sualları cavablandırdılar. Açılış mərasiminin yekununda düşərgə iştirakçıları qonaqlarla xatirə fotosu çəkdirdilər.

Düşərgə çərçivəsində keçirilən ilk təlimdə BMT-nin Bakı ofisinin tərəfdaşlıq və inkişaf üzrə maliyyə mütəxəssisi Şəms Mustafayeva düşərgə iştirakçılarına gənclərin DİM-lərin həyata keçirilməsində oynadığı rol barədə geniş məlumat təqdim etdi.

Qeyd edək ki, "BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri" düşərgəsi Azərbaycan Respublikasının Gənclər Fondu, BMT-nin Azərbaycandakı Nümayəndəliyi və "İDEA" İctimai Birliyinin tərəfdaşlığı ilə baş tutmaqdadır.

"Hədəf gələcəkdir!" şüarı altında 19 iyul - 9 sentyabr tarixlərində təşkil olunan "Yay Fest 2022" festivalı çərçivəsində mərhələli şəkildə 2 mindən çox gəncin iştirakı ilə 8 fərqli mövzu ("Tələbəlik", "Dəmir Yumruq", "Yaradıcılıq", "Könüllülük", "SDG Camp", "İdeyadan Biznesə", "Karyera və İnkişaf" və "Həmrəylik") üzrə düşərgələr keçirilməkdədir.

Artıq üçüncü ildir ki həyata keçirilən "Yay Fest" gənclər festivalı Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, "CAVAN" Gənclər Hərəkatı İctimai Birliyi və "Gənclərin Maarifləndirilməsinə Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə baş tutur.

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az