• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
15-04-2020, 09:16

Bütün dünyada yayılmasına görə Altsheymerdən sonra ikinci yerdə duran neyrodegenerativ xəstəlik

Bütün dünyada yayılmasına görə Altsheymerdən sonra ikinci yerdə duran neyrodegenerativ xəstəlik

El arasında əsmə xəstəliyi adlanan Parkinson xəstəliyi bütün dünyada yayılmasına görə Altsheymerdən sonra ikinci yerdə duran neyrodegenerativ bir xəstəlikdir. Hərəki pozulma, tremor, əzələ rigidliyi, hərəkətin yavaşıması, ən sonunda isə əzələ aktivliyinin demək olar ki, tam itirilməsi ilə xarakterizə olunan xəstəliklər qrupuna aiddir.

Parkinson xəstəliyinin ilkin əlamətlərinin üzə çıxması zamanı bəzən xəstələr buna bir o qədər də əhəmiyyət vermirlər. Belə ki, bəzi xəstələrdə az bir vaxtda əllərin əsməsi və yatıb oyandıqdan sonra keçməsi müşahidə olunur. Bəzən ani bir vaxtda stress fonunda bədən titrəyir, dinclikdən sonra keçib gedir. Bu kimi hallara xəstələr fikir vermirlər. Belə əlamətlər dalğavari formada müşahidə olunur. Adətən xəstələr həkimə ağırlaşmış formada müraciət edirlər. Çox nadir hallarda ilkin əlamətlərdən sonra həkimə müraciət qeydə alınır.

Nyus.Az bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının nevropatoloqu Yeganə Rəşidova məlumat verib.

Nevropatoloq bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Parkinson xəstəliyi bütün dünya üzrə hər 100 min nəfərdən 5-21-də rast gəlinir. Dünyada həmin xəstəlikdən əziyyət çəkənlərin sayının 330 minə qədər olduğu güman edilir. Azərbaycanda da Parkinson xəstəliyindən əziyyət çəkənlər var.

Mütəxəssis bildirib: "Əgər əvvəllər xəstəliyin ilkin əlamətləri adətən 55-60 yaşdan yuxarı meydana çıxırdısa, hazırda Parkinson xəstəliyinə 40 yaşdan da aşağı rast gəlinir. Xəstəlik həm qadınlarda, həm də kişilərdə müşahidə olunur. İlk vaxtlar xəstəliyin əlaməti hiss olunmur, yəni gizli gedir. Nevroloji əlamətləri assimetrik olur. Adətən bir əlin, daha az hallarda ayağın əsməsi nəzərə çarpır. Bəzən yerişin çətinləşməsi, bütün bədəndə əzələlərdə sıxılması olur. Əl və ayaqda olan əsmənin dərəcəsi, amplitudası dəyişir. Yəni stress zamanı əsmə artır, yuxudan sonra azalır. Diqqətli xəstələr zədələnmiş tərəfdə əldə hərəkətin məhdudluğunu hiss edirlər. Xəstəliyin əlamətlərindən biri yeriyərkən ayağın sanki döşəməyə sürtülməsinin hiss olunmasıdır. Müəyyən vaxtdan sonra xəstənin duruşu dəyişir. Sanki xəstənin beli bükülür, qozbellik əmələ gəlir. Əllər sanki asılqandan asılmış kimi olur. Xəstələrin yazı yazanda xətti dəyişir, yazı kiçilir, göz qırpmalarının sayı azalır, yəni, sanki "kukla gözü" kimi hal yaranır. Bundan başqa çox tərləmə, qəbizlik qeydə alınır. Bir çox xəstələrdə ilkin əlamət olaraq beldə ağrılar, əzələlərin qıcolması müşahidə edilir. Həmin xəstəlikdən əziyyət çəkənlərdə müayinə zamanı fəqərə problemləri-yırtıq, protruziya kimi hallar da aşkarlanır.

Kişilərdə impotensiya, sidik və tər ifrazının pozulması da baş verə bilər. Bəzi hallarda Parkinson xəstəliyindən əziyyət çəkənlər fəallıqlarını artırmaq istəsələr də onların vəziyyəti gündən-günə ağırlaşır.


Xəstələrdə alçaq səsli nitq də qeydə alınır, yəni xəstələr pıçıltı ilə danışırlar. Sanki səslərinə gücləri çatmır. Onlarda addımların qısalması, sanki bir ayağın ucunu o biri dabana qoyurmuş kimi yerişin qısalması, yeriyən zaman əllərin hərəkətsizliyi, sağa və sola dönmənin çətinləşməsi müşahidə olunur, elə bil onlar özlərini tam olaraq döndərirlər. Əzələ tonusunun artması qeydə alınır ki, bu da sanki kukla formasını almağa bənzəyir. Sakitlik tremoru, yəni sakit vəziyyətdə olarkən başda və ətraflarda əsmənin yaranması xəstəliyin ən çox qeydə alınan klassik əlamətidir. Bu tremorun başqa əsmələrdən fərqi odur ki, Parkinson xəstələrində romberq duruşunda bir dəqiqədən sonra əsmə başlayır və getdikcə artır. Başqa xəstələrdə isə bu duruşda tremorun elə həmən başlanması müşahidə olunur. Obrazlı dildə desək, Parkinson xəstələrində sanki "qəpik sayma və barmaqların arasında dərmanı bükmək" kimi hallar qeydə alına bilir".

Y.Rəşidovanın sözlərinə görə, xəstəliyin müalicə üsullarından biri olan neyrostimulyasiya metodu az invaziv əməliyyat olduğuna görə hazırda çox geniş tətbiq olunur. Bu zaman beyinə yeridilmiş nazik elektrodlar vasitəsilə bədən hərəkətlərinə cavabdeh hissənin dəqiq hesablanmış kiçik amplitudlu elektrik cərəyanı verilir. Bununla da xəstələrin hərəkətlərini müəyyən qədər təmin etmək olur. Ən effektli müalicə isə sadalanan əlamətləri hiss edən xəstələrin vaxtında həkimə, nevropatoloqa müraciəti zamanı mümkündür. Xəstəliyin ağırlaşdırmadan ilkin əlamətlərini aradan qaldıranda istənilən nəticəni əldə etmək olur.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az