
Braziliyanın Rio de Janeyro şəhərindəki Korkovado dağında yerləşən İsa Məsihin məşhur heykəlinə, ağ həkim xalatı "geyindirilib".
Nyus.Az xəbər verir ki, bu təşəbbüs koronavirusla mübarizədə ön cəbhədə olan tibb işçilərinə dəstək xarakteri daşıyır.
"Bu, qlobal bir pandemiyanın çətin dövründə ümid mesajıdır", - deyə Rio de Janeironun arxiyepiskopu, kardinal Orani Juan Tempesta deyib.
Heykəldəki "xalat" işıqlandırma vasitəsilə yaradılıb. Bununla aksiya təşkilatçıları xristianların pasxa bayramında virusun qarşısının alınmasında göstərdikləri işlərə görə, dünyanın hər yerindən olan həkimlərə təşəkkür ediblər. Abidənin üzərində "təşəkkür edirik" sözü bir neçə dildə - Portuqal, İspan, İngilis, Alman, İtalyan, habelə Çin, Fransız, Ərəb və Rus dillərində görünüb.
Heykəl, həmçinin koronavirus infeksiyasından ən çox zərər görən ölkələrin - ABŞ, İspaniya, İtaliya və Çinin, eləcə də Braziliyanın bayraqlarının rənglərində işıqlandırılıb. (ölkə.az)
Nyus.Az

























