
Göygöl rayonunda tanışını qətlə yetirməkdə təqsirləndirilən Cəlal Apiyevin məhkəməsi başlayır.
Nyus.Az "report"a istinadən bildirir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Dadaş İmanovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclası avqustun 10-na təyin edilib.
Qeyd edək ki, hadisə bu ilin fevralında rayonun Rövşən Nəsibov küçəsində fəaliyyət göstərən çay evlərindən birində baş verib. Belə ki, 2002-ci il təvəllüdlü Cavidan Məmmədovla, 1999-cu il təvəllüdlü Cəlal Apiyev arasında mübahisə yaranıb. Nəticədə C.Apiyev bıçaqla C.Məmmədova bir neçə zərbə endirərək sonuncunu qətlə yetirib.
C.Apiyevə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Nyus.Az

























