
Koronavirusla mübarizə məqsədilə dünyanın ən öndəgedən 22 ölkəsi güclərini birləşdirib.
Nyus.Az xəbər verir ki, qurulan konsorsiumdakı araşdırmaçılar koronavirusun səbəb olduğu xəstəliyin genetik əsaslarını analiz edəcək.
Araşdırmada 2 minə yaxın genetik ardıcıllığın yaradılması gözlənilir.
Xəstəliyə yoluxma riskini artıran genləri kəşf etmək məqsədilə çalışan tədqiqatçılar Kovid-19 infeksiyasına yoluxmayanların genetikası üzərində fokuslanacaq.
Analizdə 50 yaşdan aşağı insanların iştirakına üstünlük veriləcək. (publika.az)
Nyus.Az

























