• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
10-04-2020, 09:52

Rus professordan sağ qalmaq üçün 7 qızıl şərt... - "Virusla bağlı qara günlər qarşıdadır"

Rus professordan sağ qalmaq üçün 7 qızıl şərt... - "Virusla bağlı qara günlər qarşıdadır"

Tanınmış siyasətçi və tarixçi professor, həm də "Siyasi Nostradamus" kimi tanınan Valeriy Solevey hələ 4 ay əvvəl mətbuata müsahibəsində... Rusiyada fövqəladə rejim elan olunacağını, 2020-ci ilin yazının çox çətinliklə keçəcəyini deyib.

18 dekabr 2019:

"Fövqəladə vəziyyət rejimini hüquqi baxımdan tam şəkildə elan etmək lazım deyil. Ancaq uyğun şərtlər ortaya çıxsa, bu, 2020-ci ilin yazında elan edilə bilər. Gələn ildən başlayaraq bizi çətin günlər gözləyir. Bu sınaq isə hamı üçün eyni olacaq".

Moskvalı professor bütün bunları əvvəlcədən necə bilə bilərdi? Özü də bu onun gerçəkləşən proqnozlarının yalnız bir hissəsidir. Baxaq, daha hansı proqnozları doğru çıxıb:

- 2016-cı ildə ABŞ-da keçiriləcək prezident seçkilərində Trampın qələbəsi;
- Rusiya Prezident Administrasiyasının rəhbərinin 2016-cı ildə dəyişdirilməsi;
- Konstitusiyaya dəyişiklik və 2020-ci ildə siyasi dəyişikliyin başlanğıcı olacağı;
- 2020-də dolların kursunun qalxması...

"İtaliyada ailəmə dedim ki, kef edin, dünya dəyişəcək"

"Yeni il öncəsi yaxın ətrafıma dedim ki, qarşıdan çox çətin günlər gəlir. Yanvarda İtaliyaya istirahətə getdik. Dedim ki, bu ölkədə yeyin, için, həyatdan zövq alın. Çünki tezliklə dünyada hər şey dəyişəcək" deyə, professor Solovey müxbirlə söhbətində xatırlayıb. Bəs indi nələr olacaq?

Tarixçi professorun dediklərindən: "Ümid edirəm ki, apreldəki bir aylıq məcburi karantindən sonra may ayında işləyəcəyik. Yazı və yayı yaşayacağıq - insanların bağları, bostanları, kottecləri var. Ancaq tam əminliklə deyə bilərəm ki, payızda sosial-iqtisadi böhranla əlaqəli çox ciddi problemlərimiz olacaq. Bu çətinlikləri indi də yaşayırıq əslində. Amma sonra... Deyə bilmərəm ki, büdcədə maliyyə vəziyyətimiz pisdir. Ancaq hakimiyyətin xalqa pul verməkdən çəkindiyi ortadadır. Bilirsən niyə? Çünki əsl qara günlər qarşıdadır. Bu bir-iki ay yox, aylarla davam edən böhrandır. Çox ümid edirəm ki, indi vəziyyət bir az yaxşılaşacaq. Almaniyadan və ya Fransadan fərqli olaraq, biz iki ay işləməyə bilmərik. İki həftəlik karantin bizim üçün ən yuxarı həddir. İnsanlarda pul yoxdur. Buna görə iqtisadiyyatı yenidən dirçəltmək lazım gələcək".

"Epidemiya yayılmaqda davam edəcək"

Nyus.Az musavat.com-a istinadən bildirir ki, professor deyir ki, iqtisadi böhranla paralel olaraq, koronavirus epidemiyası da yayılmaqda davam edəcək: "Xəstəliklə bağlı tətbiq edilən məhdudiyyətləri keçib epidemiya ilə birgə yaşamalıyıq. Bunu tək Rusiya yox, bütün ölkələr etməli olacaq. İnsanlar bu qorxunu dəf etmək məcburiyyətində qalacaq. Çünki hələ müalicəsi yoxdur və önümüzdəki aylarda olacağı da mümkünsüz görünür. Şanslı olan, bəlkə payızda koronavirusun peyvəndini gördü. Ancaq bu pandemiya aylarını insanlar birtəhər yaşamalıdır. İnsan elə bir məxluqdur ki, hər şeyə öyrəşir. Daima epidemiya qorxusu ilə yaşaya bilməzlər. Amma bu qorxu ilə yaşamağa öyrəşirlər".
Bəs, nə etməli?

Professor 7 qızıl şərt sadalayır:

"Birincisi. İş yerinizə diqqət edin. Əgər maaşın azaldılması şərti ilə işinizə davam etmək təklif olunsa, bu sizin üçün ağır olsa belə, bununla razılaşın.

İkincisi. Əlavə pul qazanmaq üçün indi hər fürsətdən yararlanın. Təbii ki, "cinayət edin və qeyr-qanuni əməllərə əl atın" demirəm. Sadəcə, əvvəl özünə yaraşdırmadığınız işi indi etməkdən çəkinməyin.

Üçüncüsü. Əlinizdə olan maliyyə ehtiyatlarına diqqət edin. Onları bədxərclik etməkdən xərcləməyi planlaşdırın.

Dördüncüsü. Ailədə sağlam iqlimi qorumaq çox vacibdir. Çünki böhran vəziyyətində əsas dəstəkçiniz, yeganə ümidiniz əzizlərinizdir.

Beşincisi. Qarşılıqlı yardım şəbəkələri yaratmağa çalışın. Yəni qonşularla, dostlarla bir-birinizə maddi və mənəvi baxımdan necə kömək etmək barədə düşünün. Bu təhlükəsizlik baxımından çox vacibdir. Aydındır ki, böhran cinayətkarlığın artmasına səbəb olacaq. Bu sosialaşma, qonşularınızı yaxından tanımağa və binanın girişdə tanımıdığınız adamlardan gələ biləcək təhlükədən hamınızı sığortalaya bilər.

Altıncısı. Borclarınız varsa, tez ödəyin. İpoteka borcunuz varsa, ödəməni mümkün qədər tezləşdirməyə çalışın. Kreditləriniz varsa - təcili olaraq verin. Yeni kredit və borc götürməyin.

Yeddinci. Sağlam düşüncəni əsas tutun, axmaq söz-söhbətlərə, şaiyələrə inanmayın və yumor hissinizi itirməyin".

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az