
Nyus.Az apasport.az-a istinadən xəbər verir ki, o, Messi ilə bağlı qadağa qoyulduğunu bildirib.
Sançes-Prietonun sözlərinə görə, təyyarələr argentinalı superulduzun Barselonadakı evinin üstündən keçə bilməz: "Bununla bağlı razılığımız var. Messinin evi hava limanına yaxın yerdədi. Qərara alınıb ki, təyyarələr onun evinin üzərindən keçə bilməzlər. Dünyanın heç yerində belə qadağa yoxdu".
Qeyd edək ki, Lionel Messi 2004-cü ildən "Barselona"nın əsas komandasında çıxış edir.

























