
"Çocuk", "Mucize Doktor" kimi seriallarda oynayan aktrisa Cansın Çekilinin koronavirusa yoluxduğu barədə xəbər vermişdik.
Nyus.Az axşam.az-a istinadən bildirir ki, müalicəsi davam edən aktrisa yaxşılaşmaq üçün əlindən gələni etdiyini bildirib. O, sosial şəbəkədə paylaşım edərək insanlarə sevdiklərini qorumağa çağırıb:
"Müalicəm davam edir və inanın ki, sağlam üçün çox çalışıram. Xahiş edirəm, lazım olmadıqca evdən çıxmayın. Məsafəni hətta evdə yaşadığınız insanlarla da qoruyun. Həqiqətən, bu, çox vacibdir".
Nyus.Az

























