Bakıda yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən milli.az-a verilən məlumata görə, şəhərin Qaradağ rayonunda üçmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində, ümumi sahəsi 50 m² olan mənzilin dəhlizinin arakəsmə divarı (qamışdan ibarətdir) və 1 ədəd qapısı yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Nyus.Az